thumb|Məhkum Con Boyl O'Reylinin fotoşəkli

Məhkum — törətdiyi əmələ görə barəsində məhkəmənin qanuni qüvvəyə minmiş məhkumluq hökmü olan və bu hökmlə müəyyən edilmiş cəzanı çəkən şəxsdir. Məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş müddətdə cəmiyyətdən təcrid olunaraq islah müəssisələrində (həbsxana) saxlanılır və cəza müddəti bitdikdən sonra azadlığa buraxılır.

Həbs edilmiş şəxs (təqsirləndirilən şəxs) ilə fərqi

Məhkumun həbs edilmiş şəxsdən əsas fərqi ondan ibarətdir ki, məhkumun cinayət törətdiyi artıq məhkəmə tərəfindən sübuta yetirilmiş və barəsindəki hökm qanuni qüvvəyə minmişdir. Həbs edilmiş (təqsirləndirilən) şəxs barəsində isə hələlik yalnız qətimkan tədbiri kimi "həbs" seçilmişdir və məhkəmə araşdırması davam edir. Belə şəxslər barəsində təqsirsizlik prezumpsiyası qüvvədə qalır.

Məhkumun hüquqi statusu

Məhkumların hüquq və vəzifələri Cəzaların İcrası Məcəlləsi ilə tənzimlənir. Cəza çəkmə müddətində məhkumun bəzi hüquqları (məsələn, hərəkət azadlığı) məhdudlaşdırılsa da, onun insan ləyaqətinə hörmət edilməsi, tibbi yardım alması və müdafiə hüququ dövlət tərəfindən müdafiə olunur.

İstinadlar

Biblioqrafiya

Новый юридический словарь / Под редакцией А. Н. Азрилияна — .: Институт новой экономики, 2006. ISBN 5-89378-016-7

Xarici keçidlər

Convict life - State Library of NSW Convict Transportation Registers database

Kateqoriya:Hüquqi terminlər Kateqoriya:Cinayət hüququ Kateqoriya:Məhbuslar və məhkumlar Kateqoriya:Məcburi miqrasiya