"Mikrorayon" — Azərbaycan serialı. Qulu Əsgərovun rejissorluğu və Gəray Həsənin ssenarisi ilə çəkilmiş 12 seriyadan ibarət 1 mövsümlük ekran işidir. İlk seriyası 11 aprel 2026-cı ildə İctimai TV-də yayımlanmış, 27 iyun 2026-cı ildə isə final seriyası ilə tamamlanmışdır.
Məzmun Hekayədə hadisələr Sovet dövründən qalmış, hələ də müasirləşməmiş bir mikrorayonda baş verir. Burada bir qrup yeniyetmənin dostluq münasibətləri, ailə daxilində yaşadıqları çətinliklər və daxili dünyaları təsvir olunur. Onlar bir yerə yalnız oyun oynamaq və əylənmək üçün toplaşmırlar; onlar həm də həyatın ilk ciddi sınaqları ilə üzləşirlər.
Əsas obrazlar Adil, Fərid, Sabir, İdris və Daşqındır. Onların hər biri öz travmaları, qorxuları və arzuları ilə mübarizə aparan yeniyetmələr kimi təqdim olunur. Digər tərəfdən, Azik və Kazım mikrorayonun kriminal işlərində ad-san qazanmış və yeniyetmələri özlərinə cəlb etməyi bacarmışdır.
Rollarda Eltəkin Xan – Adil Ülvi Həşim – Fərid Orxan İskəndərli – Azik Elşən Əsgərov – Kazım Qüdrət Fətulla – Sabir Rahib Allahquliyev – İdris Məsmə Aslanqızı – Bahar Rafael Şahbəyli – Rauf Natavan Qeybani – Günay Azər Axşam – Mehman Aylin Nəcəfli – Leyla Şəhriyar Aşkari – Daşqın Zülfiyyə Qurbanova – Lütfiyyə Fidan Bayramova – Elnarə Elşən Rüstəmov – Zakir
Seriyalar
İstinadlar