İzabella (İza) Moşçenskaya və ya Moşçenskaya-Jepeçka (; ) — polyak feminist jurnalisti, tərcüməçi və sufrajisti. O, həm qızlar, həm də oğlanlar üçün cinsi tərbiyəni müdafiə edən ilk polşalı müəllif olub. Həyatı İza Moşçenskaya 28 oktyabr 1864-cü ildə Prussiya krallığının Reçitsa (hazırda Polşanın Reçitsa kəndi) ərazisindəki ailə mülkündə anadan olub. O, ingilis, fransız və alman dillərini mükəmməl bilməsinə, həmçinin polyak dilində sərbəst danışmasına baxmayaraq, əsasən evdə təhsil alıb və yalnız iki il rəsmi məktəb təhsili ala bilib. 1890-cı ilə qədər o, Reçitsada uşaqlara dərs keçib və müxtəlif qəzet, jurnallar üçün məqalələr yazmağa başlayıb.

Bu müddət ərzində o, rusların universitetdə təhsil almasını qadağan etdiyi qadınlar üçün gizli fəaliyyət göstərən Səyyar Universitetdə mühazirələrdə iştirak etmək üçün Rusiyanın nəzarətindəki Polşa çarlığının paytaxtı Varşavaya səfər edib. 1890-cı ildə atasının vəfatından sonra ailə mülkünün satılması məcburiyyəti yarandğından Moşçenskaya və anası Varşavaya köçərək orada qızlar üçün gizli pansionat açdılar. O, 1894-cü ildə "Böyük Polşa Kuryeri" qəzetinin redaktoru Kazimej Jepetski ilə ailə qurdu və Prussiyanın nəzarətində olan Poznan şəhərinə köçərək, qəzetin həmredaktoru oldu. Onlar 1897-ci ildə Avstriya-Macarıstan imperiyasının Qalisiya və Lodomeriya krallığında yerləşən Lvov şəhərinə köçüb, növbəti il Varşavaya qayıtmazdan əvvəl burada yerli qəzetlər üçün məqalələr yazıblar.Joanna Dufrat, Kobiety w kręgu lewicy niepodległościowej. Od Ligi Kobiet Pogotowia Wojennego do Ochotniczej Legii Kobiet (1908–1918/1919), Toruń 2001, ss. 374, Həyat yoldaşı 1902-ci ildə vəfat edəndən sonra, Moşçenskaya, "Życie" kimi çoxsaylı qəzet və ədəbi jurnallarda dərc olunan məqalələr yazmaqla yanaşı, Vilyam Ceyms və Ellen Keynin kitablarını da tərcümə edib. O, 1926-cı ildən 1939-cu ilədək "Varşava kuryeri" qəzetində çalışıb və 1927-ci ildən 1934-cü ilədək Varşava Şəhər Şurasının üzvü olub. 1934-1937-ci illərdə iki dəfə insult keçirdikdən sonra, 20 mart 1941-ci ildə Varşavada vəfat edib.

Aktivist fəaliyyəti Poznanda yaşadığı müddətdə yerli qadın təşkilatlarının fəaliyyətlərində iştirak etməyə başlayan Moşçenskayanın fəaliyyəti, həyat yoldaşının ailəsinin ciddi narazılığına səbəb olub.

İstinadlar