thumb|260px|Jan-Batist Marten. Luvr sarayında Kral Boyakarlıq və Heykəltəraşlıq Akademiyasının adi iclası. Təxminən 1712–1721-ci illər.

Fransa Boyakarlıq və Heykəltəraşlıq Akademiyası və ya Kral Boyakarlıq və Heykəltəraşlıq Akademiyası () — Parisdə fəaliyyət göstərmiş tarixi bədii akademiya. Avropada bu qəbildən olan ilk ali təhsil müəssisələrindən biri, həmçinin Böyük Fransa inqilabından əvvəlki Köhnə rejim dövründə təsviri incəsənət sahəsində kadr hazırlığı və bədii fəaliyyətin idarə olunması üzrə ən mühüm dövlət təsisatı.

Tarixi

XVII əsrin ortaları və ikinci yarısında XIV Lüdovikin Fransadakı hakimiyyət dövrü — müxtəlif sənət növlərinin təmtəraqlı və zəfər formalarında klassisizm ilə barokko elementlərini birləşdirən "XIV Lüdovik üslubu" (böyük üslub) () erası idi. Bu dövr Fransa incəsənətinin "qızıl əsri" adlandırılır. Lakin bu dövr, həmçinin yalnız müəyyən bədii kanonlara tabe olmağı deyil, həm də kralın mütləqiyyət hakimiyyətini şöhrətləndirmək üçün bütün sənətkarların səylərini taxt-tac ətrafında birləşdirməyi nəzərdə tutan akademizm ideologiyasının formalaşdığı bir vaxt idi.

Bu mühüm ideoloji vəzifənin həlli, Müqəddəs Luka gildiyasının üzvləri kimi bir çox imtiyazlardan yararlanan azad sənətkar gildiyalarının və rəssamlar ilə heykəltəraşların sex birlikləri tərəfindən göstərilən rəqabət səbəbindən mürəkkəbləşirdi. Bu vəziyyət, başda Şarl Lebren olmaqla fransız sənətkarlarını ana kraliça Avstriyalı Annadan himayə istəməyə məcbur etmişdir. Sənətkarlar özlərinə kansler Seqyenin şəxsində də güclü bir hami tapmışdılar.

20 yanvar 1648-ci ildə kral fərmanı imzalanmışdı. Bu fərmana əsasən, 2000 livr məbləğində cərimə hədəsi ilə, "Kral" titulu almış rəssamlar və heykəltəraşlar cəmiyyətinin (Akademiyasının) bədii fəaliyyətinə kənardan müdaxilə etmək qadağan olunurdu. Akademiyaya daxil olmaq hüququ arzu edən hər kəsə verilirdi, bir şərtlə ki, onun on iki ağsaqqalı () namizədin sənətdə kifayət qədər səriştəli olduğunu təsdiq etsin. Elə həmin 1648-ci ildə akademiya nəzdində kütləvi (ictimai) sənət təhsili fəaliyyətə başladı və bu tədris ocağı inqilabi 1793-cü ildə bağlanana qədər fəaliyyətini davam etdirmişdir.

Fransa Akademiyası İtaliya akademiyalarının nümunəsində yaradılmışdı, lakin onu italyan sənətkarlarının azad birliklərindən fərqləndirən cəhət ciddi reqlamentasiya (qaydalar) və iyerarxiya idi. 1671-ci ildə Parisdə Kral Memarlıq Akademiyası təsis olundu. Onun direktoru Böyük Fransua Blondel, katibi isə Andre Felibyen oldu. 1663-cü ildə Jan Batist Kolber kralın xidmətlərini şöhrətləndirən abidələr və medallar üçün yazılar hazırlamaq məqsədilə Parisdə "Kral Yazılar Akademiyası"nı təşkil etmişdi. Bu akademiyanın səlahiyyətlərinə həmçinin tarix, arxeologiya və filologiya məsələləri də daxil idi. Yazılar Akademiyası da 1793-cü ildə ləğv edilmişdi.Власов В. Г. Академии художеств, академизм // Власов В. Г. Новый энциклопедический словарь изобразительного искусства. В 10 т. — СПб.: Азбука-Классика. — Т. I, 2004. — С. 105—107

Fransa inqilabı illərində akademiyanın fəaliyyəti dayandırılmış, daha sonra isə o, sadəcə "Boyakarlıq və Heykəltəraşlıq Akademiyası" () adlandırılmışdır. 1816-cı ildə bu təşkilat digər iki bədii təşkilatla — Musiqi Akademiyası (1669-cu ildə qurulub) və Memarlıq Akademiyası (1671-ci ildə qurulub) ilə birləşdirilmiş və nəticədə Zərif Sənətlər Akademiyası formalaşmışdı. 1817-ci ildən etibarən bu müəssisə Milli Ali Təsviri İncəsənət Məktəbi () adlanmağa başlamış, lakin gündəlik dildə o, yenə də Paris İncəsənət Akademiyası kimi xatırlanmışdı.

İlk üzvlər (14 təsisçi)

1648-ci ildə akademiyanın əsasını qoyanlar ("ağsaqqallar" və ya ağsaqqal üzvlər) aşağıdakı sənətkarlar idi: Şarl Lebren (1619–1690) — Paris təvəllüdlü boyakar, 1683-cü ildən Akademiyanın direktoru; Şarl Errar (1606–1689) — Nant təvəllüdlü boyakar, 1675–1682-ci illərdə Akademiyanın direktoru; Sebastian Burdon (1616–1671) — Monpelye təvəllüdlü boyakar və qravürçü; Matye van Plattenberq (1607/1608–1660) — flamand rəssamı, dəniz mənzərələri ustası (marinist) və qravürçü; Loran de La İr (1606–1656) — Paris təvəllüdlü boyakar və qravürçü; Jak Sarazen (1592–1660) — Nuayon təvəllüdlü heykəltəraş və boyakar, 1654-cü ildən Akademiyanın direktoru; Böyük Mişel Kornel (1601–1664) — Orlean təvəllüdlü boyakar və qravürçü; Fransua Perie (rəssam) (1590–1650) — Pontarlye təvəllüdlü boyakar və qravürçü; Anri Bobren (1603–1677) və qardaşı Şarl Bobren — Ambuaz təvəllüdlü saray portretçiləri, boyakarlar; Etaş Lesüer (1616–1655) — Paris təvəllüdlü boyakar və qravürçü; Filipp de Şampen (1602–1674) — Brüssel mənşəli, Parisdə fəaliyyət göstərmiş boyakar və qravürçü; Yustus van Eqmont (1601–1674) — Leyden təvəllüdlü flamand boyakarı; Jerar van Opstal (1594–1668) — Brüssel təvəllüdlü heykəltəraş; Simon Giyen (1589–1558) — Paris təvəllüdlü heykəltəraş.

İstinadlar

Biblioqrafiya

Brosnan, Kelsey (2016). "Vigée Le Brun: Woman Artist in Revolutionary France". Nineteenth-Century Art Worldwide, , no. 3 (16 October). . Wolf Burchard (2016). The Sovereign Artist: Charles Le Brun and the Image of Louis XIV. London: Paul Holberton Publishing. .

(Vol. 1 and 2 at Internet Archive, Vol. 1 and 2 at Gallica.) Janson, H.W. (1995). History of Art, 5th edition, revised and expanded by Anthony F. Janson. London: Thames & Hudson. . Klingsöhr, Cathrin (1986). "Die Kunstsammlung der "Academie Royale de Peinture et de Sculpture" in Paris". Zeitschrift für Kunstgeschichte,, no. 4, . . Landois, Paul (2003). "Academy of Painting". The Encyclopedia of Diderot & d'Alembert Collaborative Translation Project. Translated by Reed Benhamou. Ann Arbor: Michigan Publishing, University of Michigan Library. Originally published in 1751 as "Académie de Peinture," Encyclopédie ou Dictionnaire raisonné des sciences, des arts et des métiers, , . Paris. Michel, Christian (2018). The Académie Royale de Peinture et de Sculpture: The Birth of the French School, 1648–1793, translated from French by Chris Miller. Los Angeles: Getty Research Institute. .

Əlavə ədəbiyyat siyahısı

Xarici keçidlər

Issues of L'Académie royale de peinture et de sculpture online in Gallica, the digital library of the BnF.

Kateqoriya:Fransa Boyakarlıq və Heykəltəraşlıq Akademiyası