Mustafa Məcdi Nizami Boysan (;) — türk iş adamı, CHP-nin Ədirnə üzrə keçmiş millət vəkili.

O, kənd təsərrüfatı, ticarət, podratçılıq və sənaye sahələri ilə məşğul olub. Türkiyə Böyük Millət Məclisinin V çağırış Ədirnə millət vəkili kimi fəaliyyət göstərib. Mustafa Kamal Atatürkün bacısı Məqbulə Atadanın həyat yoldaşı olub.

Həyatı Məcdi Boysan 1886-cı ildə Gümülcinədə anadan olub. Atası Ömər Həmdi bəy, anası Nəzmiyə Cəmilə xanımdır.

Birinci Dünya müharibəsindən sonra Türkiyədə İstiqlaliyyət müharibəsinin başladığı dövrdə İstanbulda Mustafa Kamal Paşanın bacısı Məqbulə xanımla evlənib. Milli Mücadilə illərində İstanbul və Ankara arasında gedib-gələrək rabitəni təmin edib. Ordunun ehtiyacı olan təyyarə kətanı, telefon məftili, bel çantası, paltarlıq parça, patron kimi ləvazimatların tədarükü ilə məşğul olub; yanacaq ticarəti ilə məşğul olub.

1924-cü ildə Kəmərburqaza bağlı Əlibəyköydə bir təsərrüfat yaradaraq arıçılıq, südçülük, dovşançılıq, tingçilik, tərəvəzçilik və meyvəçiliklə məşğul olub. 1934-cü ildə Nazirlər Şurasının qərarı ilə Türkiyə İş Bankına, Türk şüşə sənayesini qurmaq tapşırığı verilib. Məcdi bəy "Şişe ve Cam Fabrikası" şirkətinin İdarə Heyətində yer alıb. "Soyad qanunu" qəbul edildikdə isə "Boysan" soyadını götürüb.

1935-ci ilin ümumi seçkilərində 360 səs alaraq Cümhuriyyət Xalq Partiyasından Ədirnə millətvəkili seçilib. O, Məclisdə iqtisadiyyat komissiyasının üzvü olub. Xaricdən gətiriləcək radiolar və ehtiyat hissələrinin vergi və rüsumlardan azad edilməsi haqqında qanun layihəsi təklifini irəli sürüb. 1939-cu ildə millətvəkilliyi fəaliyyətini başa vurub.

1946-cı ildə Məqbulə Atadandan boşanan Məcdi Boysan, 25 dekabr 1956-cı ildə 70 yaşında vəfat edib.

Məcdi Boysan fransız, alman, yunan və ərəb dillərini də bilirdi.

İstinadlar

Kateqoriya:Türkiyə fermerləri