Alina Vladimirovna Şpak (; ) — ukraynalı arxivşünas. O, 18 sentyabr 2019-cu ildən 11 dekabr 2019-cu ilə qədər Ukrayna Milli Yaddaş İnstitutunun direktoru vəzifəsində çalışıb, həmçinin Ukraynada dekommunizasiya (kommunizmdən təmizlənmə) prosesinin liderlərindən biridir. Həyat və fəaliyyəti Alina Şpak Lesya Ukrainka adına Volın Milli Universitetinin Filologiya fakültəsini ingilis dili və ədəbiyyatı ixtisası üzrə magistr dərəcəsini bitirib.
2002-ci ildə İqor Quz və İqor Kulik ilə birlikdə "Gənc Millətçilər Konqresi"nin Volın regional təşkilatının həmtəsisçisi olub.
2006–2008-ci illərdə Lutsk Şəhər Şurasında çalışıb, Beynəlxalq Əməkdaşlıq Şöbəsinin müdiri vəzifəsini tutub.
2008–2010-cu illərdə Ukrayna Təhlükəsizlik Xidmətində məsləhətçi kimi fəaliyyət göstərib. Vlodimir Vyatroviçin dəvəti ilə Arxiv Dəstəyi Departamentinin direktor müavini olub. Alina "Dövlət Dilinin Müdafiəsi üzrə Müvəkkilin Katibli"yi rəhbərinin birinci müavinidir.
Vyatroviçin işdən azad edilməsindən sonra: 18 sentyabr 2019-cu ildən 11 dekabr 2019-cu ilədək, Ukrayna Milli Yaddaş İnstitutunun rəhbəri vəzifəsini icra edib. 19 fevral 2020-ci ildə də Ukrayna Milli Yaddaş İnstitutu rəhbərinin birinci müavini vəzifəsindən azad edilib.
31 avqust 2020-ci ildə Dövlət Dilinin Müdafiəsi üzrə Müvəkkilin Katibliyi rəhbərinin birinci müavini təyin edilib. Şəxsi həyatı Alinanın valideynləri, Lutsk sakini və Volın Dövlət Universitetində psixologiya müəllimi olan Vladimir Markoviç Şpak və 1959-cu il təvəllüdlü, Lutsk sakini Alla Dmitriyevvna Şpakdır.
Qardaşı Vitali Vladimiroviç Şpak 1986-cı ildə Lutskda anadan olub. O, 2005-2007-ci illərdə "Plast" Ukrayna Milli Skaut Təşkilatının Lutsk qəsəbə yerli şurasının sədri olub. 2007-2010-cu illərdə isə Regional Plast Ağsaqqallar Şurasının sədri vəzifəsini tutub, 2010-2012-ci illərdə Ukrayna Katolik Universitetinin Kiyev ofisinə rəhbərlik edib. O, 2012-ci ildə Amerika Birləşmiş Ştatlarına köçüb.
İstinadlar
Xarici keçidlər Біографія Ми протиставляємося не перемозі, а «побєдобєсію», — Аліна Шпак Україна нарешті почала говорити «ні», — Аліна Шпак на Файній гутірці у Луцьку Концепція Великої вітчизняної надто вузька для України, — Аліна Шпак Аліна Шпак: декомунізація: проблеми урбанонімії Комуністичні, нацистські символи можна вживати з освітньою метою — Інститут Нацпам'яті. Відео
Kateqoriya:Ukrayna aktivistləri