Olqa Qenadiyevna Sitnik (; ) — Belaruslu aktivist, vikipediyaçı və keçmiş siyasi məhbus. O, Belarusca Vikipediyada inzibatçıdır. Minlərlə məqalə və yüz minlərlə redaktə edib. 2025-ci ilin aprel ayından o, dəfələrlə saxlanılıb və digər Vikipediyaçılarla birlikdə naməlum cinayət işində ittiham olunub. O, insan haqları təşkilatları tərəfindən siyasi məhbus kimi tanınıb.
Həyatı Olqa Sitnik Slutskda anadan olub və orada böyüyüb. S.F.Rubanau adına 10 nömrəli orta məktəbdə təhsil alıb. 2005-ci ildə Belarus Milli Texniki Universitetinin (BNTU) İnformasiya Texnologiyaları və Robototexnika fakültəsini "Robototexnika" ixtisası üzrə bitirib.
2009-cu ildən bəri "Хомелка" (Xomelka) təxəllüsü ilə Vikipediyanı aktiv şəkildə redaktə edib. 2010-cu ildə Belarusca Vikipediyanın administratoru olub. Əsasən Belarusun tarixi və mədəniyyəti, görkəmli şəxsiyyətləri, memarlıq abidələri, həmçinin Belarusun flora və faunası haqqında yazııb. Onun iyirmidən çox məqaləsi "yaxşı" və ya "seçilmiş məqalə" statusu alıb. Minlərlə məqalənin müəllifidir və yüz minlərlə redaktə edib. 2014-cü ildə Londonda keçirilən "Vikimaniya"da Belarusca Vikipediyanı təmsil edib.
Vikipediya ilə yanaşı, "Vikimənbə" (Wikisource) və "Vikianbar" (Wikimedia Commons) layihələrinə də töhfələr verib.
Təqib olunması 17 aprel 2025-ci ildə Olqa mesajlara cavab verməyi və məqalələri redaktə etməyi dayandırıb. O, saxlanılsa da, sonradan sərbəst buraxılıb. Mayın 7-də yenidən saxlanılııb və Okrestina təcridxanasında 10 günlük həbs cəzasına məhkum edilib. İttihamların mahiyyəti hələ də məlum deyil. Sitnik həbs edilmiş digər Belarusca Vikipediya administratorlarının da daxil olduğu cinayət işinin bir hissəsidir. 2025-ci ilin iyununda təhlükəsizlik qüvvələri tərəfindən ələ keçirilmiş Olqanın hesabından diaspora Telegram çatlarında etiraz aksiyaları üçün fotoqrafların axtarılması ilə bağlı müxtəlif mesajlar göndərilib. 23 iyul 2025-ci ildə Belarus insan haqları təşkilatları tərəfindən siyasi məhbus kimi tanıyıb.
2025-ci ilin dekabrında o, ev dustaqlığına məhkum edilərək istintaq təcridxanasından azad olunub.
Şəxsi həyatı Olqa Sitnik ailəlidir. Üç övladı (böyük qızı Hanna və ekiz qızları) var. 2025-ci ildə həbs olunduğu vaxt onların hamısı yetkinlik yaşına çatmayan uşaqlar olub. İstinadlar
Xarici keçidlər Старонка Вольгі Сітнік на сайце Праваабарончага цэнтра «Вясна»
Kateqoriya:Belarusda "Vesna" İnsan Hüquqları Mərkəzi tərəfindən siyasi məhbus elan edilmiş şəxslər