Vatslav Klaus (; ) — Çexiyalı iqtisadçı və siyasətçi. Çexiyanın 2-ci Prezidenti (2003–2013) və 1-ci Baş naziri (1992–1998).
Həyatı
1941-ci ildə Praqada anadan olan Klaus, 1963-cü ildə Praqa İqtisadiyyat Universitetini bitirmişdir. İtaliya və ABŞ-ın bir sıra universitetlərində elmi tədqiqatlar aparmışdır. Praqa baharı dövründə "Tvář" jurnalında iqtisadiyyata dair məqalələrlə çıxış etmişdir. Çexoslovakiya Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda magistr təhsili almışdır. 1971–1986-cı illər arasında Çexoslovakiya Dövlət Bankında müxtəlif vəzifələrdə fəaliyyət göstərmişdir.
Siyasi fəaliyyəti
1992-ci ildə Çexiya Sosialist Respublikasında keçirilən seçkilərdə rəhbərlik etdiyi partiya qalib gəlmiş və Prezident Vatslav Havel tərəfindən Baş nazir vəzifəsinə təyin edilmişdir. Ölkənin Slovakiya ilə dinc yolla ayrılmasından ("Məxməri boşanma") sonra yeni yaradılmış Çexiya Respublikasında keçirilən ilk seçkilərdə qalib gələrək yenidən Baş nazir olmuşdur. Bu vəzifəni 1998-ci ilə qədər icra etmişdir.
1998-ci ildə Çexiya Parlamenti Deputatlar Palatasının sədri seçilmişdir. 2003-cü ildə Vatslav Haveldən sonra Çexiya Respublikasının Prezidenti seçilmiş və iki müddət bu vəzifəni icra etmişdir. 2013-cü ildə səlahiyyət müddəti başa çatdıqdan sonra yerini Miloş Zemana təhvil vermişdir.
Klaus iqtisadi liberallığın tərəfdarı kimi tanınır və Avropa İttifaqına dair skeptik yanaşmaları ilə seçilir.
İstinadlar
Kateqoriya:Çexiya prezidentləri Kateqoriya:Çexiya Respublikasının baş nazirləri Kateqoriya:Praqa siyasətçiləri Kateqoriya:Makroiqtisadçılar