La-Karantin, danışıq dildə Karantina () kimi tanınır — Beyrutun şimal-şərqində əsasən aşağı gəlirli əhalinin yaşadığı və qarışıq istifadəli (yaşayış, kommersiya və yarı-sənaye) bir məhəllədir. Məhəllə Beyrut limanından şərq və şimalda, Beyrut çayından qərbdə və Şarl Elu şossesi və şəhərin Əşərəfiyyə rayonundan şimalda yerləşir.
Məhəllənin adı fransızca "La Quarantaine" terminindən götürülmüşdür, çünki Misir valisi Məhəmməd Əli Paşanın (1831-ci ildə Suriya və Beyruta nəzarət edirdi) oğlu İbrahim Paşanın xahişi ilə səyyahlar üçün burada lazaret tikilmişdir.
1970-ci illərin ortalarına qədər məhəllə əsasən fələstinlilər, ermənilər, kürdlər və şiə müsəlmanlardan ibarət 27.000 nəfərlik xarabalıq məhəlləsinə çevrilmişdi.Newsweek: Volume 87, Part 1, 1976, page 124 Bura həmçinin Livanda vətəndaş müharibəsi zamanı döyüşlərdə iştirak edən Fələstin Azadlıq Təşkilatının (FAT) hərbiləşdirilmiş qrupları üçün bir baza idi, bu amil məhəlləni döyüşən hər iki tərəf, xüsusən də yaxınlıqdakı Əşrəfiyyə məhəllələrində yerləşən Livan xristianları üçün hərbi hədəfə çevirdi. 1976-cı ilin yanvar ayında, Livan vətəndaş müharibəsinin birinci mərhələsinin ən qızğın vaxtında Karantina rayonu Şərqi Beyrutun sakinləri üçün təhlükəli hesab olunurdu və FAT elementlərini təmizləmək məqsədilə xristian milislərinin çoxsaylı hücumlarından sonra əhali buranı tərk etməli oldu və ağır döyüşlərdə yaraqlılar zərərsizləşdirildi, ardınca sağçı Livan Cəbhəsi tərəfindən Karantina qırğını təşkil olundu və təxminən 1500 nəfər həlak oldu.
La Karantindəki sənaye sahələri əvvəllər şüşə, mebel, dam örtüyü, kərpic və dəri məmulatları istehsalına yönəlmişdi, lakin bu sənaye sahələrinin çoxu metal emalı, taxıl silosu istehsalı, dəri emalı və kiçik sənətkarlıq sənayesi ilə əvəz olundu. Bu ərazi şəhərin ən çirkli hissələrindən biridir, çünki burada hazırda bağlı olan şəhər sallaqxanası yerləşir və bura RAMCO (əvvəllər Sukleen) tullantıların utilizasiya və təmizlənmə mərkəzidir.
Magistral yola bitişik məhəllənin cənub hissəsində, 2009-cu ildə "Beyrut Rok festivalına" ev sahibliyi edən çoxməqsədli tədbirlər mərkəzi olan "Forum de Beyrouth" kimi müxtəlif ticarət müəssisələri yerləşir. Ərazidə "B 018", eləcə də "KED" və "Grand Factory" kimi digər klublar da yerləşir.
2011-ci ildə keçmiş polad zavodu ərazisində açılan "Joy Mardini's Art Factum Gallery" kimi getdikcə daha çox incəsənət qalereyaları açılır və ya məhəlləyə köçürülür.
İstinadlar
Kateqoriya:Beyrut məhəllələri