Əbu Səid əl-Mühəlləb ibn Əbi Sufrə Zalım ibn Sərraq əl-Ətaqi əl-Əzdi (; ) — Əməvilərin Xorasan valisi və Mühəlləbilərin banisi.

Bioqrafiyası Səhabə Əbu Sufrə əl-Əzdinin oğludur.

Uşaqlıq və gənclik illəri Ömərin dövründə, Bəsrədə keçib. Atası nüfuzlu şəxs olduğundan yaxşı təhsil alıb, ən gənc yaşlarından qəbiləsi arasında hörmət qazanıb.

656-cı ildə Əli tərəfindən öz qəbiləsinə lider təyin olunub. Ardınca Muaviyənin tərəfindən 662-ci ildə Əbdürrəhman ibn Səmurənin komandanlığında Sicistan (Sistan) göndərilib. Kabilin ələ keçirilməsindən sonra qələbə xəbərinin Bəsrə valisinə çatdırılması ona həvalə olunub. Ardınca Herat və Cövzcan ətrafındakı döyüşlərdə mühüm ro oynayıb (664), Pamirdə mühasirə düşmüş müsəlman ordusunu mühasirədən çıxarıb (667) və bu sayədə nüfuzu daha da artıb. 676-cı ildə Səmərqənd döyüşündə bir gözünü itirib. Yezidin dövründə Soqd hökmdarını məğlub edib.

Yezidin ölümündən sonra Abdullah ibn Zübeyri dəstəkləyib. 684-cü ildə Xorasan valisi təyin edilib və Əzraqilərin üzərinə göndərilib. Bu döyüşdə Əzraqiləri ağır məğlubiyyətə uğradıb və onların Bəsrəyə olan təzyiqlərini aradan qaldırıb. Bu hadisənin əhəmiyyətini vurğulamaq üçün Bəsrəyə "Bəsrətül-Mühəlləb" deyilib. Əzraqilərlə döyüşdən əldə etdiyi qənimətləri ordusunun güclənməsinə xərcləyib.

Bu vaxt Musab onu Kufəni ələ keçirmiş Muxtara qarşı yanına çağırıb. Bundan sonra o, Məzar, Hərurə və Muxtarın öldürüldüyü döyüşdə mühüm rol oynayıb. Ardınca Mosul-Cəzirə-İrminiyə-Azərbaycan valisi təyin edilib və Əzraqilərin fəallaşmasından sonra yenidən onlara qarşı göndərilib (687–688).

Əbdülməlikin İraqa hərəkət ediyini eşidən Musab, ondan məsləhət istəyib. Əbdülməlikin bəzi iraqlı əmirlərlə məktublaşdığını Musaba xəbər verən əl-Mühəlləb ibn Əbu Sufrə, onunla birlikdə döyüşdə iştirak etmək istədiyi bilidirib, lakin Musab bunu qəbul etməyib.

Musabın döyüşlərin birində öldürüldüyünü öyrənib və bundan sonra Abdullah ibn Zübeyrdən ayrılaraq Əbdülməlikə beyət edib. O, 693-cü ildə Əbdülməlik tərəfindən komandan təyin edilərək Əzraqilərin üzərində göndərilib.

12 yanvar 695-ci ildə Əzraqiləri ağır məğlubiyyətə və onları üç il təqib edərək oğlu Yezidlə birikdə hamısını ilə məhv etməyi bacarıb.

19 illik mübarizəsindən sonra Bəsrə, Əhvaz, Fars, Təbəristan və digər yerlərdən Xarici üsyanlarını tamamı ilə yatıran əl-Mühəlləb ibn Əbu Sufrə, bu xidmətinin qarşılığı olaraq 697-ci ildə Xorasan valisi təyin edilib.

O, vali təyin edildikdən sonra həmin bölgədə bir sıra hərbi nailiyyətlər əldə edib. 702-ci ildə Mərvdə öz yerinə vəkil təyin etdiyi oğlu Muğirənin ölüm xəbərini eşidən əl-Mühəlləb ibn Əbu Sufrə, Kişdən Mərvə gedərkən yolda vəfat edib.

İstinadlar Kateqoriya:İslam hökmdarları Kateqoriya:VIII əsr ərəbləri Kateqoriya:Əməvi sərkərdələri Kateqoriya:Ərəblərin Mavəraünnəhrə yürüşü Kateqoriya:VII əsr ərəbləri