Praat — dilçilikdə, xüsusilə fonetika, fonologiya və nitq tədqiqatları sahəsində geniş istifadə olunan proqram təminatıdır. Proqram dil səslərinin akustik xüsusiyyətlərini analiz etməyə imkan verdiyi üçün müxtəlif dillərin səs sisteminin öyrənilməsində mühüm rol oynayır. Praat müxtəlif dillərin fonetik quruluşunu daha dəqiq öyrənməyə, nitq xüsusiyyətlərini ölçməyə və dilin səs sistemini obyektiv şəkildə analiz etməyə kömək edir. Bu xüsusiyyətlər onu müasir dilçilikdə vacib proqramlardan birinə çevirmişdir.
Tarixi Praat proqramı 1992–1996-cı illərdə holland fonetikləri Paul Boersma və David Weenink tərəfindən Amsterdam Universitetində yaradılmışdır.
İnkişaf mərhələləri 1990-cı illər — ilk versiyalar əsasən UNIX sistemləri üçün hazırlanmışdır. 2000-ci illər — Windows və Mac əməliyyat sistemləri üçün stabil versiyalar hazırlanmışdır. Sonrakı illər — proqrama yeni funksiyalar əlavə edilmişdir: spektroqram analizi formant izləmə səsin pitch analizi avtomatik ölçmələr və skriptləşdirmə
Müasir vəziyyət Praat bu gün dünyada ən çox istifadə olunan fonetika proqramlarından biridir. Proqram pulsuzdur və daim yenilənir. Dilçilik, nitq terapiyası, süni intellekt və səs texnologiyalarında istifadə olunur.
Dilçilikdə istifadəsi Praat vasitəsilə aşağıdakı tədqiqatlar aparılır: sait və samit səslərin akustik analizi intonasiya və vurğu xüsusiyyətlərinin araşdırılması dialekt və şivələrin müqayisəsi nitq qüsurlarının təhlili tarixi və müqayisəli dilçilikdə fonetik dəyişikliklərin izlənməsi eksperimental fonetika tədqiqatları
Proqramın təqdim etdiyi spektroqram, pitch, formant və TextGrid funksiyaları dilçilərə nitqin elmi şəkildə təhlilini aparmağa şərait yaradır. Buna görə də Praat universitetlərdə, elmi laboratoriyalarda və akademik araşdırmalarda əsas vasitələrdən biri hesab olunur.
Mənbə Praat Official Website