Aleksandra Katarjina Velqomas (; ) — Luna adı ilə tanınan Polşalı müğənni və şair. O, Polşanı 2024-cü ildə Avroviziya Mahnı Müsabiqəsində "The Tower" mahnısı ilə təmsil edib.

Həyatı Aleksandra Velqomas 28 avqust 1999-cu ildə Varşavada anadan olub. Üç qardaşı var və sahibkar Anjey Vilqomasın qızıdır. Onun ailəsi Polşanın qida emalı ilə məşğul olan "Dawtona" ailə şirkətini idarə edir. O, Qrodzisk Mazovetskidəki "Tadeuş Berd" adına Milli Musiqi Məktəbində skripka dərsləri alıb. 2015-ci ildən 2018-ci ilə qədər hüquq və siyasi elmlər kursunda təhsil alıb. 2018-ci ildə isə Varşava Universitetində oxumağa başlayıb.

Musiqi karyerası

İlk addımları (2010–2019) 2010-cu ildə Vilqomas Varşavadakı Böyük Teatrın nəzdindəki "Artos" Uşaq Xoruna qoşulub, burada Danuta Xmurska ilə birlikdə vokal dərsləri keçib və operalarda çıxış edib. 2018-ci ildə Vilqomas "My Name Is New" layihəsi çərçivəsində "Kayax" leyblı ilə əməkdaşlıq qurub. Məhz həmin vaxt o, "Na wzgórzach niepokoju" adlı debüt mahnısını yazdırıb. 19 sentyabr 2018-ci ildə "Kayax" vasitəsilə işıq üzü görən sinqlın bəstəkarı Marçin Nyerubyets, sözlərinin müəllifi isə Vilqomas olub. Mahnı "Polskie Radio Program III" radiosunda səsləndirilib.

2019-cu ilin may ayında Vilqomas "Muzeylər Gecəsi" zamanı Yaqa Hupalonun studiyasında çıxış edib. İyun ayında "Zastyga" sinqlını buraxıb. Bir ay sonra "Naturalnie Mazury" festivalında çıxış edib. 2019-cu ilin avqustunda isə "Pol'n'Rock" festivalında səhnə alıb.

"Luna" kimi tanınması (2020–2022)

2020-ci ildə Vilqomas bəstəkar Mixal "Foks" Krol ilə əməkdaşlığa başlayıb və bu iş birliyindən müğənninin yeni sənət yolunu müjdələyən "Luna" sinqlı ərsəyə gəlib. Latın və bir neçə roman dillərində "Ay" mənasını verən bu ad Vilqomasın səhnə təxəllüsünə çevrilib. Müğənni bu seçimi peyk və ümumiyyətlə gecə vaxtı ilə hiss etdiyi xüsusi bağla əlaqələndirib. Həmçinin 2020-ci ildə o, "Serca przemokną" mahnısını yazdırsa da, bu trek qısa müddətdən sonra internetdən silinib.

2020-ci ilin yanvarında Milad Xeyriyyəçiliyinin Böyük Orkestrinin 28-ci finalı zamanı Luna televiziya studiyasında konsert verib. İyul ayında Varşavadakı "Stodoła" klubunda "Cukier" qrupu ilə birlikdə konsertdə çıxış edib. Avqustun 28-də Mela Koteluk ilə "Dlaczego drzewa nic nie mówią" mahnısını ifa edib. 25 noyabr 2020-ci ildə "Zgaś" sinqlını təqdim edib. Mahnı olduqca xoş qarşılanıb və 2020-ci ilin ən yaxşı polyak mahnıları siyahılarına daxil edilib. Bəstə həmçinin bir çox radiolarda, o cümlədən "Chillizet", "Radio Eska" və "Polskie Radio Program I"də səslənib. O, bu mahnıya NASA tərəfindən yayımlanan kosmos səslərini də əlavə edib.

2 fevral 2021-ci ildə Luna "Mniej" sinqlını buraxıb. Bu mahnıya da o, kosmosdan gələn səsləri, o cümlədən Venera (gözəllik, sevgi və incəsənət simvolu kimi) və Merkuri (anlama) planetlərinin səslərini daxil edib. Mahnı "Radio Wawa"nın "Top 13", "Radio Eska"nın "Hot 20" siyahılarına düşüb və "Radio Victoria"nın "Alterlist" hit-paradının zirvəsinə yüksəlib. Həmin il mahnının Skytech tərəfindən hazırlanan remiksi yayımlanıb və bu versiya "DJ Top 10" siyahısının zirvəsinə çatıb. Aprelin 29-da o, "Zgaś" mahnısının ingiliscə versiyası olan "Blind" trekini sinql kimi təqdim edib və mahnıya klip çəkdirib. Mayın 20-də virtual və real dünya arasındakı sərhəddə olmaqdan bəhs edən "Wirtualne Przedmieście" sinqlını işıq üzünə çıxarıb. O, Varşavadakı Milli Etnoqrafiya Muzeyində lentə alınan bu mahnı üçün klip də ərsəyə gətirib. İyunun 18-də mahnının ingiliscə versiyasını – "Virtual Rivers"ı yayımlayıb. Avqustun 12-də onun "Zabierz Nasze", sentyabrın 10-da isə "Melt Away" sinqlının təqdimatı olub.

2024–2025: Avroviziya Mahnı Müsabiqəsi və "No Rest" albomu 19 fevral 2024-cü ildə Lunanın "The Tower" mahnısı ilə 2024 Avroviziya Mahnı Müsabiqəsində Polşanın təmsilçisi olacağı elan edilib. Luna 7 may 2024-cü ildə baş tutan birinci yarımfinalda 35 xalla 15 iştirakçı arasında 12-ci yeri tutub və finala vəsiqə qazana bilməyib.

12 iyul 2024-cü ildə Luna "Alive" sinqlını təqdim edərək Avroviziyadan sonra daha intim elektron pop üslubuna keçidinin əsasını qoyub. Sentyabrın 13-də isə o, elektron pop elementlərini dərin bas və sərhədsiz azadlıq sədaları ilə birləşdirən "Wild West" sinqlını buraxıb. Mahnının klipi də sərt mənzərələr, simvolik obrazlar və kinematoqrafik keçidlərdən istifadə etməklə mübarizə, dözümlülük və azadlıq motivlərini vizual olaraq parlaq şəkildə əks etdirib. Oktyabr ayında o, 2024 Avroviziya Mahnı Müsabiqəsinin qalibi Nemonun "Eurostar" mahnısının klipində digər bir neçə iştirakçı ilə birlikdə boy göstərib. Noyabr ayında isə "Personal Torture" trekini yayımlamaqla özünün ikinci studiya albomu olan "No Rest"i elan edib.

6 dekabr 2024-cü ildə polyak dilində olan "A może" (Azərbaycanca: "Bəlkə") adlı müstəqil sinqlını işıq üzünə çıxarıb. Bu mahnı Polşanın rəsmi sinql hit-paradında (OLiS) 7-ci pilləyə yüksəlməklə ölkədə böyük uğur qazanıb. 2025-ci ilin əvvəlində Luna, Avroviziyadakı həmkarı Windows95Man-in ABŞ turnesinə qoşulub və ölkə daxilindəki bir neçə məkanda xüsusi qonaq qismində çıxışı olub.

Onun ingilis dilindəki ilk studiya albomu olan "No Rest" 7 fevral 2025-ci ildə işıq üzü görüb. Bu disk Böyük Britaniya və İsveçdən olan prodüserlərlə əməkdaşlıq çərçivəsində ərsəyə gətirilməklə onun elektron pop səslənməsinə beynəlxalq çalarlar qatıb. Albomun əsas diqqət mərkəzində olan "Green Light" treki Spotify-ın bir neçə "New Music Friday" pleylistinə daxil edilib. Bundan əlavə, albomun beynəlxalq miqyasını və tanınmasını vurğulamaq üçün o, bir həftə ərzində Tayms Meydanındakı (Times Square) Spotify reklam lövhəsində nümayiş olunub. Albomun buraxılışından dərhal sonra o, Loreen və Sugababes qrupunun "25 Tour" turnelərində dəstək qrupu (açılış sənətçisi) kimi çıxış edib və Sugababes-dən əvvəl Avropanın ən böyük arenalarında səhnə alıb. O, həmçinin isveçli indi-musiqiçi ionnalee ilə əməkdaşlıq edərək "No Rest" albomundakı "8 AM" mahnısının remiks versiyasını hazırlayıb və bu trek 9 may 2025-ci ildə promo sinql kimi təqdim edilib.

2025-indiki zaman

Luna "Fairy Hotline" (Pəri qaynar xətti) adlı xüsusi telefon nömrəsi vasitəsilə gələcək "Hush Hush" sinqlını elan edib ki, bu xətt sayəsində pərəstişkarları mahnıdan kiçik bir hissəni və sənətçinin səsli mesajını dinləmək imkanı qazanıblar. Mahnının premyerası Hellouin bayramına təsadüf edən 31 oktyabr 2025-ci ildə baş tutub. Bundan əlavə, Luna bu mahnını ilk dəfə 4 oktyabr 2025-ci ildə Paris Moda Həftəsi çərçivəsində keçirilən moda nümayişi zamanı canlı oxuyub.

Digər fəaliyyətləri 2015-ci ildən 2017-ci ilə qədər Vilqomas "Möcüzə və ya Krakoviyalılar və Dağlılar" (Miracle or Krakowiaki and Highlanders) tamaşasında Krakoviyalı qadın rolunu oynayıb. O, həmçinin "at Machulski" teatr dərnəyi ilə də əməkdaşlıq edib. Vilqomas "Equal Spotify" təşəbbüsünün səfiridir və bu layihədə Polşanı təmsil edir. Oktyabr ayında o, "Judassime" brendinin nümayişində podiuma çıxaraq Paris Moda Həftəsində model kimi debüt edib.

Şəxsi maraqları və yaradıcılığı Vilqomas astrologiya, fəlsəfə, incəsənət, ekologiya və moda ilə yaxından maraqlanır. O, Nik Keyv (Nick Cave) və Byorku (Björk) özünün "ən böyük ilham mənbələri" kimi göstərib. 2020-ci il her dekabrında "K-Mag" jurnalından Radoslav Pulkovskiyə verdiyi müsahibədə təbiətdən, xüsusən də orada gördüyü mikro və makro dünyalar arasındakı əlaqələrdən ilham aldığını bildirib. O, həmçinin poeziyaya, xüsusilə də Boleslav Lesmianın yaradıcılığına heyrandır.

Vilqomas "Luna"nın onun "sirlər və sehrlərlə dolu" alter eqosu olduğunu bəyan edib. O, "Luna" təxəllüsünü latın dilində "Ay" mənasını verdiyi və həyatında Ayın böyük təsirini müşahidə etdiyi üçün seçib. Müğənni bu ləqəbin həm də onun somnambulizm (yuxuda gəzmək) xəstəliyi ilə bağlı olduğunu əlavə edib. 2024-cü ilin oktyabrında o, rəsmi adını dəyişərək qanuni olaraq Luna Vilqomas olub.

Luna öz musiqisini emosional xarakterli musiqi kimi təsvir edir. Onun yaradıcılığı dəfələrlə "sirli" olaraq xarakterizə edilib və sənətçi öz musiqi tərzini "kosmik pop" adlandırır.

Diskoqrafiya

Studiya albomları Adı Təfərrüatlar Peak chart positions POLPeak chart positions for studio albums in Poland: Nocne zmory: No Rest: :en:Nocne zmory Buraxılış tarixi: 22 Aprel 2022 Leybl: Polydor, :en:Universal Music Polska Format: CD, Musiqi yükləmə, Striminq 14 No Rest Buraxılış tarixi: 7 Fevral 2025 Leybl: Polydor, Universal Music Polska Format: CD, Musiqi yükləmə, Striminq 17

Genişləndirilmiş albomlar Adı Təfərrüatlar Caught in the Night Buraxılış tarixi: 26 November 2021 Leybl: Universal Music Polska Format: Digital download, streaming

Sinqllər

Solo müğənni kimi + Adı İl Çartlarda yüksək mövqeyi Sertifikatlar Albom POLPeak chart positions for singles in Poland: "The Tower": "A może": POLStream.Peak chart positions for singles in Poland: "The Tower": LTU "" 2018 — rowspan="18" — rowspan="3" Albom olmayan sinql "" 2019 — — "Luna" 2020 — — "" — — "" 2021 — — "" — — "" — — "Blind" — — Caught in the Night "Virtual Rivers" — — "Melt Away" — — "" — — Nocne zmory "Carol of the Bells" — — Albom olmayan sinql "" 2022 — — "W Ogniu Się Unoszę" — — "" — — "" — — "" — — "" — — rowspan="5" Albom olmayan sinql "" 2023 — — — "" — — — "" — — — "Lost and Wild" — — — "The Tower" 2024 20 80 60 ZPAV: Gold No Rest "Alive" — — — "Wild West" — — — "Personal Torture" — — — "" 7 — — Albom olmayan sinql''Green Light''2025———No Rest''Hideaway'' / ''Wszystko Gra''———''Hush husH''———TBA"Away with the Fairies"2026———TBA"Heavenly"———TBA"Ashtray”———TBA "—" həmin ölkədə buraxılmayan və ya siyahıya daxil olmayan məhsulları bildirir." * " siyahının həmin vaxt mövcud olmadığını göstərir.

Promo sinqllar AdıTəfərrüatlarÇartlarda yüksək mövqeyiAlbom POLDeezeriTunes2021„Zgaś (Cosmic Acoustic)”1263–„Mniej (Skytech Remix)”––2025„8 am (ionnalee remix)" (oraz ionnalee)––„Alive (PS1 Remix)”––"—" həmin ölkədə buraxılmayan və ya siyahıya düşməyən məhsulları ifadə edir.

Qonaq müğənni kimi Adı İl Albom ""( featuring Luna) 2021 Tamte dni ""(:en:Justyna Steczkowska featuring Luna) 2022 Szamanka ""(featuring Luna) Babyhands "Subterranean"(:en:Miss Monique və Avira Luna ilə birlikdə) 2023

İstinadlar

Xarici keçidlər

Kateqoriya:"Avroviziya" iştirakçıları Kateqoriya:Polşa müğənniləri Kateqoriya:Polşanın "Avroviziya" təmsilçiləri