II Françesko d'Este (; ) — X Modena və Reccio hersoqu.

1660-cı ildə Modenada doğuldu. Atası Modena və Reccio hersoqu IV Alfonso d'Este, anası isə Fransanın məşhur baş naziri Kardinal Mazzarininin bacısı qızı Laura Martinozzidir. Hələ 2 yaşında ikən atası ağır xəstəliklərin ardından vəfat etdi və Françesko anasının naibəliyi altında taxta çıxarıldı. Radikal dindar biri olan anası dövlət idarəsini rahiblərə həvalə etdi və bu naibəliyi 1674-cü ilədək davam etdi.

Xarici siyasətdə Fransa kralı XIV Lüdoviki dəstəklədi. Buna səbəb isə İngiltərə kraliçası olan bacısı Mariya d'Este və taxtdan endirilən əri II Ceyms Fransa kralının yanında mühacir həyatı yaşayırdı. 14 iyul 1692-ci ildə Parma hersoqu II Ranuççionun qızı Marqarita Mariya Farneze ilə evləndi. Ancaq cütlüyün övladı olmadı. Cəmi 2 il sonra II Françesko poliartrit və podaqra səbəbilə vəfat etdi. Ölümünün ardından taxt-tac ögey əmisi kradinal Rinaldo d'Esteyə qaldı.

Mənbə

Ədəbiyyat

Crowther, Victor. "A Case-Study in the Power of the Purse: The Management of the Ducal 'Cappella' in Modena in the Reign of Francesco II d'Este", Journal of the Royal Musical Association, 115.2 (1990), pp. 207–219. Cont, Alessandro. "'Sono nato principe libero, tale voglio conservarmi': Francesco II d’Este (1660-1694)", Memorie Scientifiche, Giuridiche, Letterarie, Accademia Nazionale di Scienze Lettere e Arti di Modena, ser. 8, 12 (2009), 2, pp. 407–459.

İstinadlar

Kateqoriya:D'Este