Mancacı – Osmanlıda küçə heyvanlarını bəsləmək üçün yemək satmaqla məşğul olan şəxs. Bu cür məşğuliyyət isə mancacılıq adlanırdı.

Etimologiya "Manca" sözü italyan dilində "mangia" () sözündən yaranmışdır. İt və pişik yeməyi kimi tanınan ciyər, dalaq kimi ət parçalarını bildirmək üçün işlənir. Bəzən mancacıları səyyar ciyərçilər də adlandırırdılar.

Tarixi 1573–1578-ci illərdə İstanbulda yaşamış alman teoloq Stefan Qerlax öz qeydlərində şəhərdəki mancacıları təsvir etmişdir. O, mancacıların şişdən keçirilmiş ətlərlə dolaşdığını, insanların bir neçə akça qarşılığında ət aldığını, damlarında gəzən pişiklərə və küçə itlərinə atdıqlarını, bunu Allaha xoş gəlmək və savab üçün etdiklərini yazmışdır. 1591-ci ildə İstanbula göndərilmiş nümayəndə Vençeslav Vratislav da küçədə "pişik əti!", "it əti!" qışqıran mancacılar barəsində yazmışdır.

1800-cü illərdə ölkənin demək olar ki, hər bölgəsində mancacılıqla məşğul olan şəxslər var idi. Bu peşə 1970-ci illərə qədər icra edilmiş, müasir dövrdə isə unudulmuşdur.

Küçə heyvanlarını bəsləmək istəyən şəxslər mancacılardan müxtəlif içalatlar satın alırdılar. Bəzən isə insanlar mancacılara içalatların pulunu verib onların heyvanları bəsləmələrini təmin edirdilər. Mancacılar içalatı qızardır, onu dəmir və ya taxta şişdən keçirir, bu şəkildə küçələrdə dolaşırdılar.

İstinadlar

Kateqoriya:Osmanlı imperiyası tarixi Kateqoriya:Heyvanlara qulluq peşələri