Maliq (), əvvəllər Malik () kimi tanınan, şərqi Albaniyanın Korça vilayətində yerləşən şəhər və bələdiyyədir. O, dairədəki iki şəhərdən daha kiçik olanıdır; digəri Maliqdən 14 km (9 mil) cənub-şərqdə yerləşən Korçadır.
Hazırkı genişləndirilmiş bələdiyyə 2015-ci ildə həyata keçirilən yerli idarəetmə islahatları zamanı Qore, Libonik, Maliq, Moqlitsə, Pirq, Poyan və Vreştas (Gorë, Libonik, Maliq, Moglicë, Pirg, Pojan, Vreshtas) inzibati vahidlərinin birləşdirilməsi ilə yaradılmışdır. Bələdiyyənin mərkəzi Maliq şəhəridir.
2011-ci ilin siyahıyaalınmasına əsasən bələdiyyənin ümumi əhalisi 41.757 nəfərdir. Bələdiyyənin ümumi sahəsi isə 656.89 km² təşkil edir. 2011-ci il siyahıyaalınmasında keçmiş bələdiyyənin (mərkəzi inzibati vahid) əhalisi 4.290 nəfər idi.
İnzibati vahidə Maliq şəhəri və Kolanets, Qotse, Cyıras, Bitsek, Fşat Maliq və Plovişt kəndləri daxildir.Greece – Albania Neighbourhood Programme
Etimologiyası Şəhərin adı patronimikadan (ata adından) yaranıb. Bu, ya alban dilində "dağ" mənasını verən Mal xüsusi isminə kiçiltmə mənası verən -iq şəkilçisinin əlavə olunması ilə yaranıb, ya da müsəlman adı olan Məlik (Melik) adının müəyyənlik halının (Meliki) bir variantıdır.
Tarixi Maliq şəhəri Balkanlarda erkən Tunc dövrü xalqlarının mədəni davamlılığına dair sübutlar təqdim edən erkən Tunc dövrünə aid arxeoloji abidələri özündə ehtiva edir. Maliq IIIa arxeoloji ərazisi Tunc dövrü Yunanıstanındakı dulusçuluq üslublarının təsirinə məruz qalmış saxsı qab dizaynlarının əlamətlərini göstərir. Lakin Maliq IIb ərazisində üslub kəsilməsi baş verir, belə ki, burada "daha əvvəlki Eneolit səviyyələri ilə heç bir əlaqəsi olmayan, tez-tez iki qulplu vazalar və tək qulplu fincanları özündə cəmləşdirən daha qaba keramika növləri" aşkar edilmişdir.Mallory, J. P. "In Search of the Indo-Europeans", Thames And Hudson, 1989 : 75
İqtisadiyyatı Maliq şəhəri 1951-ci ildə inşa edilmiş şəkər çuğunduru zavodunun ətrafında inkişaf etmişdir. Zavod Sovet-Alban əlaqələri çərçivəsində Sovet xarici yardımı ilə tikilmişdi. Zavod fəaliyyətə başlayanda 1000 ton istehsal gücünə malik idi, sonradan bu rəqəm 2400 tona çatdı. Nəhayət, 1990-cı illərdə zavod bağlandı və bu, şəhərdə ciddi işsizliyə səbəb oldu. Bataqlıq ərazinin şəkər zavodu sahəsinə çevrilməsi hekayəsi "Şəkər Diyarı" (Sugarland) kitabında izah və təhlil edilmişdir.
İdman Şəhəri "Maliq FK" (KF Maliqi) futbol komandası təmsil edir. Komanda 1990-cı illərin sonlarında yaradılıb və ev oyunlarını 1500 tamaşaçı tutumu olan Yovan Asko (Jovan Asko) stadionunda keçirir. Komandanın sahibi Maliq Bələdiyyəsidir, prezidenti isə Qezim Topçiudur. Komanda hazırda Albaniyanın İkinci Divizionunda çıxış edir.
Xarici keçidlər Maliq (Albaniya) xəritəsi – Nona.net
İstinadlar
Kateqoriya:Albaniya şəhərləri