Veliko Tırnovo Universiteti (Великотърновският университет „Св. св. Кирил и Методий“) — Bolqarıstanda dövlət universiteti, ən böyük və ən nüfuzlu ali təhsil müəssisələrindən biri. Veliko Tırnovo şəhərində yerləşir və Bolqarıstanın Sofiya Universitetindən sonra ikinci böyük universitetidir.Великотырновский университет имени Святого Кирилла и Мефодия

Tarixi

Universitet 1963-cü ildə Kiril və Metodi adına Ali Pedaqoji İnstitutu kimi əsası qoyulmuşdu. İlk 340 tələbə dörd ixtisas üzrə təhsil almışdır: Bolqar filologiyası, Rus filologiyası, Tarix və Təsviri incəsənət.

Bolqarıstan Xalq Respublikası Dövlət Şurasının 1971-ci ilin oktyabrında verdiyi fərmanla Veliko Tırnovodakı Ali Pedaqoji İnstitutu universitetə ​​çevirdi.

Strukturu Universitet humanitar və sosial elmləri ilə məşhurdur, eyni zamanda digər sahələrdə də geniş proqramlar təklif edir.

Fakültələri Факултети, департаменти, филиали и колежи Filologiya fakültəsi Fəlsəfə fakültəsi Tarix fakültəsi Pedaqoji fakültə Hüquq fakültəsi İncəsənət fakültəsi Riyaziyyat və informatika fakültəsi Pravoslav İlahiyyat fakültəsi İqtisadiyyat fakültəsi

Universitet magistratura və doktorantura proqramları təklif edir.

Filialları Vratsa filialı Pleven Pedaqoji kolleci Dil hazırlığı kolleci

Korpusları Rektorluq İncəsənət fakültəsinin korpusu Korpos 2 – Slavyan kompleksi Korpus 3 – Riyaziyyat və İnformatika fakültəsibin binası Korpus 4 – İqtisadiyyat fakültəsinin binası Korpus 5 – Pedaqoji, Hüquq, Fəlsəfə, İxtisas mərkəzi "Heykəltəraşlıq" fakültələrinin binası İdman kompleksi

Kitabxanası Veliko Tırnovo Universitetininn kitabxanası ümumi strukturunda müasir elmi, kitabxana-informasiya və təhsil mərkəzi və Universitetin İnformasiya-Kitabxana və Nəşriyyat Kompleksinin bir hissəsidir. Onun əsas vəzifəsi Universitetin tələbələrinə, müəllimlərinə, mütəxəssis və əməkdaşlarına, eləcə də kənar istifadəçilərə kitabxana və elmi-informasiya xidmətlərinı təqdim edir. Kitabxana 8 filial kitabxanadan ibarət vahid kompleksdir və universitetin bütün fakültələrinin tələbələrinə xidmət göstərir. O, daxili və beynəlxalq kitabxanalararası abonent sisteminə daxildir və xarici və Bolqarıstan universitetləri, akademiyaları, elmi institutları və kitabxanaları ilə kitab mübadiləsi aparır.

Kitabxana kolleksiyası Veliko Tırnovo Universitetində oxunan ixtisasların profilinə uyğun olaraq çoxşaxəli xarakter daşıyır. Burada bolqar və xarici dillərdə 380.000-dən çox kitab, o cümlədən 42.000 cilddən çox dövri nəşrlər, nadir və qiymətli nəşrlər, elektron media və digər materiallar var.Проект "Усъвършенстване на системите за управление във Великотърновски университет „Св. св. Кирил и Методий“

Universitet nəşriyyatı Veliko Tırnovo Universitetində 1971-ci ildə əsası qoyulmuş "Müqəddəs Kiril və Metodius" adlı nəşriyyat var. O, ali təhsil müəssisələri üçün hazırlanmış ədəbiyyatın nəşri üzrə ixtisaslaşmışdır və hər il 80-dən çox kitab nəşr edir: elmi, elmi-populyar, tədris, tədris-metodiki ədəbiyyat, jurnallar və məcmuələr. Nəşrlər həm ixtisaslaşdırılmış auditoriya, həm də tələbələr, abituriyentlər, şagirdlər və bolqar kitablarının bütün biliciləri üçün nəzərdə tutulub.

Nəşriyyat “Universitet” tələbə qəzeti nəşr edir.

Rektorları № Adı Vaxtı Qeydlər 1. Müxbir üzv prof. Aleksandr Burmov 1963 – 1965 təsisçisi və ilk rektoru 2. Prof.Dr. Penyo Rusev 1965 – 1966 3. Prof.Dr. Stanço Vaklinov 1966 – 1968 4. Prof.Dr. Georgi Dimov 1968 – 1970 5. Prof.Dr. Jelyo Avdjiev 1970 – 1971 6. Prof.Dr. Dimitar Filipov 1971 – 1976; 1976 – 1979 2 7. Prof.Dr. Angel Davidov 1979 – 1983; 1983 – 1984 2 8. Prof. Dr. Stanyo Georgiev 1984 – 1987 9. Prof.Dr.Georgi Dançev 1987 – 1991 10. Prof.Dr. Vladimir Popov 1991 – 1995 11. Prof.Dr.İvan Stoyanov 1995 – 1999 12. Prof. Dr. İvan Xarampiyev 1999 – 2003; 2003 – 2007 2 13. Prof. Dr. Plamen Leqkostup 2007 – 2011; 2011 – 2015 2 14. Prof. Dr. Xristo Bondjolov 2015 – 2019; 2019 - 20232 15.Prof. Dr. Dimitr Dimitrov2023 - 2027

Əməkdaşlığı Universitetlər Yena Universiteti (Almaniya) İvan Franko adına Lvov Milli Universiteti (Ukrayna) Nitra Pedaqoji İnstitutu (Slovakiya) Krayova Universiteti (Rumıniya)

Üzv olduğu Beynəlxalq assosiasiyalar Avropa Universitetləri Assosiasiyası Beynəlxalq Universitetlər Assosiasiyası Qara Dəniz Universitetləri Şəbəkəsi Şərqi Avropa Universitetlər Şəbəkəsi

İstinadlar

Xarici keçidlər

Kateqoriya:1963-cü ildə yaradılmış təhsil müəssisələri Kateqoriya:Bolqarıstan universitetləri