Seyyid Əhməd ibn Əli əl-Məkki ibn Yəhya ər-Rifai (; ) — sufi, Rifaiyyə təriqətinin banisi.

Bioqrafiyası Nisbəsi "Rifai"dir. Hüseyn ibn Əlinin nəslindəndir.

O, Quranı əzbərlədikdən sonra Əli Əbül-Fəzl əl-Vasiti və bəzi sufi alimlərindən İslam elmlərini öyrənmiş, Əbu İshaq əş-Şirazinin Şafii hüququ ilə bağlı qələmə aldığı "Kitabüt-Tənbih" adlı əsərini öyrənmişdir. Əl-Vasiti öldükdən sonra dayısı Mənsur əl-Bətaihinin yanında təsəvvüf öyrənməyə davam etmişdir. Əhməd ər-Rifai bu şəxslərdən icazət və xəlifəlik almış, eyni zamanda da "əbül-aləmeyn" ilə "şeyxüş-şüyux" titullarına yiyələnmişdir. O, 1160-cı ildə həccə də getmişdir.

Əhməd ər-Rifai hicri 578-ci (1182) ildə ishaldan vəfat etmişdir. Türbəsi Bağdadın cənubunda, Vasit yaxınlığındadır.

Əhməd ər-Rifai "əl-Hikəmür-Rifaiyyə", "əl-Burhanül-müəyyəd", "əl-Məcalisüs-səniyyə" və başqa əsərlərin müəllifidir.

Fikirləri Əhməd ər-Rifaiyə görə, İslam "zahir" və "batin" ilə bütünlük təşkil edir. Batin zahirin özü, zahir isə batinin zərfidir; zahir olmasaydı, batın da olmazdı. Qəlb bədənsiz olmaz, qəlbi olmayan bədən isə çürüyər. Təsəvvüf batini elmdir. Təriqət şəriət deməkdir. Dərviş olmaq üçün cəmiyyətdən uzaqlaşmaq lazım deyil. Müridlər dünyəvi məşğuliyyətlərini tərk etmədən, halal və harama diqqət edərək, qəflətdən uzaq durmaqla haqq yolunda irəliləyə bilərlər. Təsəvvüf başdan sona "ədəb"dən ibarətdir və bütün ədəblər Məhəmməd peyğəmbərin sünnəsinə tabe olmaqla əldə edilir.

İstinadlar

Kateqoriya:Sufilər Kateqoriya:Sünni müsəlman İslam alimləri