Aleksandra Qriqoryevna Karrik (; ) — Rusiya uşaq yazıçısı, ictimai xadim və feministi.
Həyatı Aleksandra Qriqoryevna Karrik 1832-ci ildə Kollej müşavirinin ailəsində anadan olub. Bu səbəbdən yaxşı ibtidai təhsil alıb. 1850-ci illərdə Ryazanda yaşayıb. 1865-ci ildən etibarən Sankt-Peterburqda yaşayarkən, "nihilizm təlimini yayması" səbəbi ilə polisin gizli nəzarəti altında saxlanılıb. Vasili Sleptsov tərəfindən Peterburqda təşkil olunmuş "Znamenskaya komuna"sında fəal iştirak edib və orada təsərrüfata rəhbərlik edib. Komunadakı otaq yoldaşı Yekaterina Tsenina-Jukovskayanın xatirələrinə görə: "Çirkin və kar, lakin çox təhsilli və istedadlı idi… cəmiyyətin ən müxtəlif təbəqələrindən olan insanların tanış olmaq üçün yanına gəldiyi bir məşhura çevrilmişdi". Həmin xatirə müəllifi qeyd edir ki, hamının heyranlığına səbəb Markelovanın istedadından daha çox, kütləni maraqlandıran bəzi bioqrafik detalları olub. O, vaxtilə bir rəssama vurularaq valideynlərini tərk edib və xaricə gedib, oradan isə rəssamsız, lakin bir uşaqla qayıdıb. Həmin uşağı valideynlərinə verməyərək özü böyütməyə başlayıb. 1868-ci ildə tanınmış Peterburq fotoqrafı Vilyam Karriklə ailə qurub. Həyat yoldaşı onun ilk nikahından olan oğlu Qriqorini övladlığa götürüb. Onun Dmitri və Valeri adlı daha iki oğlu da olub.
Nadejda Stasova və Mariya Trubnikovanın Qadın Nəşriyyat Artelində çalışıb. Poliksena Stasova onu artelin ən mühüm və fəal üzvlərindən biri adlandırıb. Markelova bir neçə Avropa dilindən tərcümələr edib. Xüsusilə, H. K. Andersenin bir sıra nağıllarını, həmçinin R. Covanyoli, H. Uells, R. Kiplinq, M. Krauford, E. M. Harris, S. Qordon, N. Uayzmen və K. E. Fransozun əsərlərini rus dilinə çevirib. "Pitomka", "Dəniz qumu üzərində", "Çay" hekayələrini, "İşçi küncündə", "Evsiz" oçerklərini yazıb. "Jenskoye delo" jurnalında "Xarici sədalar" bölməsini idarə edib, xaricdə qadın hərəkatı mövzusunda işıq üzü görən kitab və məqalələrə rəylər yazıb. 1860-cı illərin sonlarında "Delo" jurnalı ilə əməkdaşlıq edib. Həmçinin "Peterburqskiye Vedomosti" qəzetində də çalışıb.
Tərcümələri
İstinadlar
Ədəbiyyat Капралова Л. Ф. КА́РРИК Александра Григорьевна // Русские писатели, 1800–1917 : Биографический словарь / гл. ред. П. А. Николаев. — М. : Большая российская энциклопедия, 1992. — Т. 2 : Г—К. — С. 499. — 623 с. — (Сер. биогр. словарей: Русские писатели. 11–20 вв.). — 60 000 экз. — ISBN 5-85270-011-8. — ISBN 5-85270-064-9 (т. 2). Писательницы России. (Материалы для биобиблиографического словаря). Составитель Ю. А. Горбунов. Маркелова Александра Григорьевна // Деятели революционного движения в России : в 5 т. / под ред. Ф. Я. Кона и др. — М. : Всесоюзное общество политических каторжан и ссыльнопоселенцев, 1927–1934.