Anis Mehmeti (; ) — Albaniyalı peşəkar futbolçu. İngiltərənin Çempionşip liqasında çıxış edən "İpsviç Taun" klubunda və Albaniya milli futbol komandasında hücumameyilli yarımmüdafiəçi kimi çıxış edir.

Klub karyerası Gənclik illəri

İngiltərənin paytaxtı Londonda alban ailəsində anadan olan Anis Mehmeti futbola Londonda başlayıb. O, səkkiz il ərzində Fulhem klubunun akademiyasında çıxış etdikdən sonra Tottenhem Hotspur akademiyasında qısa müddət keçirib. Daha sonra 2017-ci ildə "Norviç Siti" akademiyasına qoşulub və burada iki il müddətinə gənclər komandasında oynayıb.

Peşəkar futbolda təcrübə qazanmaq məqsədilə Mehmeti 2019-cu ildə İngiltərənin aşağı liqa (Essex Senior League) təmsilçisi "Vudford Taun" klubuna keçmişdir. Burada o, 14 liqa oyununa çıxaraq 2 qol vuraraq gənc yaşına baxmayaraq fiziki futbola uyğunlaşma bacarığını nümayiş etdirmişdir.

Uikomb Uonderers

Gənc futbolçunun potensialı "Uikomb Uonderers" (Wycombe Wanderers) klubunun diqqətini cəlb edir. 202-ci ildə "Uikomb Uonderers" komandasına qoşulur və bir müddət "B" komandasında qısa zaman keçirdikdən sonra Mehmeti 29 sentyabr 2020-ci ildə klubla rəsmi müqavilə imzalamışdır. O, peşəkar səviyyədə və Çempionşipdə debütünü 17 oktyabr 2020-ci ildə "Milluol" komandasına qarşı keçirilən matçın 79-cu dəqiqəsində meydana daxil olaraq etmişdir.

O, peşəkar karyerasında ilk qolunu isə 19 dekabr 2020-ci ildə "Kuinz Park Reyncers"ə qarşı matçda (1–1) vurmuşdur. "Uikomb" heyətində həm Çempionşip, həm də Liqa Bir səviyyəsində göstərdiyi inamlı oyun, xüsusən də driblinq və hücum qurma bacarıqları ona komandanın əsas fiqurlarından birinə çevrilməyə kömək edir. Mehmeti "Uikomb" forması ilə ümumilikdə 84 liqa oyununa çıxaraq 19 dəfə fərqlənməyi bacarır.

Bristol Siti

31 yanvar 2023-cü ildə, qış transfer pəncərəsinin son günündə Anis Mehmeti Çempionşip təmsilçisi "Bristol Siti" ilə üç il yarımlıq müqavilə imzalayır. O, yeni komandasında debütünü 11 fevral 2023-cü ildə "Norviç Siti" klubuna qarşı matçda etdi. Mehmeti "Bristol Siti" heyətində ilk qolunu isə, 25 fevral 2023-cü ildə "Hall Siti"nin qapısından keçirərək komandasına qələbə qazandırdı.

İpsviç Taun 23 yanvar 2026-cı ildə Mehmeti 3,5 milyon funt sterlinq qarşılığında "İpsviç Taun"a transfer olur və klubla 2029-cu ilə qədər müqavilə imzalayır.

Milli komanda karyerası İngiltərədə anadan olmasına və bu ölkəni təmsil etmək hüququna baxmayaraq, Mehmeti valideynlərinin vətəni olan Albaniyanı seçmişdir. O, əvvəlcə 2019-cu ildə Albaniya U-19 komandasının heyətinə cəlb edilmiş və qol vurmağı bacarmışdır. 2021-ci ildə isə Albaniya U-21 milli komandasında debüt edərək Avropa Çempionatının seçmə mərhələ oyunlarında iştirak etmişdir.

Anis Mehmetinin klub karyerasındakı yüksəlişi Albaniya milli futbol komandasının baş məşqçisi Silvinyonun diqqətindən qaçmamış və o, 2023-cü ilin mart ayında UEFA Avro 2024 seçmə mərhələsi üçün əsas yığmaya çağırılmışdır. Mehmeti milli formada rəsmi debütünü 27 mart 2023-cü ildə Varşavada Polşa milli futbol komandasına qarşı keçirilən (1–0 hesablı məğlubiyyət) seçmə mərhələ matçında etdi və oyunun 70-ci dəqiqəsində Jasir Asanini əvəzləyərək meydana çıxdı.

Karyera statistikası Klub Mövsüm Liqa Kubok Liqa Kuboku Digər Cəmi Divizion Oyun Qol Oyun Qol Oyun Qol Oyun Qol Oyun Qol Vudford Taun 2019–20 Essex Senior League 14 2 — — — — 2 0 16 2 Cəmi 14 2 — — — — 2 0 16 2 Uikomb Uonderers 2020–21 Çempionşip 29 3 0 0 0 0 — — 29 3 2021–22 Liqa Bir 28 7 2 0 2 0 6 0 38 7 2022–23 Liqa Bir 27 9 1 0 2 0 0 0 30 9 Cəmi 84 19 3 0 4 0 6 0 97 19 Bristol Siti 2022–23 Çempionşip 15 1 0 0 0 0 — — 15 1 2023–24 Çempionşip 35 4 4 0 2 0 — — 41 4 2024–25 Çempionşip 10 1 1 0 1 0 — — 12 1 Cəmi 60 6 5 0 3 0 — — 68 6 Karyera cəmi 158 27 8 0 7 0 8 0 181 27

İstinadlar

Kateqoriya:Bristol Siti FK futbolçuları Kateqoriya:Albaniya milli futbol komandasının oyunçuları Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri Kateqoriya:Kosovo albanları Kateqoriya:İngiltərə Futbol Liqası futbolçuları Kateqoriya:İngiltərənin kişi futbolçuları Kateqoriya:Vikom Vonderers FK futbolçuları