Pietro Mediçi (; ) — Böyük Toskana hersoqu I Kozimonun oğlu, Mediçi ailəsinin üzvü.

3 iyun 1554-cü ildə Florensiyada dünyaya gəldi. Atası son Florensiya hersoqu I Kozimo Mediçi, anası isə onun ispan əsilli xanımı Toledolu Elyanoradır. Mükəmməl saray təlim-tərbiyəsi aldı. Hərbi sahəyə yönləndirildi və hələ 19 yaşında ikən donanmadakı ən yüksək rütbəyə yüksəldi. 1571-ci ilin aprelində anasının əmisi qızı ilə evləndirildi. Bu nikahdan 1 oğlu dünyaya gəlsə də, xoşbəxt deyildi. Belə ki, hər ikisi də sevgililəriylə eşq yaşayırdı. Nəticədə, 11 iyul 1576-cı ildə xanımını və ondan doğulan övladını əlləriylə boğaraq öldürdü. Hadisənin ardından I Ferdinand qardaşını Florensiyadan uzaqlaşdırmaq üçün onu 1578-ci ildə Madridə göndərdi. Burada Portuqaliyaya qarşı tərtiblənən hərbi səfərlərdə iştirak etdi. Atasından qalan miras payı səbəbilə qardaşı I Ferdinandla münasibətləri pisləşdi.

1593-cü ildə ikinci dəfə evlənsə də, bu nikahdan övladı olmadı. Buna baxmayaraq nikahdan kənar onlarla övladı vardı və ölümündən sonra bu övladları Florensiyaya göndərildi.

İstinadlar

Ədəbiyyat Langdon, G. Medici Kadınları: Dük Cosimo I'in Sarayı'ndan Güç, Aşk ve İhanet Portreleri. — Toronto : University of Toronto Press, 2006. — P. ix, xi, 6, 16, 144, 147, 171, 174 – 176, 179 – 180, 185 – 186, 196, 293, 364. — 372 s. — ISBN 978-0-80-203825-8

Xarici keçidlər

Kateqoriya:Mediçilər Kateqoriya:XVI əsr İtaliya zadəganları