Lavina () — Serbiya musiqi qrupu. Qrup 2020-ci ildə yaradılıb və proqressiv-metal ifa edir. Onlar 2026-cı il Avroviziya Mahnı Müsabiqəsində Serbiyanı təmsil edib və yarışmanın yekun nəticələrinə əsasən 17-ci yeri tutublar.

Tarixi Lavina qrupu 2020-ci ilin ortalarında Niş şəhərində Andrija Cvetanoviç, Luka Arandeloviç, Nikola Petroviç, Pavle Arandeloviç və Pavle Samardziç tərəfindən yaradılıb.

Qrup öz adını təsadüfən alıb. Kollektiv üzvlərinin xatirələrinə görə, onlar uzun müddət ad seçimi barədə qərara gələ bilməyiblər. Nəhayət, bir gün Andrija Cvetanoviç "Cadugər" (The Witcher) seriyasından olan kitablardan birini açıb və "lavina" (uçqun) sözünü göstərib.

İki il sonra — 2022-ci ildə onlar "Odyssey" adlı debüt studiya albomlarını buraxıblar.

"Lavina" qrupunun ilk konserti 2023-cü il fevralın 25-də baş tutub. Bundan qısa müddət sonra barabançalan Bojan İliç qrupa qoşulub.

2024-cü ildə onlar iki sinql təqdim ediblər: "In Your Absence" və "Iron Will". 2025-ci ildə "Lavina" Kraqujevacda keçirilən "Arsenal Fest" festivalında çıxış edib. Onlar həmçinin Avropanın bir çox şəhərlərində konsert proqramları ilə çıxış ediblər.

2025-ci il dekabrın 3-də "Lavina" qrupunun "Kraj mene" (Yanımda) adlı kompozisiya ilə "Pesma za Evroviziju '26" (Avroviziya-2026 üçün mahnı) seçim turunda iştirak edəcəyi elan olunub. Bu mahnı 2026-cı il fevralın 2-də sinql şəklində buraxılaraq, qrupun öz doğma serb dilində ifa etdiyi ilk nəğmə olub. İkinci yarımfaylı uğurla geridə qoyan qrup, 2026-cı il fevralın 28-də keçirilən milli seçim turunun finalında qalib gəlib.

12 may 2026-cı ildə onlar 2026 Avroviziya Mahnı Müsabiqəsinın birinci yarımfinalında iştirak etdilər və 17-ci yeri tutaraq finala vəsiqə qazanıblar.

Qrup üzvləri Luka Arandeloviç – vokalist Pavle Arandeloviç – klavişlər, bek-vokalçı Pavle Samardžić – gitara Andrija Cvetanoviç – gitara Nikola Petroviç – bass Bojan İliç – barabanlar

Diskoqrafiya 300px|thumb|right|Lavina 2026-cı ildə

Studiya albomları +List of albums Adı Təfərrüatlar Odyssey Buraxılış tarixi: 18 noyabr 2022 Leybl: Miracle of Bravery Records Format: Musiqi yükləmə, streaming

Sinqlları +Sinqlların siyahısı Adı İl Albom "Id" 2022 Odyssey "Myopic" "In Your Absence" 2024 albom olmayan sinql "Iron Will" "This, too, will pass." 2025 ":en:Kraj mene" 2026

İstinadlar

Xarici keçidlər

Kateqoriya:"Avroviziya" iştirakçıları