Petronilla (; ) — VI Araqon kraliçası və Barselona qrafinyası.

1136-cı ildə Araqon kralı II Ramironun yeganə övladı kimi dünyaya gəldi. Hələ 1 yaşında ikən 11 avqust 1137-ci ildə 23 yaşlı Barselona qrafı IV Ramon Berenquerlə evləndirildi. Cəmi bir neçə ay sonra atası kürəkəninin lehinə taxtdan çəkildi. Real monarx Petronilla hesab edilsə də, əri IV Ramon Berenquer şəxsən dövləti idarə etdi. 1150-ci ildə cütlüyün toy mərasimi baş tutdu və bu tarixdən etibarən Barselona qrafinyası ünvanı daşıdı. Cütlüyün bu nigahdan 4 övladı doğuldu.

II Alfonso III Ramon Berenquer Araqonlu Dulsa Sanço

1162-ci ildə ərinin vəfatından sonra 2 il boyunca özü təkbaşına kraliça oldu. Yalnız 2 il sonra 7 yaşlı oğlu II Alfonsonu Barselona və Araqon taxtına oturtdu. Azyaşlı oğlunun naibəsi kimi dövləti birbaşa idarə etdi və bu vəzifəsini ölümünədək davam etdirdi.

Mənbə

Ədəbiyyat

Bisson, Thomas N. The Medieval Crown of Aragon: A Short History. Oxford: Clarendon Press, 2000. Chaytor, Henry John. A History of Aragon and Catalonia. London: Methuan, 1933. Hirel-Wouts, Sophie. "Cuando abdica la reina... Reflexiones sobre el papel pacificador de Petronila, reina de Aragón y condesa de Barcelona (siglo XIII)", e-Spania, vol. 20 (2015), retrieved 8 June 2016.

Stalls, William C. "Queenship and the Royal Patrimony in Twelfth-Century Iberia: The Example of Petronilla of Aragon", Queens, Regents and Potentates, Women of Power, vol. 1 (Boydell & Brewer, 1995), 49–61.

İstinadlar

Kateqoriya:XII əsr Avropa hökmdarları