Piysovurma () və ya liposaksiya (qısava lipo) – plastik cərrahiyyədə istifadə olunan bir növ piygötürmə əməliyyatıdır. Sübutlar bu prosedurun bir neçə aydan sonra çəki azalmasına təsir etdiyini dəstəkləmir və piylənmə ilə bağlı problemlərə təsir etdiyi müşahidə olunmur.
Bu prosedur ümumi, regional və ya yerli anesteziya altında həyata keçirilə bilər. Əməliyyat zamanı piyləri sovrub çıxarmaq üçün kanula və mənfi təzyiqdən istifadə olunur. Estetik prosedur olaraq, bunun normal çəkiyə və yaxşı dəri elastikliyinə malik insanlarda ən yaxşı nəticəni verdiyinə inanılır.
İstinadlar
Kateqoriya:Abdomen Kateqoriya:Plastik cərrahiyə