Anatoli Savvatyeviç Puşnyakov (; ) — Ukrayna hərbi xadimi, general-leytenant.Указ президента Украины от 21 серпня 2007 года № 725/2007 «Про присвоєння військових звань» (укр.) 6 may 2014-cü ildən 13 yanvar 2016-cı ilədək Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı vəzifəsində xidmət etmişdir.Указ президента Украины от 6 травня 2014 года № 457/2014 «Про призначення А. Пушнякова командувачем Сухопутних військ Збройних Сил України» (укр.)
Həyatı Anatoli Puşnyakov 3 mart 1954-cü ildə Odessa vilayətinin Kodıma şəhər tipli qəsəbəsində anadan olmuşdur. O, 1975-ci ildə Xarkov Qvardiya Ali Tank Komandirləri Məktəbini, 1987-ci ildə Malinovski adına Zirehli Qoşunlar Hərbi Akademiyasını və 2000-ci ildə Ukrayna Milli Müdafiə Akademiyasını bitirmişdir.
Hərbi xidməti dövründə motonatıcı alayda tank taqımı komandiri, tank bölüyü komandiri, qərargah rəisi — tank taboru komandirinin müavini vəzifələrində çalışmışdır. Daha sonra xidmətini davam etdirmək üçün Əfqanıstana göndərilmişdir. Zirehli Qoşunlar Hərbi Akademiyasını bitirdikdən sonra tank taboru komandiri, qərargah rəisi — tank taboru komandirinin müavini, tank alayı komandiri, mexanikləşdirilmiş diviziyanın qərargah rəisi — diviziya komandirinin müavini və diviziya komandiri vəzifələrində xidmətini davam etdirmişdir.
Ukrayna Milli Müdafiə Akademiyasını bitirdikdən sonra Cənub Əməliyyat Komandanlığının korpus qərargah rəisi — korpus komandanının birinci müavini vəzifəsini tutmuş, 2002-ci ildən etibarən isə Krım Muxtar Respublikasında 32-ci ordu korpusunun komandanı olmuşdur. 2004-cü ildə Qərb Əməliyyat Komandanlığı qoşunları komandanının birinci müavini təyin edilmişdir.
2005-ci ilin iyul ayından dekabr ayınadək İraqdakı Ukrayna sülhməramlı kontingentinin komandiri və eyni zamanda "Mərkəz-Cənub" beynəlxalq diviziyasının komandir müavini vəzifələrində çalışmışdır. 2006-cı ilin mart ayındanМіністр оборони України підписав наказ про нові призначення у вищому генералітеті країни 2007-ci ilin may ayınadək Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının Şəxsi Heyətlə İş üzrə Baş İdarəsinin rəisi və Baş Qərargah rəisinin müavini vəzifələrini icra etmişdir. 2007–2009-cu illərdə Ukrayna Quru Qoşunları komandanının döyüş hazırlığı üzrə müavini və Döyüş Hazırlığı İdarəsinin rəisi olmuşdur. 2009-cu ildən Ukrayna Quru Qoşunları komandanının birinci müavini vəzifəsində xidmət etmişdir.
2014-cü ildən Ukrayna Quru Qoşunlarının komandanı təyin edilmişdir. 13 yanvar 2016-cı il tarixində Ukrayna Prezidenti Petro Poroşenkonun fərmanı ilə istefaya göndərilmişdir.
Anatoli Puşnyakov 17 noyabr 2021-ci ildə vəfat etmişdir. O, Baykovo qəbiristanlığının 33 nömrəli sahəsində dəfn olunmuşdur.
Təltifləri "Qırmızı Ulduz" ordeni "Boqdan Xmelnitski" ordeninin tam kavaleri (I dərəcə — 2015-ci il;Указ президента Украины от 21 серпня 2015 года № 490/2015 «Про відзначення державними нагородами України з нагоди Дня незалежності України» (укр.) II dərəcə — 2013-cü il;Указ президента Украины от 15 лютого 2013 года № 77/2013 «Про відзначення державними нагородами України» (укр.) III dərəcə — 2005-ci il)Указ президента Украины от 27 грудня 2005 года № 1849/2005 «Про відзначення державними нагородами України військовослужбовців українського миротворчого контингенту багатонаціональних сил зі створення умов стабільності та безпеки в Республіці Ірак» (укр.) "Ukraynaya hərbi xidmətə görə" medalı (30 sentyabr 1997-ci il)Указ президента Украины от 30 вересня 1997 года № 1081/97 «Про нагородження відзнаками Президента України військовослужбовців Збройних Сил України» (укр.) Ukrayna Müdafiə Nazirliyinin mükafatları: "Adlı odlu silah", "Rəşadət və şərəf" nişanı və "Şərəf" nişanı ilə təltif olunmuşdur.
İstinadlar
Xarici keçidlər Інформаційний портал міста Кодима Командующий сухопутными войсками США поражен профессионализмом военного руководства Украины
Kateqoriya:Donbass müharibəsi iştirakçıları Kateqoriya:Əfqanıstan müharibəsi (1979–1989) iştirakçıları Kateqoriya:SSRİ tankçıları Kateqoriya:Ukrayna general-leytenantları Kateqoriya:İraq müharibəsi iştirakçıları