Günay Qurbanova () — Azərbaycan qadın sərbəst güləşçisi, Azərbaycan milli komandasının üzvü, Avropa çempionatının bürünc mükafatçısı (2026).
İlk illər. Karyerasının başlanğıcı 2022-ci ilin iyun ayında Buxarestdə keçirilmiş iştirak etmiş və təsəlliverici görüşdə məğlub olaraq yarışı tərk etmişdir. Bir ay sonra Romada təşkil olunmuş iştirak edib və yenə təsəlliverici görüşdə məğlub olaraq mübarizəni dayandırıb.
2023-cü ilin aprel ayında Antalyada keçirilmiş gənclər arasında "Zəfər Kuboku"nda qızıl medal qazanıb. Eyni ilin iyun ayında , avqust ayında isə iştirak etmiş və hər iki yarışda ilk görüşdə məğlub olaraq çıxışını başa vurmuşdur.
2024-cü ilin iyun ayında Novi Sadda keçirilmiş , avqust ayında isə Ammanda keçirilmiş bürünc medal qazanmışdır. 2024-cü ilin sentyabr ayının əvvəlində İspaniyanın Pontevedra şəhərində baş tutmuş iştirak edib və bürünc medal uğrunda görüşdə məğlub olaraq beşinciliklə kifayətlənib.
2025-ci ilin mart ayında Tiranada keçirilmiş bütün rəqiblərini üstələyərək qızıl medal qazanıb. O, qələbəsini şəxsi məşqçisi Toğrul Əsgərova həsr edib. 3 ay sonra Kaorle şəhərində baş tutmuş da rəqiblərinə heç bir şans verməyərək qələbə qazanıb. Avqust ayında Samokovda keçirilmiş bürünc medal əldə edib. Yarışdan sonra verdiyi şərhdə yarımfinalda bəzi səhvlərə yol verdiyini və məhz buna görə uduzduğunu etiraf edib. Oktyabr ayında Novi Sadda baş tutmuş üçüncü olub.
2026-cı ilin mart ayında Zrenyaninin ev sahibliyi etdiyi qızıl medal qazanıb. Eyni ilin iyul ayında Bratislava şəhərində baş tutmuş iştirak edib və yalnız həlledici görüşdə məğlub olaraq gümüş mükafata yiyələnib.
Böyüklər arasında yarışlarda thumb|2026-cı ildə İlham Əliyevlə görüş zamanı. 2025-ci ilin fevral ayında Zaqrebdə təşkil olunmuş reytinq xarakterli "" turnirində böyüklər arasında yarışlarda debüt edib. Finaladək 3 rəqibini məğlub edən Günay, həlledici görüşdə komanda yoldaşı Alyona Kolesniki 4:2 hesabı ilə üstələyərək turnirin qalibi olub. O, yarışdan sonra reytinq turnirindəki çıxışını dəyərləndirərək deyib: "Bu yarışa konkret olaraq bütün bacarığımı ortaya qoymaq üçün getmişdim. Yeniyetmə yaş qrupunu bir neçə ay öncə bitirsəm də, bu mənə mane olmadı. Ən böyük və ən çətin rəqibim özüm idim. Mən ilk olaraq özümə qalib gəldim".
2025-ci ilin sentyabr ayında Zaqrebdə keçirilmiş " iştirak etmiş və ilk görüşdə məğlub olaraq çıxışını başa vurmuşdur.
2026-cı ilin fevral ayında Zaqrebdə baş tutmuş "" turnirində iştirak edib və bürünc medal uğrunda görüşdə Almaniya təmsilçisi Elena Brüggerə məğlub olaraq beşinciliklə kifayətlənib. Eyni ilin aprel ayında Tiranada keçirilmiş üçüncü yer uğrunda mübarizədə Dünya Güləş Birliyinin bayrağı altında yarışan belaruslu Marta Getmanovanı 7:5 hesabı ilə məğlub edərək bürünc medal qazanıb.
Şəxsi həyatı Günay Qurbanova 25 oktyabr 2007-ci ildə anadan olub. Hər iki valideyni azərbaycanlı olan güləşçi, Ukraynada böyüyüb. 2022-ci ildə Azərbaycana köçüb. Uşaqlıqda üzgüçülüklə məşğul olsa da, zamanla güləşə yönəlib.
İkiqat İslam Həmrəyliyi Oyunlarının qalibi Leyla Qurbanovanın kiçik bacısıdır.
İstinadlar
Xarici keçidlər Günay Qurbanova Awf.az saytında Günay Qurbanova İntersportstats.com saytında
Kateqoriya:Azərbaycanın qadın güləşçiləri Kateqoriya:Güləş üzrə Avropa Çempionatının medalçıları