Klevezli Mariya Eleonora (; ) — Yulix-Klevez-Berq hersoqu Zəngin Vilyamın qızı, Prussiya hersoginyası.
1550-ci ildə Klevezdə dünyaya gəldi. Atası Yulix-Klevez-Berq hersoqu Zəngin Vilyam, anası isə Müqəddəs Roma imperatoru I Ferdinandın qızı Avstriyalı Mariyadır. Uşaqlıqdan fransız və latın dillərində təhsil aldı. Atasının katolik olmasına baxmayaraq, uşaqlıqdan lüteran məzhəbinə uyğun təlim-tərbiyə aldı. 1573-cü ildə Prussiya hersoqu Albert Frederiklə evləndirildi. Bəy namizədinə dəli diaqnozu qoyulmuşdu və daha öncə 2 dəfə intihar cəhdi etmişdi. Cütlüyün bu nigahdan 7 övladı doğulsa da, bunlardan ikisi yetkinlik yaşına çatmadı.
Anna (1576 - 1625) Mariya (1579 - 1649) Albert Frederik (1580) Sofiya (1582 - 1610) Elyanora (1583 - 1607) Vilhelm Frederik (1585 - 1586) Maqdalena Sibilya (1586 - 1659)
1577-ci ildə ərinin qohumu Georq Frederik naib təyin edildi və bu səbəblə, Mariya Elyanoranın saraydakı nüfuzu azaldı. 1591-ci ildə qızlarını da yanına alaraq Yulixə qayıtdı və bir il orada yaşadı. Qızlarını alman əsilzadələriylə evləndirərək siyasi nüfuzunu gücləndirdi.
Mənbə
Ədəbiyyat
Rita Scheller: Maria Eleonore, Herzogin in Preußen, geborene Prinzessin von Jülich-Kleve-Berg. In: Neue Deutsche Biographie. (NDB). Band 16. Duncker & Humblot, Berlin 1990, ISBN 3-428-00197-4
Mənbə