Ortancıl Malkolm: Həyat Hələ də Ədalətsizdir — Linvud Bumer tərəfindən Hulu və Disney+-da Hulu üçün yaradılan ABŞ sitkom mini-serialıdır. Bu serial Satin City Productions, Regency Television və 20th Television tərəfindən istehsal olunmuş "Ortancıl Malkolm " (2000–2006) serialında baş vermiş hadisələrdən 20 il sonrası haqqındadır.
2024-cü ilin dekabr ayında Disney+ kanalında Frenki Muniz, Brayan Kranston və Ceyn Kaçmarekin rollarını yenidən canlandıracağı bir sikvel serialın çəkiləcəyi elan edilmişdir. Serialda Malkolm və onun qızının Malkolmun valideynlərinin 40 illik yubileylərində onları ziyarət etməsi göstəriləcək. Əvvəlcə layihə iki saatlıq bir film kimi təqdim edilmişdir və sonra kanal üçün dörd 30 dəqiqəlik seriyaya çevrilmişdir. Çəkilişlər 2025-ci ilin aprel-may ayları arasında baş tutmuş və Ken Kvapis bütün seriyalara rejissorluq etmişdir. Kristofer Masterson, Emi Koliqado, Castin Berfild, Keleb Ellsvort-Klark, Entoni Timpano, Von Murrey, Kili Karsten və Kiana Madeira baş rollarda oynayırlar.
"Ortancıl Malkolm: Həyat Hələ də Ədalətsizdir" filminin tam versiyasının 10 aprel 2026-cı ildə ekrana çıxması planlaşdırılır.
Qısa xülasə Orijinal seriyanın bitməsindən təxminən 20 il sonra Malkolm doğma ailəsindən uzaqlaşaraq qızı Lea və sevgilisi Tristanla xoşbəxt bir həyat yaşayır. Valideynləri Hal və Luis 40 illik toy yubileylərində oğulları Malkolmun iştirakını tələb etdikdə, Malkolm qızı və sevgilisini xaoslu ailəsinin yanına gətirmək məcburiyyətində qalır.
Epizodlar </onlyinclude>
İstinadlar
Xarici keçidlər
Kateqoriya:ABŞ haqqında teleseriallar Kateqoriya:Disfunksional ailələr haqqında teleseriallar Kateqoriya:Qardaşlar haqqında teleseriallar Kateqoriya:ABŞ-nin sikvel teleserialları Kateqoriya:Disney+ orijinal proqramları