II Marqarita (; ) — Eno qrafı I Vilyamın qızı, Eno qrafinyası və Müqəddəs Roma imperatriçası.

1311-ci ildə dünyaya gəldi. Atası Eno qrafı I Vilyam, anası isə Valua qrafı Karlın qızı Jannadır. Uşaqlıq illərinin çoxu Enoda keçdi və anasıyla birlikdə tez-tez Fransaya səyahət etdi. 26 fevral 1324-cü ildə Kölndə Almaniya kralı IV Lüdviqlə evləndirildi. Cütlüyün bu nigahdan 9 övladı doğuldu.

Marqarita (1321-1374), Slavoniya hersoginyası Anna (1326-1361) VI Lüdovik (1328-1365), Bavariya hersoqu Yelizaveta (1329-1402) I Vilyam (1330-1389), Bavariya hersoqu Aqnessiya (1335-1352), rahibə Albert (1336-1404), Bavariya hersoqu Otto (1340-1379), Bavariya hersoqu Lüdovik (1347-1348)

1328-ci ildə əri Romada Müqəddəs Roma imperatoru seçildi və beləcə, Marqarita imperatriça ünvanı aldı. 1345-ci ildə varissiz vəfat edən qardaşı II Vilyamın ardından Eno qraflığını miras aldı. Ərinin 1347-ci ildə vəfatından sonra övladları mülkləri öz aralarında bölüşdülər.

Mənbə

Ədəbiyyat

İstinadlar