Axmaq və daha axmaq () — yol komediyası janrında çəkilmiş 1994-cü ilə aid ABŞ filmi.

Filmin arxasında rejissor Piter Farrelli durur. Ssenarini isə o, qardaşı Bobbi Farrelli və Bennett Yellinlə birgə yazıb.

Film eyniadlı seriyasının ilk həlqəsi sayılır.

Təsvir Lloydla Harri çox mehriban, üzüyola, amma fərasətsiz iki dostdur. Həyatın hər sahəsində onlara çox çətin gəlir. Limuzin sürücüsü kimi işləyən Lloyd gözəl Merini hava limanına çatdırır və ona ilk baxışdan vurulur. Meriyə pəncərədən baxan Lloyd onun çantasını buraxıb getdiyini görür. Çantanı götürüb ona çatmaq istəsə də, gecikir. Amma bir müddət sonra ağlına daha yaxşı bir fikir gəlir. Harrini də özüylə alan Lloyd Meriyə çantanı şəxsən çatdırmaq üçün Aspendə yola düşür. Lakin çantanın arxasınca düşən yalnız onlar deyil, iki cinayətkar da həmin çantanı axtarır.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:ABŞ-nin komediya filmləri Kateqoriya:İngiliscə filmlər Kateqoriya:1990-cı illərin ABŞ filmləri Kateqoriya:1990-cı illərin ingilis dilli filmləri Kateqoriya:New Line Cinema filmləri Kateqoriya:1994-cü ilin filmləri Kateqoriya:1994-cü ilin ABŞ filmləri Kateqoriya:ABŞ-nin baddi komediya filmləri Kateqoriya:ABŞ-nin yol filmləri Kateqoriya:Yol filmləri Kateqoriya:İngiliscə dost komediya filmləri Kateqoriya:Kinorejissorların debüt filmləri Kateqoriya:Televiziya şoularına adaptasiya edilmiş filmlər