Sofiya Yuryevna Andruxoviç (; ) — ukraynalı yazıçı, tərcüməçi və publisist.

O, ukraynalı yazıçı Andrey Bondarın həyat yoldaşıdır. Çoxsaylı mükafatlara layiq görülmüş "Amadoka" kitabının da müəllifidir. Həyat və fəaliyyəti

Sofiya Andruxoviç İvano-Frankovsk vilayətində, Yuri Andruxoviçin ailəsində anadan olub. O, ukraynalı yazıçı Andrey Bondar həyat yoldaşıdır. Cütlüyün 10 mart 2008-ci il təvəllüdlü Varvara adlı qızları dünyaya gəlib.

Andruxoviç "Çetver" jurnalının redaktorlarından biridir. 2004-cü ildə o, Krakovdakı "Villa Decius" Assosiasiyasından yaşayış üçün qrant alaraq, bir müddət orada yaşayıb. Hazırda Kiyevdə yaşayır.

2014-cü ilin dekabrında onun "Feliks Avstriya" romanı "BBC Ukrayna"nın "İlin kitabı 2014" mükafatına layiq görülüb. Romanın məzmunundan ilhamlanaraq, Marianna Duşar ilə birlikdə tərtib edilmiş resept kitabı da nəşr olunub. Rejissor Kriristina Sivolapın ekranlaşdırdığı Ukrayna-Polşa birgə istehsalı olan "Viddana" bədii filmi isə 2020-ci ildə nümayiş olunub.

Sofiya Andruxoviç, 2021-ci ilin martında ədəbiyyat üzrə "Women in Arts" mükafatına layiq görülüb.

Əsərləri Літо Мілени (Kiyev, 2002). Старі люди (İvano-Frankovsk, 2003). Жінки їхніх чоловіків (İvano-Frankovsk, 2005). Сьомга (Kiyev, 2007). Фелікс Австрія (Lvov, 2014). Feliks Avstriyanın ingilis dilinə tərcüməsi 2024-cü ilin mart ayında üzü görübş Амадока (Lvov, 2020). Tərcümələri Manuela Gretkovskaya. Європейка. Polyak dilindən tərcümə. Coan Roulinq. Garri Potter i kelix vogyu. İngilis dilindən tərcümə (Viktor Morozov ilə birlikdə).

İstinadlar

Kateqoriya:Ukraynanın qadın yazıçıları Kateqoriya:Ukrayna tərcüməçiləri Kateqoriya:Ukrayna publisistləri