İran neft sənayesinin milliləşdirilməsi () – İran parlamentində (Məclis) xarici maraqların, əsasən də özəl şirkətlərin nəzarətində olan neft sənayesini dövlətin idarəçiliyinə vermək məqsədilə başlayan hərəkat və onun nəticəsi. Müvafiq qanunvericilik aktı 15 mart 1951-ci il tarixində qəbul edilmiş, 17 mart 1951-ci il tarixində isə Məclis tərəfindən təsdiqlənmişdir. Bu qanun İngiltərə–İran Neft Şirkətinin (AIOC) milliləşdirilməsinə və Milli İran Neft Şirkətinin (NIOC) yaradılmasına yol açmışdır. Hərəkata İran Milli Cəbhəsinin üzvü, Məclisin deputatı və İranın gələcək baş naziri Məhəmməd Müsəddiq rəhbərlik etmişdir.
Neft sənayesini milliləşdirmək hərəkatı İranın xarici dövlətlərə verdiyi aşağıdakı güzəştlərə qarşı bir reaksiya olaraq meydana çıxmışdır. Bunlara 1872-ci il Reyter güzəşti, 1901-ci il D'Arsi güzəşti, İran hökuməti ilə AIOC arasında bağlanan 1933-cü il sazişi və 1949-cu il Qass-Gülşaiyan əlavə neft sazişi aiddir. Politoloq Mark Qasiorovskinin fikrinə görə, neftin milliləşdirilməsi hərəkatının iki əsas mühüm nəticəsi olmuşdur. Bunlar demokratik hökumətin qurulması və İranın milli suverenliyinin təmin edilməsi idi.
Zəmin İranda neft kəşf edildiyi vaxtdan etibarən xarici dövlətlər güc tətbiq etməklə və İran dövlətinin zəifliyindən istifadə etməklə ölkəni xarici şirkətlərə neft hasilatına nəzarət hüququ verən güzəştlərə məcbur etmişdir. Neft sənayesinin milliləşdirilməsi bu xarici müdaxilələrə, xüsusən də aşağıdakı güzəştlərə qarşı bir cavab xarakteri daşımışdır. Bunlara 1872-ci il Reyter güzəşti, 1901-ci il D'Arsi güzəşti, İran hökuməti ilə AIOC arasında bağlanan 1933-cü il sazişi və 1949-cu il Qass-Gülşaiyan əlavə neft sazişi aiddir.
İran ilə AIOC arasındakı münasibətlər heç vaxt rəvan olmamışdır. 1932-ci ildə İran mülkiyyətin özgəninkiləşdirilməsi məsələsini nəzərdən keçirmişdir. 1940-cı illərdə Britaniyanın tətbiq etdiyi vergilər artdığı, İrana ödənilən royaltilər isə azaldığı üçün gərginlik daha da pik həddə çatmışdır. 1948-ci ilə qədər Britaniya AIOC-dan İrana nisbətən xeyli çox gəlir əldə etmişdir. Bu problemi və İran tərəfinin digər narahatlıqlarını həll etmək üçün aparılan danışıqlar gərginliyi azaltmaq əvəzinə, onu daha da alovlandırmışdır..
İran neft sənayesi üzərində daha çox nəzarət əldə etmək uğrunda mübarizə İkinci Dünya müharibəsi illərində, Britaniya, Sovet İttifaqı və Amerika Birləşmiş Ştatlarının İranın daxili işlərinə müdaxilə etməsi ilə daha da güclənmişdir. Bu üç ölkənin neft şirkətlərinin tələbləri ilə qarşılaşan İran hökuməti məsələnin müharibədən sonra həll olunacağını bəyan etmişdir, lakin müharibə başa çatdıqdan sonra da hər hansı bir razılıq əldə olunmamışdır.
14-cü Məclisdə Quçan bölgəsindən deputat olan Qulamhüseyn Rəhimiyan neft sənayesinin milliləşdirilməsi planını irəli sürən ilk şəxs olmuşdur. Bununla belə, sözügedən plan parlamentdə müzakirə edilməmişdir. 23 oktyabr 1949-cu il tarixində Məhəmməd Müsəddiqin evində, on iki ekspertin iştirakı ilə İran Milli Cəbhəsi siyasi partiyası təsis edilmişdir. Bu partiya İran neft sənayesinin hüquqlarını qorumaq kimi ümumi bir məqsəd ətrafında birləşən müxtəlif siyasi qüvvələrdən təşkil olunmuşdur.
Hərəkat
Məhəmməd Müsəddiq (1882–1967) İranın tanınmış siyasi xadimi və ölkənin neft sənayesinin milliləşdirilməsi hərəkatının rəhbəri olmuşdur. Avropada təhsil alan Müsəddiq 1905–1907-ci illər İran Məşrutə inqilabından sonra siyasi fəaliyyətə başlamışdır. O, karyerası ərzində parlament üzvü, Fars ostanının valisi, maliyyə naziri, xarici işlər naziri və baş nazir kimi müxtəlif mühüm vəzifələri icra etmişdir. 1943-cü ildə 16-cı Məclisə keçirilən seçkilərdə Tehrandan deputat seçilmişdir. Milli neft hərəkatının lideri kimi şöhrət qazanmazdan əvvəl o, Trans-İran dəmir yolu layihəsində, habelə məhkəmələrin və Ədliyyə Nazirliyinin yenidən təşkil edilməsində böyük rol oynamışdır.
Hadisələr 16-cı Məclisin tərkibinə İran Milli Cəbhəsinin Müsəddiq daxil olmaqla bir neçə üzvü daxil olmuşdur. Müsəddiq AIOC şirkətinin İrana müqavilədə nəzərdə tutulmuş royaltiləri tam ödədiyini yoxlamaq və müəssisənin İranın neft ehtiyatları üzərindəki nəzarətini məhdudlaşdırmaq məqsədilə şirkətin sənədlərinin audit edilməsini tələb etmişdir, lakin AIOC İran hökuməti ilə əməkdaşlıq etməkdən imtina etmişdir. 1950-ci ilin noyabr ayında Müsəddiqin sədrlik etdiyi Məclisin neft komitəsi tərəfindən əlavə neft sazişinin rədd edilməsi təklifi irəli sürülmüşdür. Dövrün baş naziri Hacı Əli Rəzmara bu təşəbbüsə qarşı çıxmışdır. 7 mart 1951-ci il tarixində Rəzmara, "İslam Fədailəri" təşkilatının üzvü Xəlil Təhmasibi tərəfindən qətlə yetirilmişdir. Rəzmaranın ölümündən sonra Məclis İran neft sənayesinin milliləşdirilməsi prosesinə başlamışdır.
15 mart 1951-ci il tarixində neft sənayesinin milliləşdirilməsini nəzərdə tutan qanunvericilik aktı Məclis tərəfindən səsçoxluğu ilə qəbul edilmişdir. 17 mart tarixində isə Məclis İran neft sənayesinin milliləşdirilməsini rəsmən təsdiqləmiş və bununla da AIOC milliləşdirilmişdir.
Nəticəsi Aprel ayında şah Məhəmməd Rza Pəhləvi Məclisin böyük təzyiqi altında Məhəmməd Müsəddiqi baş nazir təyin etmək məcburiyyətində qalmışdır.
1951-ci ilin mart ayından sonrakı dövrdə iqtisadi böhran daha da dərinləşmiş və digər ölkələr İran neftini almaqdan imtina etmişdir. O dövrdə dünyanın ən böyük neftayırma zavodlarından biri olan Abadan zavodunun fəaliyyəti dayandırılmışdır. Amerika Birləşmiş Ştatları və Birləşmiş Krallığı güclü müqavimətinə baxmayaraq, İran neft sənayesinin milliləşdirilməsi prosesi davam etdirilmişdir.
Milliləşdirilmənin ilk ilində İran neftinin xaricə yeganə satışı bir İtaliya ticarət gəmisinə edilən 300 barellik partiyadan ibarət olmuşdur. Xarici neft şirkətləri digər bölgələrdə hasilatı artırmaqla, İranın bazardan çıxmasının istehlakçı ölkələrə olan təsirinin qarşısını almışdır. Neft hasilatı "BP" və "ARAMCO" tərəfindən Səudiyyə Ərəbistanı, Küveyt və İraqda genişləndirilmişdir. Yaxın Şərqdə neft hasilatı 1951, 1952 və 1953-cü illərdə hər il təxminən 10% artmışdır. İranın neft hasilatının 1950-ci ildəki 242 milyon bareldən 1952-ci ildə 10,6 milyon barelə qədər azalması və neft ixracının dayanması ölkə iqtisadiyyatına ağır zərbə vurmuşdur.
26 may 1951-ci il tarixində Böyük Britaniya 1933-cü il sazişinin qüvvədə saxlanılmasını, həmçinin Britaniyada qeydiyyatdan keçmiş şirkətin mənfəətinə maneçilik törətdiyinə görə İranın vurduğu ziyanı və kompensasiyanı ödəməsini tələb edərək İranı Beynəlxalq Məhkəməyə vermişdir. 22 iyul 1952-ci il tarixində Beynəlxalq Məhkəmə bu məsələdə yurisdiksiyaya malik olmadığı barədə qərar qəbul etmişdir ki, bu da ilkin mərhələdə İran tərəfinin irəli sürdüyü arqument idi. 1953-cü ilin avqust ayında Müsəddiq hökuməti Mərkəzi Kəşfiyyat İdarəsi və "MI6" tərəfindən təşkil edilən hərbi çevriliş nəticəsində devrilmişdir. Müsəddiq üç il müddətinə azadlıqdan məhrum edilmiş və daha sonra 1967-ci ildə vəfat edənə qədər ev dustaqlığında saxlanılmışdır.The Modern Middle East:A Political History Since the First World War, University of California Press, January 3, 2011, by Mehran Kamrava, page 148
Çevrilişdən sonra İran neft böhranı başa çatmış və AIOC hasilatın dayandırılmasına nail ola bilməmişdir. Beynəlxalq konsorsium qismində Milli İran Neft Şirkəti təsis edilmiş və AIOC onun üzvünə çevrilmişdir. Neft sənayesinin milliləşdirilməsinə baxmayaraq, Britaniya və ABŞ-nin siyasi təsiri çevrilişdən sonra da uzun illər boyu davam etmişdir.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:1950-ci illərdə İran Kateqoriya:ABŞ–İran münasibətləri Kateqoriya:Birləşmiş Krallıq–İran münasibətləri Kateqoriya:İranda energetika