thumb|Berlin-Brandenburq Elmlər Akademiyası

Berlin-Brandenburq Elmlər Akademiyası (; qısaca: BBAW) — Almaniyanın paytaxtı Berlin şəhərində yerləşən təbiət elmləri və humanitar elmlər akademiyasıdır. Akademiya 1700-cü ildə yaradılmış Prussiya Elmlər Akademiyası və 1946-cı ildə yaradılmış Berlin Alman Elmlər Akademiyası da daxil olmaqla, bir neçə köhnə akademiyanın əsasında Berlin və Brandenburq hökumətləri arasındakı rəsmi razılaşma ilə 1992-ci ildə təsis edilmişdir. Berlin və ətrafındakı üç müxtəlif məkanda fəaliyyət göstərən BBAW, regionun ən böyük universitetdankənar humanitar elmi-tədqiqat institutudur.BBAW Introduction 6 mart 2025 tarixində istifadə olunub

Berlin-Brandenburq Elmlər Akademiyası Leopoldin Alman Milli Elmlər Akademiyasının himayəsi altında publik hüquqi şəxs kimi fəaliyyət göstərir. Təşkilatın 300-dən çox üzvü və 250 əlavə işçi heyəti mövcuddur.BBAW Membership Roster 22 iyun 2012 tarixində istifadə olunub Akademiyanın seçilmiş elmi üzvləri arasında 78 Nobel mükafatı laureatı yer alır.Goethe Institute profile of the BBWA 6 mart 2025 tarixində istifadə olunub

Berlin-Brandenburq Elmlər Akademiyası bir neçə köməkçi tədqiqat mərkəzini idarə edir. Həyata keçirilən layihələr arasında böyük lüğətlərin tərtib edilməsi; antik, orta əsrlər və müasir tarixə aid mətnlərin redaktəsi; həmçinin müxtəlif sahələrdən olan klassik ədəbiyyatın nəşri yer alır.

İstinadlar

Əlavə ədəbiyyat siyahısı

Berlin-Brandenburg Academy of Sciences and Humanities (publishers): A History of more than 300 Years. The Berlin-Brandenburg Academy of Sciences and Humanities, formerly the Prussian Academy of Sciences. second, revised edition. Berlin 2020. ISBN 978-3-939818-82-3. (19,6 MB, English and German in parallel, retrieved 2026-02-06).

Xarici keçidlər

Official Website

Kateqoriya:Elmlər akademiyaları Kateqoriya:Almaniyanın elmi təşkilatları Kateqoriya:Berlinin elmi təşkilatları Kateqoriya:Almaniyanın elmi-tədqiqat institutları Kateqoriya:Berlin-Brandenburq Elmlər Akademiyası Kateqoriya:Almaniya Elmlər Akademiyaları İttifaqı