Erseka ( və ya Erseka) — Albaniyanın cənub-şərqində yerləşən şəhər və keçmiş bələdiyyə.
2015-ci ildə həyata keçirilən yerli idarəetmə islahatından sonra Kolonya bələdiyyəsinin inzibati vahidinə və mərkəzinə çevrilmişdir.
17-ci əsrdə salınmış Erseka keçmiş Kolonya dairəsinin mərkəzi olmuşdur.
2011-ci il siyahıyaalınmasına əsasən əhalisi 3.746 nəfər təşkil etmişdir.2011 census results
Qramos dağlarının ətəyində, 1050 metr yüksəklikdə yerləşən bu kiçik alp şəhəri Albaniyanın ən hündürdə yerləşən şəhərlərindən biridir.
Tarixi Şəhərin tarixi 17-ci əsrdən başlayır. 1785-ci ildə şəhərdə 100 ailə yaşayırdı. 1914-cü ildə o, yeni yaradılmış alban jandarm bölmələrini bölgədən sıxışdırıb çıxaran Şimali Epir qüvvələrinin nəzarəti altına keçdi.
21 noyabr 1940-cı ildə, Yunan-İtaliya müharibəsi zamanı yunan qüvvələrinin irəliləyən II Ordu Korpusunun hissələri italyan müdafiəsini yararaq Ersekayı ələ keçirdilər.
Mədəniyyəti "Fan Stilian Noli" mərkəzi il boyu bir neçə bədii və mədəni tədbirə ev sahibliyi edir. 400 yerlik əsas teatrında Korça, Tirana və yerli sənətkarların müxtəlif qruplarının tamaşaları nümayiş olunur. Etnoqrafiya muzeyində həmçinin bölgəyə xas ənənəvi geyimlər, toxuculuq və digər sənətkarlıq nümunələri kolleksiyası saxlanılır. Şəhərin mərkəzində Odis Paskalinin (Odhise Paskali) əsəri olan və 28 noyabr 1938-ci ilə aid obelisk yerləşir.
İqtisadiyyatı
Kənd təsərrüfatı Erseka bütün Albaniyada alma və bal istehsalı ilə tanınır. Şəhər eyni zamanda ağac oyması, daşyonma və xalçaçılıq ənənələri ilə də məşhurdur.
İdman 1927-ci ildə yaradılmış "Qramozi Erseka FK" (KS Gramozi Ersekë) futbol klubunun ev stadionu ümumi tutumu 10.000 (oturacaq sayı 2.000) olan Erseka stadionudur. Klubun keçmişdə uğurlu tarixi olmuşdur. 2008–09 mövsümünün sonunda pley-offda "Bülis Balş" (Bylis Ballsh) klubunu 5–2 hesabı ilə məğlub edərək Albaniya Superliqasına vəsiqə qazanmışdı. 2010-cu ildə Tiranada "Taçi Oil" kuboku uğrunda "Real Madrid"ə qarşı oynamış və oyun "Real Madrid"in 2–1 hesablı qələbəsi ilə başa çatmışdır.
Tanınmış şəxsiyyətləri Petro Dode — kommunist siyasətçi. Şahin Kolonya — millətçi. Petro Nini Luarasi — din xadimi və millətçi fəal. İsgəndər Petro Luarasi (Skender Petro Luarasi) — yazıçı. Sevasti Kiryazi-Dako (Sevasti Qiriazi-Dako) — pedaqoq. Aqim Qiryaki (Agim Qirjaqi) — aktyor. Fəhim Zavalani — jurnalist və millətçi. Tayar Zavalani (Tajar Zavalani) — jurnalist. Uran Butka — parlament üzvü, tədqiqatçı və demokrat siyasətçi. Ylli Rakipi — jurnalist.
İstinadlar
Xarici keçidlər Erseka
Kateqoriya:Albaniya şəhərləri