Burbonlu Henretta (; ) — Fransa kralı XV Lüdovikin qızı.
14 avqust 1727-ci ildə əkiz bacısı Luiza ilə birlikdə Versal sarayında dünyaya gəldi. Atası Fransa kralı XV Lüdovik, anası isə Reç Pospolita kralı Stanislav Leşşinskinin qızı Mariya Leşşinskidir. 27 aprel 1737-ci ildə baş tutan mərasimlə vəftiz edildi. Kralın qanuni nigahından doğulan ikinci qızı idi və sarayda Madame Royale, Madame Seconde olaraq tanınırdı.
Gözəlliyinə baxmayaraq evliliyi ilə heç bir ciddi müzakirə aparılmadı. 1752-ci ildə yoluxduğu çiçək xəstəliyi səbəbilə gənc yaşda vəfat etdi.
Mənbə
Ədəbiyyat
Antoine, Michel, Louis XV, Fayard, Paris, 1989, p. 467, ISBN 2-213-02277-1 Lever, Evelynne (2003). Madame de Pompadour: A Life. Macmillan. p. 85. ISBN 0-312-31050-1
İstinadlar