Monro Vata Riqbi (; ), həmçinin mononim olaraq Monro () kimi tanınır — Fransa və ABŞ müğənnisi. Messo-soprano səsinə malikdir. O, Vyana şəhərində keçirilən 2026-cı il Avroviziya Mahnı Müsabiqəsində Fransanı təmsil etmiş və yarışmanın yekununda 11-ci yeri tutmuşdur.

Erkən həyatı Riqbi 19 noyabr 2008-ci ildə mormon ailəsi olan Miki və Martina Riqbinin ailəsində anadan olmuşdur. Anası Martina Riqbi Konqo Demokratik Respublikasından Fransaya mühacirət etmişdir. Onun tennis ilə məşğul olan dörd böyük qardaşı var. Uşaqlıq illərini Amerika Birləşmiş Ştatlarında keçirən Riqbi erkən yaşlarından oxumağa başlamışdır. Valideynlərinin təkidi ilə kilsə xorunda ifa etmiş və daha sonra burada klassik musiqiyə maraq göstərmişdir. Bundan sonra o, vokal təhsili almış və fortepianoda çalmağı öyrənmişdir.

Musiqi karyerası Riqbi 2024-cü ilin dekabrından 2025-ci ilin yanvarınadək "France 2" telekanalında yayımlanan Fransanın "Prodiges" telesousunun on birinci mövsümündə iştirak etmişdir. O, müsabiqənin qalibi olmuş və həmçinin 10 min avro məbləğində təqaüd qazanmışdır. Nəticədə Monro "Warner Classics" leyblı ilə müqavilə imzalamış və 28 noyabr 2025-ci ildə klassik əsərlərdən və krossover kompozisiyalardan ibarət "Monroe" adlı debüt studiya albomunu buraxmışdır.

2 mart 2026-cı ildə Fransa mediası Monronun 2026-cı il Avroviziya Mahnı Müsabiqəsində Fransanı təmsil etmək üçün seçildiyini xəbər vermişdir. Bu məlumat 6 mart 2026-cı ildə "France Télévisions" yayım şirkətinin rəsmi "YouTube" kanalında onun "Regarde !" adlı mahnısını təqdim etməsi ilə təsdiqlənmişdir.

Diskoqrafiya

Studiya albomları Başlıq Təfərrüatlar Pik çart mövqeyi FRA FRAClassic Monroe Buraxılış tarixi: 28 noyabr 2025 Leybl: Warner Classics, Parlophone Format: Rəqəmsal yükləmə, striminq 167 1

Синглы Название İl Albom «O mio babbino caro» 2025 Monroe «Ave Maria» (Christmas version) «Regarde!» 2026

İstinadlar

Kateqoriya:2026 Avroviziya Mahnı Müsabiqəsi iştirakçıları Kateqoriya:ABŞ müğənniləri Kateqoriya:Fransa müğənniləri Kateqoriya:Fransanın "Avroviziya" təmsilçiləri Kateqoriya:Messo-sopranolar Kateqoriya:XXI əsr müğənniləri