thumb|Akabeko oyuncağı. – Yaponiyanın Fukuşima prefekturasının Ayzu regionunda hazırlanan oyuncaq növü. Regionu ziyarət edən turistlərə suvenir kimi satılır.

Hazırlanması və quruluşu Akabeko kağız kartondan hazırlanır. Oyuncaq iki hissədən ibarətdir: gödək ayaqlara malik olan gövdə və gövdəyə bitişdirilən baş. Baş gövdəyə çubuqla birləşdiyi üçün oyuncağın başına toxunanda aşağı və yuxarı doğru hərəkət edir. Oyuncağın qırmızı rəngə boyanmasının səbəbinin yapon mədəniyyətində qırmızının xəstəliklərdən qoruyan rəng hesab olunmasıdır.

Tarixi Oyuncaq yapon əfsanələrindəki eyniadlı canlıya əsaslanır. Əfsanəyə görə 807-ci ildə ortaya çıxan qırmızı inək Ayzu regionunda yerləşən Enzo məbədinin tikintisində kömək etmişdir. Belə ki, məbəd dik bir yamacın üzərisində yerləşdiyi üçün tikinti materiallarını daşımaq çox çətin olsa da, inək materialların daşınmasında iştirak etmişdir. Əfsanənin bir versiyasına görə inək məbədin tamamlanmasından sonra daşa çevrilmişdir, digər bir versiyaya görə isə məbəddə qalaraq xidmət etməyə davam etmişdir. XVI əsrdə bu hekayəni eşidən yerli başçılardan biri olan Qamo Ucisato iqtisadiyyatı canlandırmaq üçün dəvət etdiyi Kioto sənətkarlarından qırmızı inək oyuncaqlarının hazırlanmasını istəmişdir. Tezliklə, akabeko çiçək xəstəliyindən qoruyan tilsim kimi istifadə olunmağa başlamış, uğur gətirən oyuncaq kimi tanınmışdır. Ayzu kəndlərində akabekoya sahib olan uşaqların çiçək xəstəliyinə daha az yoluxduğuna inanılmışdır. Oyuncaqdakı qara nöqtələr çiçək xəstəliyinin səbəb olduğu ləkələri simvolizə edir. Hazırlanmış ilk akabekolardan biri Ayzu-Vakamatsu dəmiryol stansiyasında sərgilənir.

Müasir dövr Akabeko 1997-ci ildə Fukuşima prefekturasının sənət məhsulu kimi qeydiyyata alınmışdır.

Qeydlər

İstinadlar

Kateqoriya:Ənənəvi oyuncaqlar Kateqoriya:Yapon kuklaları Kateqoriya:Yaponiyadakı mövhumatlar Kateqoriya:Tilsimlər Kateqoriya:Taxta oyuncaqlar Kateqoriya:Oyuncaq heyvanlar