Müsaib Məmmədəli oğlu Cüm-Cum () — sovet teatr rejissoru. Dərbənd şəhərində (Dağıstan MSSR) Azərbaycan Dövlət Dram Teatrında, Dağ yəhudiləri teatrında və S.Stalski adına Ləzgi teatrında rejissor kimi fəaliyyət göstərib. 1945-ci ildə Musaib Cüm-Cuma "Dağıstan MSSR-in Əməkdar artisti", 1960-cı ildə isə "Dağıstan MSSR-in Xalq artisti" fəxri adları verilib.Ирина Михайлова. Книга Ирины Михайловой «Самородки Дагестана», Россия. С. 22-23. 2014 год.Петр Агарунов. Bir çox dövlət mükafatları və fəxri fərmanlarla təltif edilib.

Həyatı Musaib Cüm-Cum 1905-ci ildə Bakıda sənətkar ailəsində anadan olub. Anasının vəfatından sonra onu böyüdən qonşu qadının himayəsində qalıb. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Musaib Cüm-Cum məktəbə daxil olub və onun səhnə karyerası da elə orada başlayıb.

O, 1920-ci ildən 1928-ci ilə qədər təhsilini davam etdirərək, eyni zamanda Fəhlə Gənclər Teatrında (TRAM) çalışıb.1928-ci ildən 1933-cü ilə qədər Tbilisi Azərbaycan Teatrında işləyib, paralel olaraq teatr studiyasında təhsil alıb.

1933-cü ildən 1949-cu ilə qədər Musaib Cüm-Cum Dərbənddəki Azərbaycan və Dağ yəhudiləri teatrlarında teatr rejissoru kimi fəaliyyət göstərib. Sonradan isə onların baş rejissoru olub. Bu teatrlar ləğv edildikdən sonra S. Stalski adına Dövlət Ləzgi Musiqili Dram Teatrına keçib və 1967-ci ilin oktyabrınadək orada rejissor işləyib.

1960-cı ildən 1964-cü ilə qədər o, həmçinin yenidən yaradılmış kolxozlararası Dağ yəhudiləri teatrının baş rejissoru olub.1967-ci ilin oktyabrından təqaüdə çıxana qədər Dağ yəhudiləri xalq teatrında rejissor kimi çalışıb.

Musaib Cüm-Cum SSRİ Silahlı Qüvvələrində, xüsusən də Böyük Vətən müharibəsi illərində mədəni-təbliğat işi ilə aktiv məşğul olub. O, hərbi hissələrdə, çağırış məntəqələrində, hospitallarda və müdafiə xətlərində əsgərlərə, çağırışçılara mədəni xidmət göstərmək üçün xüsusi briqadalar təşkil edib. O, ümumilikdə 810 konsert və tamaşa nümayiş etdirib. Səhnə karyerası ərzində Musaib Cüm-Cum 140 tamaşaya quruluş verib. Musaib Cüm-Cum bir neçə dil bilib. O, Azərbaycan, Dağ yəhudiləri, erməni və ləzgi dillərində sərbəst danışıb.

Musaib Cüm-Cum 1974-cü ilin iyulunda Dərbənddə vəfat edib və orada da dəfn olunub.

Mükafatları 1945-ci ildə "Dağıstan MSSR-in Əməkdar artisti" fəxri adını alıb. 1960-cı ildə "Dağıstan MSSR-in Xalq artisti" fəxri adına layiq görülüb.

İstinadlar

Xarici keçidlər Азербайджанский режиссер еврейского театра

Kateqoriya:SSRİ rejissorları Kateqoriya:Azərbaycan tatları Kateqoriya:Dağıstan MSSR xalq artistləri Kateqoriya:Dağıstan MSSR əməkdar artistləri Kateqoriya:SSRİ teatr rejissorları