Gülrux Əlibəyli və ya Gülrux Əlibəyova (tam adı: Gülrux Sabir qızı Əlibəyli;) — Azərbaycan Yazıçılar Birliyinin üzvü (1967), ədəbiyyatşünas, tənqidçi, filologiya elmləri doktoru (1974), professor (1978).

Həyatı Gülrux Əlibəyli 12 yanvar 1928-ci ildə Bakı şəhərində müəllim ailəsində dünyaya gəlib. Burada orta məktəbi bitirdikdən sonra 1947–1952-ci illərdə A. A. Jdanov adına Leninqrad Dövlət Universitetində şərqşünaslıq fakültəsini bitirib. Daha sonra 1954–1958-ci illərdə Moskvada Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun aspiranturasını bitirib.

Fəaliyyəti Gülrux Əlibəyli Bakı Dövlət Universitetinin filologiya fakültəsində 1947–1952-ci illərdə müəllim kimi çalışıb. Azərbaycan EA Nizami adına Ədəbiyyat və Dil İnstitutunda 1958–1961-ci illərdə kiçik elmi işçi, yenə orada 1961–1962-ci illərdə böyük elmi işçi olaraq işləyib. Eyni zamanda 1962-ci ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsində baş müəllim olub.

Gülrux Əlibəyli 1962–1965-ci illərdə Azərbaycan Mədəniyyət nazirinin müavini, 1965–1971-ci illərdə isə Nizami adına Dil və Ədəbiyyat İnstitutunda baş elmi işçi kimi fəaliyyət göstərib. Həmçinin o, 1971–1974-cü illərdə D. Bünyadzadə adına Xalq Təsərrüfatı İnstitutunda əvvəlc baş müəllim, sonra isə fəlsəfə 1974–1989-cu illərdə fəlsəfə kafedrasının professoru olub.

Habelə G. Əlibəyli bir müddət ədəbi yaradıcılıqla məşğul olmuşdur. O, C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında bədii şuranın, Kinomatoqrafiya ittifaqının, BDU-nin ədəbiyyat nəzəriyyəsi üzrə elmi dərəcə verən ixtisaslaşmış müdafiə şurasının üzvü olmuşdur. Gülrux Əlibəyli 2009-cu ildən Slavyan Universitetinin Yaradıcılıq prosesi fakültəsinin professorudur.

Gülrux Əlibəyli tələbəlik illərindən dövri mətbuatda ədəbi-tənqidi məqalələrlə çıxış etmişdir. İndiyədək 500-dən artıq çox məqalə, esse, ədəbi portret çap etdirmişdir. Azərbaycan və keçmiş Sovet ədəbiyyatının nəzəri problemlərinə, estetika və bədiilik məsələlərinə dair əsərlərin, ədəbi-tənqidi məqalələrin müəllifidir.

Gülrux Əlibəylinin ilk ədəbi məqaləsi 1958-ci ildə Moskvda "Ədəbiyyat Məsələləri" jurnalında dərc edilib. O, ədəbiyyat nəzəriyyəsi, eləcə də, kino incəsənəti, teatr, təsviri incəsənət sahəsində çoxsaylı məqalələrin müəllifidir. G. Əlibəyli xeyli sayda beynəlxalq konfransların, elmi simpoziumların, o cümlədən, Beynəlxalq Pen Klubun toplantısının iştirakçısı olub.

Kitabları

Ölümü Gülrux Əlibəyli 15 fevral 2016-cı ildə Bakı şəhərində vəfat edib.

İstinadlar

Xarici keçidlər Azərbaycan Gender İnformasiya Mərkəzi

Kateqoriya:Azərbaycan alimləri Kateqoriya:Azərbaycanlı alimlər Kateqoriya:Azərbaycan yazıçıları Kateqoriya:Azərbaycanlı yazıçılar Kateqoriya:Azərbaycan Respublikasının mədəniyyət nazirlərinin müavinləri Kateqoriya:Azərbaycan SSR xalq komissarları və nazirləri Kateqoriya:Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimləri Kateqoriya:Azərbaycan professorları