Yunanıstanın Olimpiya şəhərində yerləşən Beynəlxalq Olimpiya Akademiyası (Beynəlxalq adı — International Olympic Academy – IOA) 1961-ci ildə yaradılıb. Qeyd edək ki, qədim Olimpiya Oyunları məhz burada yaranıb. Akademiya Beynəlxalq Olimpiya Komitəsinə daxildir və BOK-un təhsil-tədris mərkəzidir.

Akademiya müasir Olimpiya Oyunlarının banisi Pierre de Coubertinin 1938-ci ildə irəli sürdüyü təşəbbüsə əsasən 1949-cu ildə rəsmi olaraq təsdiqlənib və 1961-ci ildə fəaliyyətə başlayıb.

İstinadlar

Kateqoriya:Beynəlxalq idman təşkilatları