İrma fon Troll-Borostyani (; ) — Avstriyalı yazıçı, jurnalist və feminist. Həyatı 250px|thumb|left|İrma fon Troll-Borostyani 1875-ci ildə İrma fon Troll-Borostyani 31 mart 1847-ci ildə Zalsburqda Mariya fon Troll olaraq, Jozefin fon Appeltauer və Otto Ritter fon Trollun ailəsində anadan olub. O, anasının ona öyrətdiyi musiqini çox sevir və pianoçu olmaq istəyirdi. 1862-ci ildən 1864-cü ilə qədər Troll-Borostyani Nonnberqdəki Benediktin monastır məktəbində təhsil alıb. Lakin iki ildən sonra xəstələnərək evinə qayıdıb. Orada saçlarını kəsdirib və sonradan adını Mariyadan İrmaya dəyişib. O, əsasən özü-özünü yetişdirib və qeyd dəftərləri öyrəndiyi hər şeyi ətraflı şəkildə əks etdirir. 1864-cü ildə bacısı Vilhelmine Macarıstanda müəllimlik fəaliyyətinə başladı, 1866-cı ildə isə ataları vəfat edərək ailəni məhdud vəsaitlə qoyub getdi. Bu hadisə onun karyera seçimlərini daraldaraq, adətən olduğu kimi, ya mürəbbiyəlik, ya da ailə qurmaq seçimi ilə məhdudlaşdırıb.
1870-ci ildə Troll-Borostyani konsert pianoçusu olmaq niyyəti ilə Vyanaya köçdü. Orada olduğu müddətdə ədəbi mühitlərlə əlaqə qurdu və aktyorluq dərsləri aldı. Vyanada karyera qura bilmədiyi üçün bacısının ardınca Macarıstana getdi və orada musiqi müəllimi oldu. 1874-cü ildə macarıstanlı jurnalist və yazıçı Ferdinand fon Borostyani ilə ailə qurdu. Bu evlilikdən bir qız övladı dünyaya gəlsə də, onlar birlikdə yaşamağa davam etmədilər. Əri əvvəlcə Parisə, daha sonra isə Budapeştə köçdü, lakin Troll-Borostyani onunla getmədi. Xüsusilə qızının doğumundan sonra səhhəti pisləşmişdi. O və əri uzaqdan-uzağa dostluq münasibətlərini saxlayırdılar. O, getdikcə daha çox yazmağa başladı və diqqətini demək olar ki, tamamilə gender bərabərliyi və qadın hüquqları uğrunda mübarizəyə yönəltdi. Həm qızı, həm də anası vəfat etdikdən sonra Troll-Borostyani Zalzburqa geri döndü. Orada bacısı Vilhelmine və Helene, Mariya, həmçinin Yohanna Baumqartner ilə birlikdə bir evdə yaşayırdı.
Yaradıcılığı 250px|thumb|right|1903-cü ildə nəşr olunan əsərinin üz qabığı Troll-Borostyani pyeslər, qısa hekayələr, esselər və romanlarla yanaşı, hazırda daha çox tanınmasına səbəb olan siyasi əsərlər də yazıb. 1890-cı illər ərzində o, qəzet və jurnallar üçün müntəzəm olaraq məqalə və esselər qələmə alırdı. O, qadın hüquqları uğrunda mübarizədə mühüm bir səs kimi tanınmağa başladı. 1893-cü ildə Troll-Borostyani Ümumavstriya Qadınlar Birliyinin həmtəsisçilərindən biri oldu.
Troll-Borostyani ömrü boyu müxtəlif imzalarla yazılar yazıb. Bunlara öz adının variasiyaları ilə yanaşı, Leo Bergen və Veritas təxəllüsləri də daxil idi. O, saçlarını qısa saxlayır, adətən dik yaxalı köynəklər, pencəklər və şalvarlar geyinir, siqar çəkirdi. Troll-Borostyani qadınların korsetlərdən azad olması və şalvarın qadın geyimi kimi qəbul edilməsi üçün kampaniyalar aparırdı. Səhhəti pisləşməzdən əvvəl o, həvəskar üzgüçü, konki sürən və alpinist idi. Troll-Borostyani insult keçirdikdən sonra Zalzburqda vəfat etdi və ailə məzarında dəfn olundu. O, Zalzburq tərəfindən 1995-ci ildən bəri verilən "Troll Borostyani Mükafatı", həmçinin öz adını daşıyan küçə ilə xatırlanır.
Roza Mayreder onun haqqında yazdığı nekroloqu bu sözlərlə bitirib: "Onun gedişi ilə qadın hərəkatının köhnə məktəbinin ən görkəmli mübarizlərindən biri həyatla vidalaşdı. Lakin bu hərəkatın tarixində onun daimi bir abidəsi var və o, əsərləri vasitəsilə fəaliyyətini davam etdirir."
Əsərləri Die Mission unseres Jahrhunderts – eine Studie über Frauenfragen (1878) Gleichstellung der Geschlechter (1888) Die Prostitution vor dem Gesetz – ein Appell an das deutsche Volk und seine Vertreter (1893) Das Weib und seine Kleidung (1897) Verbrechen der Liebe (1900) So erziehen wir unsere Kinder zu Vollmenschen (1912). Aus der Tiefe (1892) Onkel Clemens (1897) Irrwege (1908)
İstinadlar
Ədəbiyyat August Stockklausner et al.: In Salzburg geboren. Lebensbilder aus sieben Jahrhunderten. Verlag Salzburger Nachrichten, Salzburg 1973, ISBN 3-85304-032-2 Christa Gürtler: Irma von Troll-Borostyáni. Ungehalten: Vermächtnis einer Freidenkerin. Otto Müller Verlag, Salzburg 1994, ISBN 3-7013-0895-0. Rosa Mayreder: Irma von Troll-Borostyani [Nachruf]. – Online unter In: Neues Frauenleben 24. Jg. (1912) Nr.3, 61-63. Stadt Salzburg: Troll-Borostyáni-Preis. Elisabeth Klaus, :de:Ulla Wischermann: Journalistinnen. Eine Geschichte in Biographien und Texten, 1848–1990. LIT Verlag, Wien 2013, ISBN 978-3-643-50416-6. Ludwig Büchner: Einführung zur zweiten Auflage von „Die Gleichstellung der Geschlechter“. In: Irma von Troll-Borostyáni: Die Gleichstellung der Geschlechter. Ernst Reinhardt Verlag, München 1888. Heymann, Lida Gustava (1913): Biographische Angaben. In: Troll-Borostyáni, Irma von ( 1913): Die Gleichstellung der Geschlechter und die Reform der Jugend-Erziehung. Die Mission unseres Jahrhunderts. Eine Studie über Frauenfragen. Dritte Auflage, herausgegeben vom Bayerischen Verein für Frauenstimmrecht. München: Verlag von Ernst Reinhardt, S. II–VI. Elisabeth Friedrichs: Die deutschsprachigen Schriftstellerinnen des 18. und 19. Jahrhunderts: ein Lexikon. Metzler, Stuttgart 1981, ISBN 3-476-00456-2.
Xarici keçidlər
Ausführliche Biografie der Stadt Salzburg Was ich geschaut, Wien, 1898, E-Book der Universitätsbibliothek Wien (:de:eBooks on Demand) Nachruf von Rosa Mayreder Troll-Borostyáni-Preis 2012
Kateqoriya:Avstriya-Macarıstan jurnalistləri