Mixail Sergeyeviç Sivakov (; ) — Belaruslu keçmiş peşəkar futbolçu.
Hal hazırda Rusiya Media Futbol Liqasında çıxış edən "SKA Rostov-na-Donu" komandasında mərkəz müdafiəçisi kimi oynayır.
Karyerası
Klub Sivakov karyerasına "Smena Minsk" komandasında başlamış, daha sonra 2003-cü ilin yanvarında BATE komandasına keçmiş və burada əvəzedici heyətdə 83 oyunda 14 qol vurmuşdur. 17 yaşında olarkən Almaniyanın "Borussiya Dortmund" klubunun maraq dairəsinə düşsə də, onlarla heç vaxt müqavilə imzalamamışdır. O, 2005-ci ildə əsas komanda ilə çıxış etməyə başlamış, Belarus Yüksək Liqasında 13 oyunda iştirak edərək bir qol vurmuşdur.
31 yanvar 2009-cu ildə İtaliya A Seriyasında çıxış edən Kalyari komandası ilə 4 illik müqavilə imzalamışdır.
O, A Seriyasındakı debütünü 8 noyabr 2009-cu ildə "Sampdoriya" komandasına qarşı keçirmiş və son dəqiqələrdə Davide Biondininin yerinə meydana daxil olmuşdur. 27 yanvar 2010-cu ildə o, Radca Nainqqolan ilə dəyişdirilərək Pyaçentsa komandasına icarəyə verilmişdir.
28 yanvar 2011-ci ildə Sivakov "Visla Krakov" komandası ilə yarım illik icarə müqaviləsi imzalamışdır. O, ən çox "Lexiya Qdansk" komandasına qarşı 51,1 metr məsafədən vurduğu qolla yadda qalmışdır.
25 avqust 2011-ci ildə Sivakov Kalyari komandasını tərk edərək Belçika Pro Liqasında çıxış edən "Zülte Varegem" komandasına qoşulmuşdur. O, klubla dörd illik müqavilə imzalamışdır.
28 yanvar 2015-ci ildə Sivakov Azərbaycan Premyer Liqasında çıxış edən Qəbələ komandası ilə altı aylıq müqavilə imzalamışdır. Burada o, keçmiş "Çernomorets Odessa" komandasından olan yoldaşları Dmitri Bezotosnı, Aleksey Qay, Ruslan Fomin və baş məşqçi Roman Qriqorçuk ilə yenidən bir araya gəlmişdir. Sivakov müqavilə müddəti başa çatdıqdan sonra "Qəbələ" komandasını tərk etmişdir.
2015-ci ilin iyun ayında Sivakov "Zarya Luqansk" komandası ilə iki illik müqavilə imzalamışdır.
19 yanvar 2017-ci ildə o, Rusiya Premyer Liqasında çıxış edən "Orenburq" komandası ilə müqavilə imzalamışdır.
17 iyun 2017-ci ildə o, digər Rusiya klubu "Amkar Perm" ilə iki illik müqavilə imzalamışdır.
24 iyul 2018-ci ildə "Amkar" müflis elan edildikdən sonra o, yenidən "Orenburq" komandasına qayıtmışdır. Sivakov 10 iyun 2024-cü ildə müqaviləsi başa çatdıqdan sonra "Orenburq" komandasını tərk etmişdir.
Milli yığma Sivakov 2004-cü ildən 2005-ci ilə qədər Belarusun 17 yaşlılardan ibarət milli futbol komandasında, 2006-cı ildə isə 19 yaşlılar komandasında çıxış etmişdir. 2008-ci ildə Sivakov 21 yaşlılar komandasının üzvü olmuşdur. O, komanda üçün ilk oyununu 14 oktyabr 2008-ci ildə keçirmiş və Türkiyəyə qarşı 39-cu dəqiqədə qol vurmuşdur. Sivakov 2009-cu ildə 21 yaşlılar arasında Avropa Çempionatında iştirak edən və qrup mərhələsində mübarizəni dayandıran 21 yaşlılar komandasının aparıcı üzvlərindən biri idi. İki il sonra o, 2011-ci ildə 21 yaşlılar arasında Avropa Çempionatında 3-cü yeri tutan və 2012-ci il Olimpiya Oyunlarına vəsiqə qazanan 21 yaşlılar komandasının kapitanı olmuşdur. Sivakov hər beş matçda iştirak etmişdir.
O, həmçinin 2012 Tulon Turnirində iştirak edən Belarus Olimpiya komandasının kapitanı olmuş, hər üç matçda oynamış və bir qol vurmuşdur.
Sivakov Belarus milli futbol komandasında debütünü 2 iyun 2010-cu ildə İsveç milli komandasına qarşı keçirilən və 0:1 hesabı ilə evdə məğlub olduqları yoldaşlıq oyununda etmiş, ikinci hissədə Sergey Omelyançuku əvəz edərək meydana daxil olmuşdur.
Şəxsi həyatı Onun anası polyak əsillidir.Michaił Siwakow: płynie w moich żyłach trochę polskiej krwi 24 February 2011, onet.pl
Karyera statistikası
Klub Məlumatlar 25 may 2024-cü ildə oynanılan matça əsasən yenilənib. KlubMövsümLiqaÖlkə kubokuQitəDigərCəmiDivizionOyunlarQollarOyunlarQollarOyunlarQollarOyunlarQollarOyunlarQollar"BATE"2005Belarus Yüksək Liqası20100000302006Belarus Yüksək Liqası10101000302007Belarus Yüksək Liqası1011140001522008Belarus Yüksək Liqası2338111000424Cəmi36411216000636"Kalyari"2008–09A Seriyası00000000002009–10A Seriyası10000000102010–11A Seriyası2010000030Cəmi3010000040"Pyaçentsa" (icarə)2009–10B Seriyası152000000152"Visla Krakov" (icarə)2010–11Ekstraklasa141200000161"Zülte Varegem"2011–12Belçika Pro Liqası140000000140"BATE" (icarə)2012Belarus Yüksək Liqası70207000160"BATE"2013Belarus Yüksək Liqası180001010200"Qomel"2014Belarus Yüksək Liqası142100000152"Çernomorets Odessa"2014–15Ukrayna Premyer Liqası101302000151"Qəbələ"2014–15Azərbaycan Premyer Liqası120100000130"Zarya Luqansk"2015–16Ukrayna Premyer Liqası2216040003212016–17Ukrayna Premyer Liqası140115000201Cəmi361719000522"Orenburq"2016–17Rusiya Premyer Liqası120000020140"Amkar Perm"2017–18Rusiya Premyer Liqası251310020302"Orenburq"2018–19Rusiya Premyer Liqası2212000002412019–20Rusiya Premyer Liqası1902000002102020–21Rusiya Milli Futbol Liqası3721000003822021–22Rusiya Milli Futbol Liqası2720000102822022–23Rusiya Premyer Liqası2402100002612023–24Rusiya Premyer Liqası100700000170Cəmi139514100101546Karyera cəmi355174553506044122
Milli yığma BelarusİlOyunlarQollar201010201420201540201660201731Cəmi161
Milli komandada qollar Nəticələr və qollar cədvəlində ilk olaraq Belarusun qolları göstərilmişdir. No Tarix Məkan Rəqib Hesab Nəticə Yarış 1. 9 iyun 2017 Borisov Arena, Borisov, Belarus 1–0 2–1 2018 FİFA Dünya Kubokunun seçmə mərhələsi
Uğurları "BATE" Belarus Yüksək Liqası: 2006, 2007, 2008, 2012, 2013 Belarus Kuboku: 2005–06 Belarus Superkuboku: 2013
"Visla Krakov" Ekstraklasa: 2010–11
Belarus (21 yaşlılar) Gənclər arasında Avropa Çempionatı, üçüncü yer: 2011
İstinadlar
Kateqoriya:İtaliya A Seriyası futbolçuları Kateqoriya:İtaliya B Seriyası futbolçuları Kateqoriya:Azərbaycan Premyer Liqası futbolçuları Kateqoriya:Rusiyada legioner futbolçular Kateqoriya:Rusiya Premyer Liqası futbolçuları Kateqoriya:Legioner Belarus futbolçuları Kateqoriya:BATE Borisov FK futbolçuları Kateqoriya:Azərbaycandakı əcnəbi kişi futbolçular Kateqoriya:Azərbaycanda legioner Belarus idmançıları Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri Kateqoriya:Zülte Varegem FK futbolçuları Kateqoriya:Qəbələ FK futbolçuları