Ərəb dili (, ) — Sami dillərinin cənub qrupunun şimal bölməsinə daxildir. Qohum dillərdən qədim tarixi, geniş yayılması, fonetik, qrammatik və leksik xüsusiyyətlərini bu günədək qoruyub saxlaması ilə fərqlənir. BMT-nin altı rəsmi dilindən biridir. Zəngin samit sisteminə (velar, farinqal, larinqal samitlər) və sadə sait sisteminə malikdir. Söz sırası, bir qayda olaraq, XMT (xəbər-mübtəda-tamamlıq) şəklindədir.
Müasir ərəb ədəbi dili əhalisi birlikdə iki yüz milyona çatan ərəb ölkələrində dövlət dili kimi qəbul edilmişdir. Ədəbi dillə yanaşı, müxtəlif ərəb ölkələrində istifadə olunan yerli dialekt və şivələr də mövcuddur. Bu dialekt və şivələr bir-birindən, eləcə də ədəbi dildən ciddi şəkildə fərqləndiyi üçün müxtəlif ölkə ərəblərinin bir-birini anlamaması, müvafiq hazırlığı olmayan ərəblərin isə çox zaman ədəbi dili başa düşməməsi adi hal hesab edilir.
Tarixi Ərəb dili tarixən üç inkişaf mərhələsindən keçmişdir: qədim (V əsrədək), klassik (V–XVIII) və müasir (XIX əsrdən indiyədək). Qədim ərəblər haqqında ilk yazılı məlumata hələ eramızdan əvvəl Assuriya şahı Sarqonun (715-ci il) kitabəsində təsadüf edilmişdir. Qədim ərəb dili əsasən Suriya ərazisində tapılmış Lihyan, Əs-Səfa, Ən-Nəmarə, Zəbəd, Hərran və s. kitabələrdə əks olunmuşdur.
Əvvəllər müxtəlif məhəlli dialektlərdən ibarət olan qədim ərəb dilinin sonrakı inkişaf mərhələsində ədəbi dil kimi formalaşmasında Qureyş (Məkkə) dialekti mühüm rol oynamışdır. Həmin dil İslamdan bilavasitə əvvəl, İslam alimlərinin cahiliyyə adlandırdıqları dövrdə yaranmış şifahi poeziya nümunələrində, eləcə də çox qiymətli yazılı abidə hesab olunan Quranda sabit qrammatik quruluşa və zəngin söz ehtiyatına malik klassik ərəb dili kimi təsbit edilir. Sonrakı inkişaf prosesində ərəb dili bir-birindən getdikcə daha çox fərqlənən ədəbi dilə və dialektlərə ayrılmışdır. Ədəbi dil yaranmaqda olan ərəb imperiyasında yazı dili kimi istifadə olunan arami və yunan dillərini tədricən əvəz edərək ümumimperiya yazı dilinə çevrilmiş və beynəlxalq əhəmiyyət kəsb etmişdir. Təqribən XIX əsrdən etibarən klassik ərəb dili əsasında inkişaf edən müasir ərəb dili öz sələfindən arxaik sözlərin istifadədən çıxması, yeni anlayışları ifadə edən söz və terminlərin yaranması, həmçinin qrammatik quruluşunun daha da sabitləşməsi ilə fərqlənir.
Qrammatika Ərəb dili flektiv dillərə mənsubdur. Hər bir ilkin qrammatik forma əksər hallarda üç, bəzən isə dörd samitdən ibarət olan kökə əsaslanır. Kökdən daxili fleksiya yolu ilə müxtəlif formalı sözlər əmələ gətirilir. Məsələn, hkm kökündən hakim, həkim, hökm, ehkam, hikmət, məhkum, təhkim, möhkəm, mühakimə, məhkəmə, hökumət və s. sözləri yaranmışdır.
İsim, sifət və say kimi ad qruplu sözlər yalnız adlıq, yiyəlik və təsirlik hallarında işlənir. Onların hallanması əsasən üçhallı və ikihallı olmaqla iki növə ayrılır. Ərəb dilində iki qrammatik cins (müzəkkər və müənnəs) və üç qrammatik say (tək, təsniyə və cəm) vardır. thumb|alt=Ərəb əlifbası ilə yazılmiş mətn.|Ərəb əlifbası ilə yazılmış mətn. Ərəb dilində müxtəlif növ söz birləşmələri mövcuddur. Bunların içərisində ərəb qrammatiklərinin izafət adlandırdıqları uzlaşmayan təyini söz birləşməsi ifadə etdiyi məna çalarlarının zənginliyi və ərəb dilində geniş işlənməsi ilə digər söz birləşmələrindən fərqlənir. Burada xəbəri ad qruplu söz və söz birləşmələri ilə ifadə edilən ismi cümlələr də çox işlənir. Xəbəri mübtədadan əvvəl gələn cüttərkibli feli cümlələrdə isə xəbər həmişə təkdə işlənir.
Dilin zənginliyi və Qurani-Kərimin ərəb dili üzərində təsiri Ərəb dili söz ehtiyatının zənginliyinə görə dünyanın ən zəngin dillərindən biri hesab edilir. Bu dildə sinonim sözlər geniş yayılmışdır və eyni məfhum çox vaxt bir neçə, bəzən isə onlarla, hətta yüzlərlə sözlə ifadə oluna bilir. Bununla yanaşı, ərəb dilində müxtəlif mənaları ifadə edən çoxmənalı (polisemantik) sözlər də geniş yayılmışdır. Hətta tərkibində bir-birinə zidd mənalar daşıyan sözlərə də gəlinir.Əhməd Həsən əz-Zəyyad, Tarixul-Ədəbil-Arabi, s.90 Sözlərin böyük əksəriyyəti ərəb mənşəli olsa da, alınma sözlər nisbətən azlıq təşkil edir. İbrahimi dinlərin sonuncusu olan İslam dininin əsas müqəddəs kitabı Qurani-Kərimdir. O, təmsilçilərinin qəlblərini fəth etmiş, həyat tərzlərini təyin etmiş, nitqlərinə təsir göstərmiş və onların həyat qaynağı olmuşdur.Qurani-Kərim: Yusif, 12:2; Şura, 42:7; Zuxruf, 43:3. Belə ki, müsəlmanlar onu həyatlarının hər bir sahəsində öndər bilərək, qoyduğu və göstərdiyi qaydalara uyğun yaşamağa çalışmışlar. Təmsilçilərinin qəlblərini təsəvvür olunmayacaq dərəcədə fəth edən bu kitab ərəb dilində nazil olmuşdur.Şevqi Dayf, Tarixul-Ədəbil-Arabi, II, s. 32. Buna görə də ədəbiyyat tarixçiləri ilk növbədə, başlanğıc mərhələdə furqan, küfr, iman, işraq, islam, nifaq, səvm (oruc), salət (namaz), zəkat, rüku, sücud (səcdə) kimi dini terminlər üzərində dayanmışlar. Bütün bunlarla yanaşı, ərəb dili müəyyən bir toplumun dili olmaqdan çıxaraq bütün müsəlmanların ortaq ibadət dilinə çevrilmişdir. Qurani-Kərimin ərəb dili üzərindəki təsirlərindən bəhs edərkən onlardan bir neçəsini qısa şəkildə aşağıdakı kimi sadalamaq olar:
a. Dildə meydana gətirdiyi birlik
Qurani-Kərimin ərəb dili üzərindəki ən mühüm təsirlərindən biri, şübhəsiz ki, dildə yaratdığı birlikdir. O, bütün ərəbləri Qüreyş ləhcəsi ətrafında birləşdirərək həmin ləhcənin ərəb dilinin aparıcı ləhcəsinə çevrilməsinə şərait yaratmışdır. Halbuki Qurani-Kərim nazil olmağa başlamazdan əvvəl ərəb dili Qüreyş ləhcəsi ətrafında birləşmə istiqamətində inkişaf edir və zirvəyə yüksəlirdi. Lakin hələ bütün ləhcələr bu prosesə qoşulmamışdı.Əhməd Həsən əz-Zəyyad, Tarixul-Ədəbil-Arabi, s. 204. Qurani-Kərimin nazil olması ilə Qüreyş ləhcəsinin aparıcı mövqeyi daha da möhkəmlənmişdir. Bununla da cahiliyyə dövründən başlayan dildə birləşmə cəhdləri məqsədinə çatmış və dil birliyi təmin edilmişdir.
b. Ərəb dilinə yeni sözlərin qazandırılması
Qurani-Kərim ərəb dilinə bir çox yeni dini termin və anlayışlar qazandırmışdır.Hüseyn Küçükqalay, Quran Dili Ərəbcə, s. 162. Bununla belə, namaz və dəstəmaz sözləri ərəb deyil, fars mənşəlidir.
c. Ərəb dilinin yayılmasına təsiri Ərəb dili Qurani-Kərim nazil olmazdan əvvəl Ərəbistan yarımadasında yaşayan müəyyən bir xalqın dili idi. O, əsasən Ərəbistan yarımadasının hüdudları daxilində istifadə olunurdu. Qurani-Kərimin ərəb dilində nazil olması bu dili səmavi dinin dilinə çevirmiş və ona ibadətin ayrılmaz tərkib hissəsi statusu qazandırmışdır. Beləliklə, müsəlmanlar namaz, zikr, təkbir və təşəhhüd kimi ibadətlərini ərəb dilində yerinə yetirməyə başlamışlar. Fəthlər və xilafətin genişlənməsi nəticəsində insanların kütləvi şəkildə İslam dinini qəbul etməsi ilə ərəb dili də Ərəbistan yarımadasının hüdudlarından kənara yayılmışdır. Nəticədə ərəb dili İslamın yayılması ilə paralel şəkildə geniş coğrafiyada istifadə olunmağa başlamış və İslam aləmində aparıcı dilə çevrilmişdir.
d. Yeni elmlərin meydana gəlməsinə təsiri
Qurani-Kərim ərəb dilinin ədəbiyyat sahəsində zirvəyə çatdığı bir dövrdə nazil olmağa başlamışdır. Beləliklə, Qurani-Kərimin nazil olması ilə yeni elmlərin meydana gəlməsi üçün zəmin yaranmışdır.
Quranın ecazını (bənzərsizliyini)“İ‘CÂZÜ’l-KUR’ÂN”, TDV İslâm Ansiklopedisi. https://islamansiklopedisi.org.tr/icazul-kuran (giriş tarixi: 25 iyul 2026). təyin edib dərk etmək məqsədilə bəyan, bədi və məani, onu səhv oxunuşdan və dəyişdirilməkdən qorumaq məqsədilə sərf və nəhv, qarib (nadir və ya mənası çətin anlaşılan sözlər) sözlərinin izahı və mənalarının başa düşülməsi məqsədilə lüğət və ədəbiyyat, insanların gündəlik həyatlarında riayət etməli olduqları qanun və qaydaları Qurani-Kərimdən istinbat etmək (hökm çıxarmaq)Ferhat Koca, “İSTİNBAT”, TDV İslâm Ansiklopedisi. https://islamansiklopedisi.org.tr/istinbat (giriş tarixi: 25 iyul 2026). məqsədilə hədis, fiqh üsulu və fiqh kimi elmlər meydana gəlmişdir. Qurani-Kərim kəlmələrin aid olduqları mənalarda yeni məna çalarları ifadə etməsinə imkan yaratmış və onlara yeni məna üfüqləri açmışdır. Bundan başqa, ərəb dili müxtəlif dövrlərdə bəzi dövlətlərin rəsmi dili olmuş və müsəlmanların bu dilə ehtiram göstərmələrinə səbəb olmuşdur.Şahməddin Özdəmir, Qurani-Kərimdə ədatlarla işlənən fellər, İstanbul, 1999, s. 16-20.
Əhməd Həsən əz-Zəyyad, Tarixul-Ədəbil-Arabi, s. 90.
Qurani-Kərim: Yusif, 12:2; Şura, 42:7; Zuxruf, 43:3.
Şevqi Dayf, Tarixul-Ədəbil-Arabi, II, s. 32.
Əhməd Həsən əz-Zəyyad, Tarixul-Ədəbil-Arabi, s. 204.
Hüseyn Küçükqalay, Quran Dili Ərəbcə, s. 162.
Əhməd Həsən əz-Zəyyad, a.k.ə., s. 90.
Şevqi Dayf, a.k.ə., s. 31.
Şahməddin Özdəmir, Qurani-Kərimdə ədatlarla işlənən fellər, İstanbul, 1999, s. 16-20.
Əlifba Ərəb dilində 28 samit və qısa və uzun saitlər olmasına baxmayaraq, ərəb əlifbası cəmi 28 hərfdən ibarətdir. Qısa saitlər əlifbada ayrıca hərflə təmsil olunmur. Həmzə isə əsas hərflər sırasına daxil edilmir və əlif, vav, ya hərfləri üzərində və ya sətir üzərində yazılır. Əlifbada müxtəlif funksiyalar daşıyan hərflər də mövcuddur.
ا a
ب b
ت t
ث s (th in english)
ج c (j in english)
ح h (h)
خ h (kh səs)
د d
ذ z (as in (they) , th sound)
ر r
ز z
ش ş
س s
ص s as in savaş
ظ z
ط t
ض z
ع '
غ ğ
ف f
ق q
ك k
ه h
ل L
م m
ن n
و û
ي y , iy
ى a maksûra ,
ة ta marbûta
أ 'a
ؤ 'u
ئ 'i ,
ء ' səs
دّ şadda (dd səs ; حَدّادْ Həddad)
دَ َََ "fətha" rəmz "a" harfini temsil eder.
دِ kəsra , temsil harf(i)
دُ damma , temsil harf(u)
دْ sukun ,səsi yoxdur, qüsuru var
،
آ alif madda , temsil (â)
دًا - داً tenuiyn əl-fath temsil səs (ən) [dən]
دٍ (in səs) [din]
دٌ (un səs)[dun]
Qısa saitləri göstərən ayrıca hərflər olmadığından yazıda sözlərin yalnız samitlərdən və uzun saitlərdən ibarət qrafik quruluşu əks olunur. Buna görə də yazını düzgün oxumaq üçün ərəb dilinin qrammatik və leksik qaydalarını əvvəlcədən bilmək, eləcə də bu sahədə praktik vərdişə malik olmaq zəruridir.
Ərəb hərfləri əsasən sağdan sola yazılır və oxunur. Bu istiqamətə uyğun olaraq kitablar, məcmuələr və qəzetlər də sağdan sola tərtib olunur və səhifələnir. Bununla belə, xəttatlıq və dekorativ yazı nümunələrində ərəb hərfləri üfqi, şaquli, maili, dairəvi və digər həndəsi formalarda tərtib oluna bildiyindən, bəzi hallarda yazı bəzi hallarda sağdan sola deyil, yuxarıdan aşağıya və ya soldan sağa istiqamətdə də yerləşdirilə bilər.
Latın və kiril əlifbalarından fərqli olaraq, ərəb hərfləri təkcə əlyazmalarda deyil, çap mətnlərində də bitişdirici xətlər vasitəsilə bir-biri ilə əlaqələndirilir. Bu birləşmə nəticəsində hərflərin ilkin qrafik forması çox vaxt dəyişir və hər bir hərf müxtəlif formalarda yazılır. Bu formalar əlifba cədvəllərində birləşməyən, soldan birləşən, sağdan və soldan birləşən, eləcə də sağdan birləşən hərflər kimi qruplaşdırılır.
Ərəb hərflərinin altısının (ﻭ,ﺰ,ﺮ,ﺪ,ﺫ,ﺍ) iki, qalanlarının isə dörd yazılış şəkli vardır. İkişəkilli hərflər soldan birləşmədikləri üçün II və III formaları mövcud deyildir.
Ərəb əlifbasında baş hərflər yoxdur. Ümumi adlardan fərqləndirmək məqsədilə xüsusi isimlər bəzən dırnaq və ya mötərizə içərisində yazılır.
Hərflərin birləşməsi zamanı qrafik formaları dəyişdiyindən ərəb əlifbasında sözlər sətirdən-sətrə keçirilmir. Sətrin sonuna sığmayan söz bütövlükdə növbəti sətrə keçirilir. Sətrin sonunda qalan boşluq isə sonrakı sözün bəzi hərflərinin üfüqi hissələrinin və ya bitişdirici xətlərinin uzaldılması hesabına doldurulur.
Miqdar sayları
0 — sifr
1 – 10
vahid, isnən, sələsə, ərbəə, xəmsə, sittə, səb'a, səməniyə, tis'a, aşara
Onluqlar
20 — işrun (Ləhjat tələfuz: işriyn)
30 — səlasun (Ləhjat tələfuz: sələsiyn)
40 — ərbəun (Ləhjat tələfuz: ərbə'iyn)
50 — xəmsun (Ləhjat tələfuz: xəmsiyn)
60 — sittun (Ləhjat tələfuz: sittiyn)
70 — səb'un (Ləhjat tələfuz: sab'iyn)
80 — səmanun (səməniyn)
90 — tis'un (tis'iyn)
Yüzlüklər
100 — miə
200 — miəteyn
500 — xəmsə miə
Minliklər
1000 — əlif - əlf
2000 — əlifeyn (yaxud əlfən)
5000 — xəmsə əlif
10 000 — aşara əlif
Milyon
1 000 000 — vahid milyun, əl-milyun, milyun