Pavla Hoçevar (; ) — Sloveniyalı yazıçı, müəllim, sosialist və ictimai fəal. O, Sloveniya Sosialistlərinin Ali Mədəniyyət Şurasının, Yuqoslaviya Qadınlar Birliyinin və "Stara Pravda"nın (Köhnə Ədalət) üzvü idi. Sol təmayüllü "Zarja", "Njiva" və "Učiteljski" qəzetləri üçün məqalələr müəllifi olub. Həyatı Pavla Hoçevar 1889-cu ildə Avstriya-Macarıstanın Vyana şəhərində anadan olub. Atası Frans Hoçevar Vyanada şabalıd yetişdiricisi, Sloveniyanın Dolenyska bölgəsindəki Male Laşçe qəsəbəsində isə torpaq sahibi idi.

Pavla Hoçevar Velike Laşçe və Lyublyanada təhsil alıb, daha sonra orta məktəbdə oxumaq və bir illik müəllimlik təlimi keçmək üçün təqaüd qazanıb. O, karyerasına Loşki Potokda, daha sonra Kolpa çayı sahilindəki Zaqozdats kəndində müəllimlik edərək başlayıb. İctimai fəaliyyəti Müəllimliklə yanaşı, Pavla Hoçevar qadınların seçki hüququ uğrunda kampaniyalar aparırdı. O, 1907-ci ildə Praqada keçirilən Ümumslavyan Qadınlar Konqresində iştirak etmiş, qadın və kişilərin bərabərliyi əsasında qadınlara səsvermə hüququnun verilməsini müdafiə edən çıxışlar etmiş və Boris Ziherl ilə qadınların siyasətə daxil edilməsini müzakirə etmişdir. Özünü sosializm tərəfdarı kimi tanıdaraq və Sloveniya Sosialistlərinin Ali Mədəniyyət Şurasının üzvü idi. Sol təmayüllü "Zarja", "Njiva" və "Učiteljski" qəzetlərində qadınlarla bağlı mövzularda məqalələr yazırdı.

1910-cu ildə Pavla Hoçevar İtaliyanın Triest şəhərinə köçərək müəllimlik fəaliyyətini orada davam etdirdi. 8 noyabr 1922-ci ildə o, Antoniya Slavikova, Milka Mankočeva, Maritsa Nadlişek Bartol və Milka Martelançeva ilə birlikdə Triestdə Qadın Xeyriyyə Cəmiyyətinin həmtəsisçisi oldu. Benito Mussolini hökuməti 1929-cu ildə bütün sloven məktəblərini, müəssisələrini və cəmiyyətlərini qadağan edib bağlayana qədər İtaliyada çalışdı, daha sonra yenidən Sloveniyaya köçdü.

Sloveniyaya qayıtdıqdan sonra Pavla Hoçevar Yuqoslaviya Qadınlar Birliyində aktiv fəaliyyət göstərdi və Vyana (1930), Belqrad (1933), Dubrovnik (1936) və Edinburqdakı (1938) konqreslərdə nümayəndə kimi iştirak etdi. Edinburqdakı konqres üçün Şotlandiyaya səyahət etdikdən sonra Pavla Hoçevar Qlazqodakı Britaniya sərgisi, konsertlər, rəqslər və ziyafətlərdə iştirakı barədə xatirələrini yazdı.Gorenjak, Ida Ograjšek. (2022) "Yugoslav Women's Movement and “The Happiness to the World” ." Gendering Peace in Europe c. 1880–2000. Routledge. pp. 122-143.

1941-ci ildə o, sol təmayüllü liberal ziyalıların gizli təşkilatı olan *"Stara Pravda"*ya qoşuldu. Pavla Hoçevar 1947-ci ildə siyasi fəaliyyətinə görə həbs olundu və Naqode məhkəməsi kimi tanınan siyasi qondarma prosesdə digər 13 fəalla birlikdə casusluqda ittiham edilərək məhkum olundu. O, 14 il müddətinə həbs cəzasına məhkum edilsə də, 9 may 1952-ci ildə şərti olaraq azadlığa buraxıldı.

Sonrakı illəri və ölümü Həbsdən azad edildikdən sonra Pavla Hoçevar öz xatirələrini qələmə aldı və bu memuarlar 1969-cu ildə nəşr olundu. Xatirələrində o, İtaliyada faşizmin yüksəlişi və bu prosesin ziyalı təbəqəsinə göstərdiyi təsirlər barədə düşüncələrini bölüşüb.

Pavla Hoçevar 18 avqust 1972-ci ildə Lyublyanada vəfat edib.

İstinadlar

Kateqoriya:Sloven diasporu