Pirbulaq (əvvəlki adı: Novospasovka) — Azərbaycan Respublikasının Gədəbəy rayonunun Ərtəpə kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Gədəbəy rayonunun Ərtəpə kənd Sovetinin Novospasovka kəndi Pirbulaq kəndi adlandırılmışdır.

Toponimikası Kənd keçmişdə Xunus da adlanırdı. Çar hökumətinin köçürmə siyasəti nəticəsində 1847-ci ildə burada gəlmə rus ailələri məskunlaşmış və kəndi də Novospasovka adlandırmışdılar. 1991-ci ildən kəndin ərazisindəki bulağın adı ilə Pirbulaq (Müqəddəs bulaq) adlandırılmışdır.

Coğrafiyası və iqlimi Kənd dağətəyi ərazidə yerləşir.

Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 478 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

İqtisadiyyatı Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.

İstinadlar

Həmçinin bax

Kateqoriya:Gədəbəy rayonunun kəndləri Kateqoriya:1847-ci ildə yaranan yaşayış məntəqələri