Sem Ceyms Bettl (; ), daha çox Look Mum No Computer kimi tanınır — Britaniya müğənnisi, yutuberi, musiqiçisi və bəstəkarı. O, peşəkar audio avadanlıqlarının və sintezatorların yaradılması barədə videolar, həmçinin orijinal musiqi trekləri yayımlayır. "Avroviziya-2026" mahnı müsabiqəsində Böyük Britaniyanın nümayəndəsidir.

O, vintel texnologiyalar əsasında hazırlanmış qeyri-adi və ekssentrik elektron musiqi cihazları, xüsusilə "Furby" orqanı və klassik "Raleigh Chopper" velosipedi ilə birləşdirilmiş sintezator kimi qurğular düzəltməsi və onlardan istifadə etməsi ilə tanınır. Bettl Kent qraflığının Ramsgit şəhərində fəaliyyət göstərən və yumoristik məqsədlər üçün yenidən qurulmuş vintel analoq cihazlarının nümayiş olunduğu "This Museum Is (Not) Obsolete" muzeyini idarə edir.

Erkən həyatı Bettl Piterboro şəhərində böyümüş, uşaqlığının böyük hissəsini evdə keçirərək "Robot müharibələri" televiziya şousundan ilhamlanmış raket və robot kimi konstruktorlarla sınaqlar aparmışdır. Erkən yaşlarından mexanikaya böyük maraq göstərmiş, daxili quruluşlarını öyrənmək üçün tez-tez oyuncaqları, ütü və toster kimi məişət texnikasını, hətta pedallı maşınları hissələrə ayırmışdır.

Musiqi karyerası Bettl 2013-cü ildə özünün "YouTube" kanalını açmışdır. Bu kanal ilkin olaraq Səmin üç dostu ilə birlikdə əsasını qoyduğu "ZIBRA" qrupu üçün yaradılmışdır. Bettlin musiqi avadanlıqlarına həsr olunmuş ilk videosu 2016-cı ildə yayımlanmışdır. "YouTube" platformasındakı reklam gəlirlərindən əlavə, Bettl öz elektron ixtiralarını həmçinin "Patreon" abunəlik platforması vasitəsilə pərəstişkarlarının etdiyi ianələr hesabına maliyyələşdirir.

2019-cu ildə o, "Groundhog Day" adlı ilk sinqlını təqdim etmişdir. Həmin il o, Almaniya, İsveçrə və Birləşmiş Krallıqda qastrol səfərlərində olmuşdur.

2022-ci ilin may ayında o, "Uncompressed" adlı musiqi qrupunu təsis etmişdir.

Bettl "Küçə pişiyi Bob" filminin ekranizasiyası üçün "Satellite Moment", həmçinin "Netflix" platformasının "Safe" serialı üçün "Glitter and Gold" kimi bir neçə kino kompozisiyasının həm-prodüseri olmuşdur.

2025-ci ilin mart ayında o, Almaniyanın "The Bitfather" indi-studiyası və yayımçı "Headup Games" şirkəti ilə əməkdaşlıq çərçivəsində hazırlanan videooyunu elan etmişdir. Oyun 24 iyul 2025-ci il tarixində "Steam" platformasında, 22 yanvar 2026-cı il tarixində isə konsollar üçün buraxılmışdır. 2025-ci ildə oyun ən yaxşı səs dizaynı nominasiyasında Almaniya Tərtibatçılar Mükafatına namizəd göstərilmişdir.

2026-cı ilin fevral ayında BBC milli yayımçısı tərəfindən "Look Mum No Computer" layihəsinin "Avroviziya-2026" mahnı müsabiqəsində Böyük Britaniyanı təmsil edəcək ifaçı olaraq seçildiyi elan edilmişdir. "Avroviziya" müsabiqəsinin finalı başa çatdıqdan sonra "Look Mum No Computer" münsiflər heyətindən bir xal alaraq 25-ci yeri tutmuşdur.

Şəxsi həyatı 9 aprel 2026-cı il tarixində Bettl və həyat yoldaşı öz "Instagram" hesablarında Maks adlı bir oğullarının dünyaya gəldiyini təsdiqləmişdilər.https://www.instagram.com/p/DW69-QFjSJY/?hl=en

Diskoqrafiya Studiya albomları Название Подробности These Songs are Obsolete Buraxılış tarixi: 18 sentyabr 2020 Leybl: Müstəqil buraxılış Format: Rəqəmsal yükləmə, yayım xidmətləri Look Mum No Bootleg PT. I Buraxılış tarixi: 20 aprel 2022 Leybl: Müstəqil buraxılış Format: Rəqəmsal yükləmə, yayım xidmətləri Look Mum No Bootleg PT. II Buraxılış tarixi: 20 aprel 2022 Leybl: Müstəqil buraxılış Format: Rəqəmsal yükləmə, yayım xidmətləri Kosmo Comes For Christmas Buraxılış tarixi: 1 dekabr 2023 Leybl: Look Mum No Label Format: Rəqəmsal yükləmə, yayım xidmətləri Double Barelled Decadence Buraxılış tarixi: 6 noyabr 2024 Лейбл: Look Mum No Label Format: Rəqəmsal yükləmə, yayım xidmətləri Portakosmo 2.0 Buraxılış tarixi: 19 fevral 2025 Leybl: Look Mum No Label Format: Rəqəmsal yükləmə, yayım xidmətləri Godwin Band in a Box Buraxılış tarixi: 19 may 2025 Leybl: Look Mum No Label Format: Rəqəmsal yükləmə, yayım xidmətləri

Mini-albomlar Başlıq Təfərrüatlar Look Mum No Mixtape Buraxılış tarixi: 1 oktyabr 2017 Leybl: Müstəqil buraxılış Format: Rəqəmsal yükləmə, yayım xidmətləri Human Procrastination Buraxılış tarixi: 13 sentyabr 2019 Leybl: Müstəqil buraxılış Format: Rəqəmsal yükləmə, yayım xidmətləri Kosmo Plays Vivaldi Buraxılış tarixi: 10 may 2023 Leybl: Müstəqil buraxılış Format: Rəqəmsal yükləmə, yayım xidmətləri Rotopops(при уч. Hainbach) Buraxılış tarixi: 17 yanvar 2024 Лейбл: Look Mum No Label Format: Rəqəmsal yükləmə, yayım xidmətləri Pipe Dreams Buraxılış tarixi: 17 aprel 2024 Лейбл: Look Mum No Label Format: Rəqəmsal yükləmə, yayım xidmətləri PortaKosmo Vol 1 At the Length Buraxılış tarixi: 14 avqust 2024 Лейбл: Look Mum No Label Format: Rəqəmsal yükləmə, yayım xidmətləri Ghosts(при уч. Hainbach) Buraxılış tarixi: 9 oktyabr 2024 Leybl: Look Mum No Label Format: Rəqəmsal yükləmə, yayım xidmətləri The VCS4 Collection Buraxılış tarixi: 22 yanvar 2025 Leybl: Look Mum No Label Format: Rəqəmsal yükləmə, yayım xidmətləri

Sinqllar Название Год Альбом «Groundhog Day» 2019 Human Procrastination «Modern Gas» «Desperado Vespa» 2020 These Songs Are Obsolete «Daydreamer» «Stand and Deliver» «Shock Horror» «Stupid Me» 2021 Double Barrelled Decadence «Youth8500» «Ride» «Mind over Matter» «We'll Find a Way» 2022 «Time Is Not a Healer It's a Fuel for Resentment» «Handbook on How to Stay Alive» 2023 «Night or Day» «T.I.M» «Bordsteinkante»(Hainbach ilə) 2024 Pipe Dreams «Too Many Mistakes» rowspan="5" «No Hope Eternal» 2025 «Hungry Vultures» «Keeping Busy, the Most Effective Therapy I’ve Found» «Eins, Zwei, Drei» 2026

İstinadlar

Kateqoriya:2026 Avroviziya Mahnı Müsabiqəsi iştirakçıları Kateqoriya:Britaniya bəstəkarları Kateqoriya:İngiltərə musiqiçiləri Kateqoriya:Tenorlar Kateqoriya:Birləşmiş Krallığın "Avroviziya" təmsilçiləri