Əhməd Rüfət Paşa (; ) — Osmanlıların Misir və Sudan hakimi Kavalalı İbrahim Paşanın oğlu, Osmanlı dövlət xadimi.

Həyatı 1825-ci ildə Qahirədə dünyaya gəldi. Atası İbrahim Paşa Kavalalı ailəsinin banisi və Osmanlıların Misir və Sudan hakimi Kavalalı Mehmed Əli Paşanın oğlu, anası isə onun kənizlərindən Şivəkar Qadınəfəndidir. Doğulduğu əsnada babası hakimiyyətdə idi və atası İbrahim Paşa Osmanlı ordusunda xidmət edirdi.

Babasının ölümünün ardından 1848-ci ildə atası hakimiyyətə gəlsə də, cəmi bir neçə ay sonra səhhəti pisləşdi və vəfat etdi. Osmanlı qanunnaməsinə görə, yaşca ən böyük ailə üzvü olan əmisi oğlu Abbas Hilmi Paşa, ardından isə əmisi Səid Paşa hakimiyyətə gətirildi. Əmisinin səltənəti dövründə yaşca ən böyük ailə üzvü kimi taxtın varisi olaraq görülürdü. Ancaq 15 may 1858-ci ildə baş tutan avtoqəza nəticəsində avtomobili Nil çayına düşdü və boğularaq həlak oldu. Taxt varisliyi isə qardaşı İsmayıl Paşaya qaldı.

Ailəsi

Xanımları

Şəms xanım (ö. 1891) Əzmrəftar Qadınəfəndi (ö. 1904) Dilbər Cahan Qadınəfəndi (ö. 1900) Zəfəran Qadınəfəndi, əslən həbəşdir və 2 adı bilinməyən övladı oldu.

Oğulları

İbrahim Fəhmi Paşa (1847-1893), ilk evliliyi Nəvcihan xanımla (1857-1940) baş tutdu və bu evlilikdən 3 övladı oldu. İkinci evliliyi 1874-cü ildə əmisi Misir xədivi İsmayıl Paşanın qızı Zeynəb xanımla (1859-1875) baş tutsa da, ertəsi il xanımı vəfat etdi. Şivəkar İbrahim Məhəmməd Vahidəddin İbrahim (1879-1906), ilk evliliyi Fazilə Zübeydə xanımla baş tutdu. Bu evlilikdən 2 oğlu doğuldu. İkinci evliliyi Saliha İbrahim İsmayılla (1878-1953) baş tutdu. Mehmed Əli İbrahim Əmir İbrahim (1903-1977) Əhməd Seyfəddin İbrahim (1887-1937) Əhməd Kamal Paşa (1857-1907), ilk evliliyi Nazpərvər xanımla (ö. 1925) baş tutdu. Yusif Kamal Adı bilinməyən bir olan uşağı

Qızları

Aynülhəyat Əhməd Kəmaləddin Hüseyn (1874-1932), Kavalalı Tofiq Paşanın qızı Nemətullah xanımla (1881-1965) evləndi. Adı bilinməyən bir qız uşağı

Mənbə

Ədəbiyyat

Doumani, B. (2003). Family History in the Middle East: Household, Property, and Gender. State University of New York Press. p. 270. ISBN 978-0-7914-5679-8 Cuno, K.M. (2015). Modernizing Marriage: Family, Ideology, and Law in Nineteenth- and Early Twentieth-Century Egypt. Gender and Globalization. Syracuse University Press. p. 37. ISBN 978-0-8156-5316-5 Brookes, D.S. (2010). The Concubine, the Princess, and the Teacher: Voices from the Ottoman Harem. University of Texas Press. p. 255. ISBN 978-0-292-78335-5 Walz, T.; Cuno, K.M. (2010). Race and Slavery in the Middle East: Histories of Trans-Saharan Africans in Nineteenth-century Egypt, Sudan, and the Ottoman Mediterranean. American University in Cairo Press. p. 54. ISBN 978-977-416-398-2 Hughes, Hugh (1981). Middle East Railways. Harrow: Continental Railway Circle. p. 17. ISBN 0-9503469-7-7