Rüstəm Fəxrəddin oğlu Məmmədov (30 aprel 1956, Bakı, Azərbaycan SSR) — azərbaycanlı hüquqşünas, hüquq elmləri doktoru, professor, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Beynəlxalq ümumi hüquq kafedrasının müdiri.
Bioqrafiyası Rüstəm Fəxrəddin oğlu Məmmədov 30 aprel 1956-cı ildə Bakı şəhərində anadan olmuşdur. Orta təhsilini 1963–1973-cü illərdə 56 saylı orta məktəbdə almış, 1974–1980-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində ali təhsil almışdır.
Rüstəm Məmmədov əmək fəaliyyətinə 1973-cü ildə Azərbaycan SSR Daxili İşlər Nazirliyinin yanğından mühafizə idarəsində başlamışdır. Universiteti bitirdikdən sonra, 1980-ci ildən Bakı Dövlət Universitetində Beynəlxalq ümumi hüquq kafedrasında assistent, müəllim, dosent kimi çalışmış, 1996-cı ildən isə kafedra müdiri vəzifəsini tutur.
1997–2004-cü illərdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında Xaricdə yaşayan azərbaycanlılarla və beynəlxalq qeyri-hökumət təşkilatları ilə iş sektorunun müdiri vəzifəsində çalışmışdır.
1989-cu ildə Moskvada SSRİ Diplomatik Akademiyasında “Xəzər dənizinin hüquqi statusu” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. 2007-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının İnsan hüquqları üzrə Elmi-Tədqiqat İnstitutunda doktorluq dissertasiyasını müdafiə edərək hüquq elmləri doktoru elmi dərəcəsini almışdır.
Alimin 30-dan çox kitabı (dərslik və monoqrafiya) nəşr olunmuşdur. Onun müxtəlif dillərdə 200-dən artıq elmi məqaləsi çap edilmişdir. Beynəlxalq hüquq sahəsində çoxsaylı tədqiqatçılar yetişdirmişdir və bir neçə elmi jurnalın redaksiya heyətinin üzvüdür.
Üzvlüyü Rüstəm Məmmədov 2009–2010-cu illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq ixtisası üzrə Elmi şurasının sədri olmuşdur. 2011–2013-cü illərdə Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyasının Ekspert Komissiyasının üzvü kimi fəaliyyət göstərmişdir.
2026-cı ildə Hüquq və İnsan Haqları İnstitutu publik hüquqi şəxsin Ekspert Şurasının üzvü seçilmişdir.
O, həmçinin Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq ixtisası üzrə Elmi şurasının üzvüdür.
Tədqiqat və ekspertiza sahəsi Rüstəm Məmmədovun elmi-tədqiqat və ekspertiza sahələrinə beynəlxalq hüquq, xarici ölkələrin konstitusiya hüququ, beynəlxalq dəniz hüququ, beynəlxalq mübahisələrin həlli mexanizmləri, həmçinin Xəzər dənizinin beynəlxalq-hüquqi problemləri və Dağlıq Qarabağ münaqişəsinin hüquqi aspektləri daxildir.
Təltifləri Professor Rüstəm Məmmədov 2006-cı ildə Bakı Dövlət Universitetində “İlin alimi” nominasiyası üzrə mükafata layiq görülmüşdür.
Eyni zamanda o, “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi”, “Tərəqqi medalı” və Bakı Dövlət Universitetinin yubiley medalı ilə təltif edilmişdir. Həmçinin “Türk Dünyası Araşdırmaları Uluslararası İlimler Akademisi”nin Qızıl medalına layiq görülmüşdür.
Beynəlxalq seminar, simpozium və konfranslarda iştirakı Rüstəm Məmmədov beynəlxalq hüquq və regional təhlükəsizlik məsələlərinə həsr olunmuş çoxsaylı elmi konfrans və simpoziumlarda iştirak etmişdir. Onun iştirak etdiyi əsas tədbirlərdən bəziləri aşağıdakılardır:
İl Tədbir Yer 2001 “Cənubi Qafqazda beynəlxalq mübahisələrin həlli vasitələri” Berlin, Almaniya 2002 “Məhkəmə hakimiyyətinin müstəqilliyi” Bakı, Azərbaycan 2002 “Bakı–Tiflis–Ceyhan neft kəmərinin beynəlxalq əhəmiyyəti” Bakı, Azərbaycan 2002 “Cənubi Qafqazda inteqrasiya və təhlükəsizlik” Borjomi, Gürcüstan 2002 “Xəzər dənizinin problemləri” Moskva, Rusiya 2002 “Demokratiya və mübahisələrin həlli” Sofiya, Bolqarıstan 2003 “Cənubi Qafqazın təhlükəsizliyi problemi” Berlin, Almaniya 2004 “Xəzər dənizinin hüquqi statusu və Cənubi Qafqaz” Hamburq, Almaniya 2005 “Xəzər dənizi və enerji resurslarının hüquqi problemləri” Almatı, Qazaxıstan 2006 “Xəzər dialoqu” konfransı İstanbul, Türkiyə 2011 “Xəzər problemləri” konfransı Həştərxan, Rusiya 2018 “Xəzər və Qara dəniz hüquqşünasları konfransı” Bakı, Azərbaycan 2018 “Bioetika üzrə 50-ci yubiley konfransı” Bakı, Azərbaycan
Alim həmçinin digər beynəlxalq elmi tədbirlərdə də müntəzəm olaraq iştirak etmiş və məruzələrlə çıxış etmişdir.
Nəşrləri Kitabları, dərslikləri və monoqrafiyaları
2001–2006 Məmmədov R.F. “Xəzər dənizinin beynəlxalq-hüquqi demilitasiyası”. Bakı: Bilik nəşriyyatı, 2001, 73 s. (rus dilində). Məmmədov R.F. “Beynəlxalq hüquq” (rus dilindən tərcümə). Bakı: Qanun nəşriyyatı, 2002, 752 s. Məmmədov R.F. “Müasir dəniz hüququ” (rus dilindən tərcümə). Bakı: Səda nəşriyyatı, 2006, 336 s. Məmmədov R.F. “Xəzər dənizinin bölünməsi (beynəlxalq-hüquqi məsələlər)”. Bakı: Azərnəşr, 2006, 240 s. (rus dilində). Məmmədov R.F. “Xəzər dənizinin beynəlxalq-hüquqi statusu: dünən, bu gün, sabah”. Bakı: Azərnəşr, 2006, 456 s. (rus dilində). 2007–2009 Məmmədov R.F. “Uşaq alverinə dair beynəlxalq sənədlərin və dövlətdaxili aktların qısa toplusu”. Bakı: Xəzər Gələcək Naminə Tərəfdaşlıq İctimai Birliyi, Azərnəşr, 2007, 72 s. Məmmədov R.F. “Qanunun aliliyi və insan hüquqlarının müdafiəsi mexanizmləri”. Bakı: Azərnəşr, 2009, 418 s. 2010–2012 Məmmədov R.F. “Beynəlxalq hüquq (xüsusi hissə)” (rus dilində). Moskva: Statut, 2010, 624 s. Məmmədov R.F. və b. “Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı və insan hüquqları problemləri”. Bakı: Səda, 2010, 296 s. (ingilis dilində). Süleymanov E.S., Məmmədov R.F. “Ermənistanın öz müqəddəratını təyin etmə konsepsiyası”. Bakı: Azərnəşr, 2011, 296 s. (ingilis dilində). Məmmədov R.F. və b. “Erməni separatçılarının təcrübəsində öz müqəddəratını təyin etmə prinsipi və beynəlxalq hüquq”. Bakı: Azərnəşr, 2011, 284 s. (ingilis dilində). Məmmədov R.F. və b. “Azərbaycanın ərazi bütövlüyü: beynəlxalq hüquq və milli təcrübə”. Bakı: Səda, 2012, 260 s. (ingilis dilində). 2013–2015 Məmmədov R.F. “Korrupsiya ilə mübarizə: beynəlxalq hüquq və Azərbaycan Respublikasının milli qanunvericilik təcrübəsi”. Bakı: Azərnəşr, 2013, 216 s. Məmmədov R.F. və b. eyni əsər (təkrar nəşr/variant). Bakı: Azərnəşr, 2013, 216 s. Məmmədov R.F. “Azərbaycan Respublikasının neft-qaz siyasəti: hüquqi yanaşmalar”. Bakı: MM-S, 2014, 525 s. Məmmədov R.F. “Azərbaycanda dini etiqad azadlığı və qanunvericiliyi”. Bakı: Səda, 2015, 240 s. Məmmədov R.F. “Azərbaycanlı qaçqın və məcburi köçkünlərin problemləri beynəlxalq təşkilatlar müstəvisində”. Bakı: Səda, 2015, 232 s. Məmmədov R.F., Əfəndiyeva H.E. “Azərbaycan Respublikasının tarix və mədəniyyət abidələrinin beynəlxalq-hüquqi qorunması”. Bakı: Səda, 2015, 328 s. 2016–2018 Məmmədov R.F. “Azərbaycan Respublikasının tarix və mədəniyyət abidələrinin beynəlxalq-hüquqi qorunması”. Bakı: Azərnəşr, 2016, 328 s. Məmmədov R.F. “Müasir beynəlxalq hüquq nöqteyi-nəzərindən Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanın qanunsuz fəaliyyəti”. Bakı: MM-S, 2017, 260 s. Məmmədov R.F. “Ermənistan Respublikasının işğalçılıq siyasəti. Regional təhlükəsizlik problemləri”. Global Edit (EU), Mauritius, 2018, 110 s. (ingilis dilində). Məmmədov R.F. eyni əsər (Bakı nəşri). Səda, 2018, 152 s. (ingilis dilində).
Məqalələri
1980-ci illər Xəzər dənizi rejiminin bəzi beynəlxalq-hüquqi aspektləri. Müasir beynəlxalq hüququn aktual problemləri. Bakı, 1984, s. 58–65. (rus dilində) 1990-cı illər Xəzər dənizinin ətraf mühitinin mühafizəsinin beynəlxalq-hüquqi problemləri. Bakı, 1991. (rus dilində) Qafqaz evi, yaxud ruslar müharibə istəyirlərmi. Trend, 1997. (rus dilində) NATO: Şərqə doğru hərəkət Qərblə yaxınlaşmadır. Trend, 1997. (rus dilində) Ümumqafqaz evi: Bünövrə qoyuldu. Qafqaz, 1997. (rus dilində) Ümumqafqaz evinin qurulmasına maneələr. Obşaya qazeta, Moskva, 1997. (rus dilində) Xəzər dənizinin ətraf mühitinin beynəlxalq-hüquqi mühafizəsi. Bakı, 1997. (rus dilində) Ümumqafqaz evi və beynəlxalq hüquq. Bakı, 1998. (rus dilində) Qafqaz variantı: ideyadan normativ təsbitə qədər. Bakı, 1998. (rus dilində) Xəzərin bölünməsi məsələləri. Kiyev, 1998. (rus dilində) Xəzərin statusu. Dirçəliş XXI əsr, 1998. (rus dilində) Xəzər dənizinin beynəlxalq-hüquqi statusu. Moskva, 1999. (rus dilində) 2000–2002-ci illər Sərhəd göllərinin beynəlxalq-hüquqi anlayışı. Bakı, 2000. (fransız dilində) Xəzər dənizinin müasir beynəlxalq-hüquqi statusu. Almatı, 2000. (rus dilində) Mərkəzi Asiya və Qafqaz jurnalı nəşrləri (I–II hissələr). 2000. (rus dilində) Xəzər dənizinin statusu (tarixi inkişaf). Moskva, 2000. (rus dilində) Postsovet dövrdə Xəzər hüquqi rejimi. Bakı, 2000. (rus dilində) Xəzər regionu Azərbaycanın xarici siyasətində. Kiyev, 2001. (rus dilində) Xəzər dənizinin demilitarizasiyası. Moskva, 2001. (rus və ingilis dillərində) Bakının neft diplomatiyası. Moskva, 2001. (rus və ingilis dillərində) Xəzər dənizinin hüquqi statusunun inkişafı. Bakı, 2001. (rus dilində) Xəzər – “qara qızıl” resursları. Bakı, 2001. (rus dilində) Türkiyə illik beynəlxalq münasibətlər toplusu. Ankara, 2001. (ingilis dilində) Xəzər neftinin nəqli marşrutları. Bakı, 2002. (rus dilində) Xəzər hüquqi problemləri konfrans materialları. Moskva, 2002. (ingilis dilində) Azərbaycan-Türkmənistan mübahisəsi. Bakı, 2002. (rus dilində) 2003–2006-cı illər Xəzər dənizinin hüquqi statusunun tarixi. Bakı, 2003. (rus dilində) Qloballaşma və regional hüquq qaydası. Bakı, 2003. (rus dilində) Xəzər dənizinin demilitarizasiyası: tarix və müasirlik. 2003. (rus dilində) Avropa dəniz hüququ jurnalı məqaləsi. Barselona, 2004. (ingilis dilində) Xəzər dənizi hövzəsində hərbi fəaliyyət. Bakı, 2005. (rus dilində) BMT-nin rolu və Xəzər hüququ. Bakı, 2005. (ingilis dilində) Müasir beynəlxalq hüquqda dəniz problemləri. Bakı, 2006. (rus dilində) Xəzər hüquqi delimitasiya məsələləri. Bakı, 2006. (rus dilində) Qazaxıstan-Rusiya sazişləri və Xəzər. 2006. (rus dilində) Sərhəd göllərinin delimitasiyası. Bakı, 2006. (rus dilində) 2007–2010-cu illər Xəzər dənizi akvatoriyasında demilitarizasiya problemləri. İsveç, 2007. (rus və ingilis dillərində) Postsovet dövrdə hərbi-siyasi fəaliyyət. 2007. (ingilis dilində) 2011–2015-ci illər Heydər Əliyev Fondu və diaspora əməkdaşlığı. 2014. (ingilis dilində) Xocalı soyqırımı – beynəlxalq hüquqi qiymətləndirmə. 2014. (azərbaycan və ingilis dillərində) Xəzər sammitinin rolu. Bakı, 2015. (rus dilində) Sağlamlığın müdafiəsi hüququ. Almatı, 2015. (rus dilində) 2016–2018-ci illər Sosial-hüquqi problemlər üzrə konfrans materialları. Almatı, 2016. (rus dilində) Beynəlxalq hüquqi analizlər (kollektiv əsərlər). 2017. (rus dilində) ABŞ-ın xarici siyasəti və beynəlxalq hüquq. Astana, 2018. (ingilis dilində)
İstinadlar
Xarici keçidlər Bakı Dövlət Universiteti – Hüquq fakültəsi: Rüstəm Məmmədov Hüquq və İnsan Haqları İnstitutu – Ekspert Profili Akademik seçilməsi haqqında xəbər BDU – təltif xəbəri