Botay mədəniyyəti — eramızdan əvvəl 3700–3100-cü illərdə Qazaxıstanın şimalında (Aqmola vilayəti) mövcud olmuş eneolit dövrünə aid arxeoloji mədəniyyət. Bu mədəniyyət öz adını Botay kəndindən götürmüşdür. İmanburluq, Tersakkan, Tobol, Turqay, Ubaqan və Çaqlinka kimi çöl çayları boyunca bu mədəniyyətə aid 20-yə yaxın məskən aşkar edilmişdir. 1980-ci ildə Şimali Qazaxıstan vilayətinin Ayırtau rayonunun Nikolske kəndi yaxınlığında, İmanburluq çayının sahilində Viktor Zaybertin rəhbərlik etdiyi arxeoloji qrup tərəfindən Botay məskəni tapılmışdır.
Tədqiqatçıların gəldiyi qənaətə görə, təxminən 5,5 min il əvvəl atların əhliləşdirilməsinə ilk dəfə Botay mədəniyyəti dövründə başlanılmışdır. Bu tapıntılar atçılığın mənşəyi və qədim icmaların təsərrüfat həyatının transformasiyası baxımından mühüm tarixi əhəmiyyət kəsb edir.Pablo Librado et al. Ancient genomic changes associated with domestication of the horse, 27 Apr 2017Раскрыто происхождение домашних лошадей , 28 апреля 2017
Maddi mədəniyyət Botay mədəniyyətinin maddi irsinin əsasını daş, sümük və gildən hazırlanmış məmulatlar təşkil etmişdir. Bu dövrün əhalisi əsasən atçılıq, ovçuluq və balıqçılıqla məşğul olmuşdur. Aparılmış arxeoloji tədqiqatlar nəticəsində məlum olmuşdur ki, atçılıqla məşğul olan botaylılar madyan südündən qımız hazırlamağı bacarmışЕвразийские кочевники и региональное взаимодействие в степи — интервью с археологом Майклом Фрачетти , 2016 və təxminən 6700–6000 il əvvəl qoşqu ləvazimatlarından istifadənin pionerləri olmuşdular.Ход конём: как люди одомашнили лошадь , 8 октября 2016
Botay mədəniyyəti üçün inkişaf etmiş daş alətlər sənayesi xarakterikdir. Tapıntılar arasında çaxmaqdaşından hazırlanmış bıçaqlar, nizələr və müxtəlif növ ox ucluqları xüsusi yer tutur. Sümük işləmə sənəti də geniş yayılmış sənətkarlıq sahələrindən biri olmuşdur. Aşkar edilmiş artefaktlar içərisində üzərində cızıqlar və həndəsi fiqurlar həkk olunmuş at falanqaları xüsusi qrup təşkil edir. Viktor Zaybert qeyd etmişdir ki, tapıntıların bir qismi Orta və Ön Asiyada məlum olan Zamanbaba tipi ilə yaxınlıq təşkil edir. Tapıntılar arasında 3,5 sm uzunluğunda və 4 mm diametrində olan unikal muncuq diqqəti cəlb edir. Mikroskop altında aparılan araşdırmalar zamanı bu munciğun ortasındakı kiçik dəlikdə mağara formalı boşluq aşkar edilmişdir.«Великая степь. Что стало толчком к развитию цивилизации? » — интервью Виктора Зайберта.
Genetik və mədəni mənşə baxımından Botay mədəniyyəti Cənubi Uralyanın Surtranda mədəniyyətindən qaynaqlanmışdır. Bununla belə, Ural-Qazaxıstan regionunun orta və son tunc dövrünə aid sonrakı mərhələlərində Botay mədəniyyətindən gələn hər hansı bir varislik əlaməti müşahidə olunmur. III minilliyin sonunda bu mədəniyyətin tənəzzülə uğraması Avrasiya çölləri üçün xarakterik olan çətin iqlim fazası və quraqlığın güclənməsi ilə əlaqələndirilir.
Atların əhliləşdirilməsi Botay mədəniyyəti təxminən 5,5 min il əvvəl atların əhliləşdirilməsinin başlanğıcı ilə əlaqələndirilmişdir, lakin 2008-ci ildə P. A. Kosintsev Tersek və Botay atlarının qalıqlarını vəhşi fərdlərə aid etmişdir.Калиева С. С., Логвин В. Н. НЕКОТОРЫЕ ШТРИХИ К ПРОБЛЕМЕ ОДОМАШНЕННОСТИ ЛОШАДИ ТЕРСЕКСКИХ И БОТАЙСКИХ ПАМЯТНИКОВ , Вестник археологии, антропологии и этнографии. 2011. No 2 (15) 246 Paleogenetiklərin məlumatlarına görə, Prjevalski atları Botay atlarının vəhşiləşmiş nəsilləridir, müasir ev atı cinsləri isə Botay atlarından cəmi 2,7% nisbətində qarışıq daşıyır. Bu, müasir atların digər mərkəzlərdə əhliləşdirildiyini göstərir.«Дикая» история лошади Пржевальского. Новая гипотеза о вторичном одичании «пржевальцев» не подтвердилась , 24 октября 2018 Botaylılar atları əhliləşdirmə bacarıqlarına sahib olmuşdular, lakin məqsədyönlü seleksiya aparmamış və onların vəhşi həmcinsləri ilə cütləşməsinə şərait yaratmışdılar. Beləliklə, müasir əhliləşdirilmiş cinslər Botay at xəttindən törəməmişdir.Pablo Librado et al. The origins and spread of domestic horses from the Western Eurasian steppes , 20 October 2021
Finlandiya dilçisi Asko Parpola hesab etmişdir ki, pra-uqr dilində atın adı Avrasiyanın digər dillərindən kəskin fərqlənən naməlum substrat dildən götürülmüş ola bilər və o, bu dilin daşıyıcılarını botaylılarla eyniləşdirir. Eyni zamanda, Vladimir Napolskixin fikrinə görə, bu söz prato xar dilindəki "qənimət; mal-qara" mənasını verən *l(ə)wa* kökündən qaynaqlanır.
Bununla yanaşı, bəzi alimlər Viktor Zaybertin müxtəlif şəkildə şərh olunan tapıntılara əsaslanan konsepsiyasına şübhə ilə yanaşırlar. Xüsusilə qeyd olunur ki, gəm (psali) kimi təqdim edilən ortası qalınlaşmış iki sümük çubuqda qayış gərilmələrini keçirmək üçün zəruri olan qazılmış dəliklər mövcud deyil. Həmçinin, atların tövlə şəraitində saxlanmasına dair etibarlı sübutların olmadığı vurğulanır. Botay atlarının dişlərində müşahidə olunan zədələrin yüyən avadanlığı ilə təmasdan deyil, daha çox dişlərin təbii inkişaf pozuntuları və aşınması nəticəsində yarandığı ehtimal edilir.Кузнецов П. Ф. Ботайская культура позднего энеолита: pro et contra существования домашних лошадей // «ПРИРОДА» № 7, 2018 .Боковенко Н. А. Происхождение всадничества и этапы развития верховой сбруи у древних номадов Центральной Азии // Изучение культурного наследия Востока. Археологические изыскания. Вып. 61. : Европейский дом. 1999. С. 108—110.
Paleogenetika Botaylılarda K1b2Казахстанский ДНК-проект və Z1a (BOT2016 və ya BKZ001 nümunəsi, 4660 ± 25 BP)Characterizing the genetic history of admixture across inner Eurasia mitoxondrial haplotipləri müəyyən edilmişdir. Bot14 (TU45) nümunəsində R1b1a1-M478>R1b-L1432* Y-xromosom haploqrupuR1b-L1432 // YFull. YTree (R1b-P297-nin törəməsi, lakin R1b-M269-dan yoz, R1b1a1a1-Y13200/M73 qolundan; filogenetik ağacda Bot14 nümunəsi altaylı teleutlarla eyni qrupda yer alır) aşkar olunmuşdur. BOT15 nümunəsində N-M231 (N2a-P189.2*) Y-xromosom haploqrupu və R1b1 mitoxondrial haploqrupu (R1b1c subkladı) qeydə alınmışdır.The first horse herders and the impact of early Bronze Age steppe expansions into Asia , 2018Table S15. Mitochondrial DNA lineages identified in 74 ancient samples sequenced in the present study with Haplogrep. // Supplementary Materials for: The first horse herders and the impact of early Bronze Age steppe expansions into AsiaR1b1c // MTree Genetik cəhətdən botaylıların Yamnaya mədəniyyətinin əhalisi ilə birbaşa əlaqəsi olmadığı məlum olmuşdur. Botay TU45 (Bot14) nümunəsinin Y-xromosom haploqrupu nə Avropada üstünlük təşkil edən R1b1a1a2a1-L51 şaxəsinə, nə də Yamnaya mədəniyyətində rast gəlinən R1b1a1a2a2-GG400/Y4371/Z2103 şaxəsinə daxil olmayıb, R1b1a1a1-Y13200/M73 subkladına aiddir.Choongwon Jeong et al. The genetic history of admixture across inner Eurasia, 2019 Petropavlovsk şəhərindəki Şimali Qazaxıstan Regional Muzey Birliyində saxlanılan Botay insanına (GlenoidFossa və 1 diş) aid nümunələrdə mitoxondrial K1b2 haploqrupu ilə yanaşı, Almatıdakı Ümumi Genetika və Sitologiya İnstitutunun Populyasiya Genetikası Laboratoriyası tərəfindən 97,1% ehtimalla O2 Y-xromosom haploqrupu müəyyən edilmişdir.
Botaylıların genotipi, Okunev mədəniyyəti daşıyıcılarında olduğu kimi, yarıbayarı İrkutskdakı Mal-ta üst paleolit düşərgəsindən məlum olan və bazal R* Y-xromosom haploqrupuna sahib "Qədim Şimali Avrasiyalılar"dan (ANE), yarıbayarı isə İrkutskdakı Şamanka II erkən neolit düşərgəsinin sakinlərində təmsil olunan "Qədim Şərqi Asiya komponenti"ndən (AEA) formalaşmışdır. Tümenli ovçu-yığıcı I5766 (eramızdan əvvəl 4230–3984-cü illər, Orta Tarmansk gölü, Sosnovı adası, mtDNT: U5a2b1) nümunəsi ilə BOT15 (eramızdan əvvəl 3345–3025-cü illər) nümunəsi arasında 3-cü dərəcəli qohumluq əlaqəsi aşkar edilmişdir.Emil Nyerki et al. correctKin: an optimized method to infer relatedness up to the 4th degree from low-coverage ancient human genomes , 2023
Antropoloji tip Antropoloqların sərəncamında hazırda bu mədəniyyət daşıyıcılarına aid cəmi 5 kəllə sümüyü mövcuddur. Bu kəllələr yastılaşmış üz hissəsi ilə xarakterizə olunan arxaik massiv görünüşə malikdir. Bu, onları qədim Ural irqinə yaxınlaşdırır, avropoid tipli afanasyevlilərdən və yamnalılardan fərqləndirir. Kəllələrdən biri üçün proqnatizm və enli burun quruluşunun vəhdəti xarakterikdir. Bu əlamətlər əsasında vaxtilə həmin fərdin ekvatorial irqin bir variantına aid olması fərziyyəsi irəli sürülmüşdür, lakin sonradan bu fikir alimlər tərəfindən təkzib edilmişdir. Kəllələrdən birinin təpə nahiyəsində trepanasiya nəticəsində yaranmış iki dəlik qeydə alınmışdır.Хохлов А. А., Китов Е. П. Физический облик представителей ботайской энеолитической культуры в контексте проблемы формирования степного населения Казахстана // Казахское ханство в потоке истории: Сборник научных статей, посвященный 550-летию образования Казахского ханства. Алматы, 2015. С. 437—445.
İstinadlar
Əlavə ədəbiyyat Ботайская культура // Казахстан. Национальная энциклопедия. — Алматы: Қазақ энциклопедиясы, 2004. — Т. I. — С. 447. — ISBN 9965-9389-9-7. (CC BY-SA 3.0) Матюшин Г. Н. Археологический словарь. — М.: Просвещение: АО «Учеб. лит.», 1996. — 304 с.: ил. ISBN 5-09-004958-0. Зайберт В. Ф. Поселение Ботай и задачи исследования энеолита Северного Казахстана. Энеолит и бронзовый век Урало-Иртышского междуречья. Челябинск, 1985;. Зайберт В. Ф. Энеолит Урало-Иртышского междуречья, Петропавловск, 1993. Kateqoriya:Qazaxıstan tarixi Kateqoriya:Asiyanın arxeoloji mədəniyyətləri