Cozef Samuel Nay kiçik () — Amerikalı siyasətşünas. 1977-ci ildə Robert Koheyn ilə birgə buraxdığı Güc və qarşılıqlı asıllılıq () kitabında beynəlxalq münasibətlərin neoliberalizm nəzəriyyəsinin əsasını qoymuşdur. Nay yumşaq güc və ağıllı güc anlayışlarının inkişafında aparıcı rol oynamışdır.
Həyatı
Cosef Nay Nyu Cersi ştatının Saus Orenc şəhərində anadan olub. Atası Cosef Nay (istiqraz treyderi və səhm firmasının rəhbəri) və anası Elsa Aşvell Nayın dörd uşağından üçüncüsü olub.
O, 1964-cü ildə Harvard Universitetində fəlsəfə doktoru dərəcəsi alıb. Onun müəllimləri arasında Henri Kissincer və Con Kennet Qelbreyt var idi. Dissertasiyasının mövzusu Şərqi Afrikada inteqrasiya idi. Nay doktorluq dərəcəsini alan kimi Harvard fakültəsinin heyətinə qoşuldu. O, 1985-1990-cı illərdə Con F. Kennedi İdarəetmə Məktəbində () Elm və Beynəlxalq Əlaqələr Mərkəzinin direktoru, 1989-1992-ci illərdə isə Harvardda Beynəlxalq Əlaqələr üzrə dekan müavini vəzifələrində çalışıb. 1968-ci ildə Beynəlxalq Sülh üzrə Karnegi Vəqfinin alimi olub və Cenevrə Ali İnstitutunda dərs deyib. Nay, həmçinin 1989-1993-cü illərdə Harvardda Beynəlxalq Əlaqələr Mərkəzinin direktoru, 1995-2004-cü illərdə isə Con F. Kennedi İdarəetmə Məktəbinin dekanı olmuşdur. O, Universitetin Fəxri Görkəmli Xidmət Professoru () idi.
1977-1979-cu illərdə Nay Dövlət katibinin Təhlükəsizlik Yardımı, Elm və Texnologiya üzrə müavininin köməkçisi olmuşdur.
Gec 1980-ci illərdə Nay yumşaq güc anlayışı üzərində işləməyə başladı. 1990-cı ildə onun yumşaq güc haqqında yazdığı məqalədən sonra bu anlayış geniş şəkildə yayılmağa başladı.
O, Yaponiya ilə bağlı bir sıra hesabatın müəllifidir. O cümlədən, 1995-ci ildə üzə çıxan Nay Təşəbbüsü adı altında tanınan hesabatın. Bundan əlavə, dostu Riçard Armitec ilə birgə yazdığı ABŞ-Yaponiya müttəfiqlik ilə bağlı bir sıra yazıları olub.
1999-cu ildə Nay Sinqapurda səfərdə olanda, Li Kuan Yuya təklif edib ki, ölkədə Londonun Hayd parkındakı kimi natiqlər küncü açılsın. 2000-ci ildə Sinqapur Hon Lim parkında öz natiqlər küncünü açdı.
O, Üçtərəfli komissiyanın Şimali Amerika şöbəsinin sədri idi. 2002-ci ildən başlayaraq, Project Syndicate üçün yazırdı.
Nayın son yaşayış yeri Massaçusets ştatının Leksinqton şəhərində yerləşən Brukheven adlı pensiyaçılar icması idi. 2025-ci ilin mayın 6-da Cozef Nay Massaçusets Ştatının Kembric şəhərində yerləşən Mount Auburn Hospitalda vəfat etdi.
Biblioqrafiya Kitabları
Mükafatları
Prinston Universitetinin Vudro Vilson mükafatı Amerika Siyasətşünaslıq Assosiasiyasının Çarlz E. Merriman mükafatı Dublin Triniti Kollecinin Fəxri Himayədarlığı (2010) On universitet və kollecin fəxri dərəcələri Beynəlxal Tədqiqatlar Assosiasiyasının Xarici Siyasət üzrə Fərqlənən Alim Mükafatı (2010)
İstinadlar