Cinayət məsuliyyəti — hüquqi məsuliyyətin bir növü olub, cinayət törətmiş şəxsin cinayət cəzası formasında dövlət tərəfindən məhkum edilməyə məruz qalmaq hüquqi vəzifəsidir.
Qanunvericilik tənzimlənməsi
Cinayət məcəlləsi ilə nəzərdə tutulmuş və cinayət törətmiş şəxsin hüquq və azadlıqlarının məhdudlaşdırılması məhkəmənin hökmü ilə fərdiləşdirilir və dövlətin xüsusi icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir.
Azərbaycanda cinayət məsuliyyətinə cəlb etmə üçün ümumi cinayət məsuliyyəti yaşı 16 yaşdır. Lakin cinayətin törədildiyi vaxta qədər 14 yaşı tamam olmuş şəxslər bəzi xüsusi ağır cinayətlərə görə (məsələn: qəsdən adam öldürmə, zorlama, oğurluq və s.) cinayət məsuliyyətinə cəlb olunurlar.
Cinayət məsuliyyəti cinayətin törədildiyi andan başlayır və məhkumluğun ödənilməsi və ya götürülməsi ilə başa çatır.
Cinayət cəzası
Cinayət məsuliyyətinin həyata keçirilməsinin əsas forması və məzmunu cinayət cəzasıdır. Lakin cinayət məsuliyyəti anlayışı cəza anlayışından daha genişdir. Cinayət məsuliyyəti həm cəza tətbiq edilməklə, həm də cəza tətbiq edilmədən reallaşa bilər. Müvafiq olaraq, cinayət məsuliyyəti özü iki növə bölünür: Cəza təyin edilmədən — şəxsin məhkum edilməsi faktı ilə (məhkəmə cəza təyin etmədən ittiham hökmü çıxarır) və ya cəza əvəzinə digər cinayət-hüquqi xarakterli tədbirlərin (məsələn: tərbiyəvi xarakterli məcburi tədbirlər və ya tibbi xarakterli məcburi tədbirlər) tətbiqi ilə məhdudlaşır; Cəza təyin edilməklə.
İstinadlar
Ədəbiyyat siyahısı
Kateqoriya:Cinayət hüququ Kateqoriya:Hüquqi terminlər Kateqoriya:Borc Kateqoriya:İctimai məsuliyyət